Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-839/2021 16.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N-də tərtib edilmiş 34 nömrəli doğum haqqında akt qeydində soyadının “Mahmudov” kimi, ana qrafasında adın “Firoza”, soyadın “Mahmudova” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi və düzgün olaraq onun soyadının ”Dosməmmədov” kimi, ana qrafasında adı “Firuzə”, soyadın “Dosməmmədova” kimi yazılmalı olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, xx xxxxxx 1965-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. X1r. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyatı orqanlara müraciət edən zaman ona məxsus doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Qəbələ rayon Mıxlıqovaq kən İ.Ə.N-də tərtib edilmiş 27.02.1965-ci il tarixli 34 nömrəli doğum haqqında akt qeydində soyadı səhvən “Mahmudov” kimi, anasının adı “Firoza”, soyadı səhvən “Mahmudova” kimi yazılmışdır. Ona və anasına məxsus digər sənədlərdə soyadları müvafiq olaraq düzgün olaraq “Dosməmmədov” və “Dosməmmədova” kimi , anasının adı isə “Firuzə” kimi yazılmışdır. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı, Maraqlı şəxsnə müraciət etsə də doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi heç bir əsas olmadığından soyadının Dosməmmədov olaraq ana qrafasında soyadın Dosməmmədova olaraq düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq 04 fevral 2021-ci il tarixli, 30/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, o, ərizıçinin qardaşıdır. Qardaşı Ərizəçi xx.xx.1965-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. Onlara məlum olmayan səbəbdən Qəbələ rayon Mıxlıqovaq kənd İƏN-də tərtib edilmiş 27.02.1965-ci il tarixli 34 № li doğum akt qeydində qardaşının soyadı “Mahmudov” kimi, ana qrafasında anasının adı “Firoza”, soyadı “Mahmudova” kimi yazılmışdır. Onların soyadı Dosməmmədovdur, anasının adı isə X3r. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kəndi İƏN tərəfindən 16 fevral 2021-ci il tarixdə verilmiş 26/69 saylı doğum haqqında arayışdan görünür ki, bu sənəddə ərizəçinin soyadı “Mahmudov”, ana qrafasında isə “X7” yazılmışdır. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kəndi İƏN tərəfindən 01 iyun 1992-ci il tarixdə verilmiş Vİ-JQ № 291712 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 iyun 1992-ci il tarixdə X6 ilə nikah bağlamışdır. Bu sənəddə ərizəçinin soyadı “Dosməmmədov” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı “Dosməmmədov” olaraq göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 01 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ № 029892 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 18 oktyabr 2000-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində vəfat etmişdir. bu sənəddə ərizəçinin anasının tam adı” X5” kimi qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 04.02.2021-ci il tarixli, 05/Q-30/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində soyadı “Mahmudov” kimi, ana qrafasında adın “Firoza”, soyadın “Mahmudova” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi soyadı “Dosməmmədov”, anasının adı “Firuzə”, soyadı “Dosməmmədova” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin soyadı qrafasında “Mahmudov”, ana qrafasında ananın adı “Firoza”, soyadı isə “Mahmudova” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Mıxlıqovaq kənd İƏD-də tərtib edilmiş 27.02.1965-ci il tarixli, 34 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində soyadın “Mahmudov” kimi, ana qrafasında adın “Firoza”, soyadın “Mahmudova” kimi yazılmasının düzgün olmaması və soyadın “Dosməmmədov” kimi, ana qrafasında adın “Firuzə”, soyadın “Dosməmmədova” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində soyadın “Mahmudov” kimi, ana qrafasında adın “Firoza”, soyadın “Mahmudova” kimi yazılmasının düzgün olmaması və soyadın “Dosməmmədov” kimi, ana qrafasında adın “Firuzə”, soyadın “Dosməmmədova” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-839/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-839/2021
16.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver