Məhkəmə qərarları › İş №2(025)-870/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-870/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-870/2024 07.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 iddiaçı AR VN İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı vergi ödəyicisinin siyahıya alınmış əmlakının müsadirə edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı AR VN İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı vergi ödəyicisinin siyahıya alınmış əmlakının müsadirə edilməsi tələbi barədə iddia qaldıraraq operativ vergi nəzarət tədbiri zamanı aşkar edilərək götürülmüş aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, ümumi alış dəyəri 64,0 manat olan 32 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara görə iddia ərizəsi icraata qəbul edilə bilməz. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı AR VN İddiaçı Cavabdeh ( VÖEN: **********) qarşı vergi ödəyicisinin siyahıya alınmış əmlakının müsadirə edilməsi tələbi barədə iddiasına dair işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmadığından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı AR VN İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı vergi ödəyicisinin siyahıya alınmış əmlakının müsadirə edilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar