Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-895/2020 25.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh4 İzafəddin qızının, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 Əsbən qızının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 İzafəddin qızı, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 Əsbən qızına qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 İzafəddin qızı, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 Əsbən qızına qarşı “ümumi paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN - 0067 saylı kodu 40607058 olan Dövlət aktı üzrə verilmiş 1.47 ha, JN - 002F saylı kodu 40607058 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə verilmiş 1.32 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİKnın xx.xx.1998 - ci il tarixli 11 saylı qərarı ilə ona və cavabdehlərə Qəbələ rayonunun Topbağ kəndi ərazisində 1.47 ha və 1.32 ha torpaq sahəsi ümumi paylı mülkiyyətinə verilmişdir. Qeyd olunan 1.47 ha torpaq sahəsi JN - 0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, 1.32 ha torpaq sahəsi isə JN - 002F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Göstərilən 1.47 ha və 1.32 ha torpaq sahələri ümumi paylı mülkiyyətində olsa da müəyyən səbəblərdən birgə istifadəsi mümkün deyildir. Qna görə də hər bir paylı mülkiyyətin mülkiyyətçisinin payının müəyyən edilməsi və naturada ayrılıb verilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 İzafəddin qızı iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Əsbən qızının nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf edərək bəhs olunan torpaq sahəsinin bölünməsi ilə razı olduğunu bildirdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-002F (Kod: 40607058) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X2, Cavabdeh1 Əsbən qızı, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 Nacəddin qızı və X3 ümumi birgə mülkiyyətinə 1.32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0067 (Kod: 40607058) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X2, Cavabdeh1 Əsbən qızı, Cavabdeh3, İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Qəbələ rayonu, Topbağ kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən verilmiş JN-002F (Kod: 40607058) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.32 ha torpaq sahəsi üzərində X2, Cavabdeh1 Əsbən qızı, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 Nacəddin qızı və X1; JN-0067 (Kod: 40607058) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 1.47 ha torpaq sahəsi üzərində X2, Cavabdeh1 Əsbən qızı, Cavabdeh3, İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh4 İzafəddin qızı, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 Əsbən qızı payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 002F nömrəli (kod:40607058) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq 1/7 hissədə və JN-0067 nömrəli (kod:40607058) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»da mülkiyyətçi olaraq 1/5 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-002F nömrəli (kod:40607058) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/7 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarı ilə JN-0067 nömrəli (kod: 40607058) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/5 hissədə müəyyənolunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-002F nömrəli (kod:40607058) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 1,32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/7 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarı ilə JN-0067 nömrəli (kod: 40607058) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/5 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-895/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-895/2020
25.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver