Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-869/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X1, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-304 F saylı kodu 40604018 olan şəhadətnamə ilə mərhum əri (həyat yoldaşı) X7 9 nəfər ailə üzvləri (mərhum əri də daxil olmaqla) ilə birlikdə 0,42 ha torpaq sahəsindən mərhum əri (həyat yoldaşı) X5 payına müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə mərhum əri X13 da daxil olmaqla 9 nəfərdən ibarət ailə üzvlərinə 0,42 ha miqdarında “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı” təyinatlı torpaq sahəsi verilmiş və JN-304F saylı kodu 40604018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə adlarına rəsmiləşdirilmişdir. Mülkiyyətçilərdən mərhum əri X12, İddiaçı Şakir qızı, X14, X15 vəfat etmişlər. Mübahisələndirdiyi torpaq sahəsinə aid olan JN-304F saylı kodu 40604028 olan şəhadətnamənin mülkiyyətçilərinin sırasına daxil olan Cavabdeh1 və digər cavabdehlər mərhum əri X5 mülkiyyətində olan torpaq sahəsindən ona qarşı törədilən maneçəliklərə görə həmin torpaq sahəsindən istifadə edə bilər. Odur ki, paylı ümumi mülkiyyətdə olan mübahisələndirdiyi JN-304F saylı kodu 40604018 olan şəhadətnamə üzrə 0,42 ha torpaq sahəsinin tərkibində mərhum əri (həyat yoldaşı) X5 payının müəyyən edilməsi barədə qətnamə çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. JN-304F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətində mərhum əri (həyat yoldaşı) X5 və cavabdehlərin və digər mərhumların torpaq pay hissəsi vardır. Hazırda o, Cavabdeh1 və digər cavabdehlərlə torpaqdan istifadə qaydaları barədə razılığa gələ bilmir. Ona görə də həmin torpaq sahəsində mərhum əri (həyat yoldaşı) X5 payına uyğun hissələri müəyyənləşdirilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X6 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 vəkili və etibanramə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, göstərmişdir ki, JN-304F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətlərində olan mərhum qaynatası X5 payının müəyyən olunmasına etiraz etmir. Lakin həmin payın oğlu Cavabdeh2 verilməsini istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, JN-304F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətlərində olan mərhum babası X5 payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh3 isə xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim etdiyi ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul edərək verdiyi izahatında JN-304F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətlərində olan mərhum atası X5 payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək verdiyi izahatında JN-304F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətlərində olan mərhum atası X5 payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh3 məhkəməyə dəftəxana vasitəsilə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, babasından ona miras qalmış, həmçinin payına düşən torpaq sahələrini qardaşı Cavabdeh2 verilməsini, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-304 F (kod: ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə X5, İddiaçı Şakir qızının, X16, X15, X8, X17, Cavabdeh1, Cavabdeh2 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Hacalllı kəndində 0,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 05 aprel 2022-ci il tarixli, **********92 nömrəli məktubda göstərilmişdir ki, JN- 304F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İş materiallarında olan X27 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 08\69 №-li arayışdan görünür ki, X13 “ürəyin xroniki işemik xəstəliyi”ndən xx.xx.2016-cı il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 03 № ilə qeyd edilmişdir. İş materiallarında olan X27 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 09\69 №-li arayışdan görünür ki, X13 ilə X1 08 iyul 2009-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adıgözəlov, arvada Adıgözəlova soyadı verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə X5, İddiaçı Şakir qızının, X9, X10, X3, X11, Cavabdeh1, Cavabdeh2 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Hacallı kəndində 0,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində payçıların mülkiyyət hüququ JN-304 F (kod: ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, X1 qeyd olunana torpaq sahəsində payı olan mərhum həyat yoldaşı X7 məxsus hissədə vərəsə kimi payı olduğundan, lakin onun payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payların müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X13 xx.xx.2016-ci il tarixdə «ürəyin xroniki işemik xəstəliyi»ndən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, JN-304F saylı şəhadətnamə ilə X5, İddiaçı Şakir qızının, X9, X10, X3, X11, Cavabdeh1, Cavabdeh2 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Hacallı kəndində 0,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsində payların müəyyən olunmasına dair iddiaçı X1 iddia tələbi əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 9 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan mərhum X5 payı da 1/9 hissə üzrə müəyyən olunmalıdır. Eyni zamanda mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlər izahatlarında JN- 304 F saylı şəhadətnamə ilə birgə mülkiyyətdə olan 0,42 ha torpaq sahəsindən mərhum X5 payının müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. Ona görə də məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə JN-304 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,42 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 mərhum həyat yoldaşı X5 payı 1/9 (0,046 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə JN-304 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,42 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 mərhum həyat yoldaşı X5 payı 1/9 (0,046 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-869/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-869/2022
12.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver