Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-899/2020 15.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təkbir oğlu tərəfindən törədilmiş nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxx” ASC tərəfindən “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət nömrə nişanlİ avtomobillə vurulmuş ziyan avtomobilin sahibinə ödənildiyi üçün cavabdehdən 2994 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2016-ci il tarixdən xx.xx.2017-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh Təkbir oğlu idarə etdiyi “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il tarixdə saat 20:45 radələrində hərəkətdə olarkən Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində nizamlanmış yol aryırıcında yol ayırıcı keçmə qaydalarını pozaraq sola dönərkən “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş həmin avtomobilə 2994 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə verindən yayındığında hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində Seyidzadə X2 Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində TYP 039623 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında tərtib olunmuşdur. İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə edən müddətdə «xxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAZ********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2017-ci il tarixdə saat 20:45 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində nizamlanmış yol aryırıcında yol ayırıcı keçmə qaydalarını pozaraq sola dönərkən “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh barəsində TYP seriyalı 039623 saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-in müvafiq maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. DİN BDYPİ-nin YPXB-nin xx.xx.2017-ci il tarixli 046-31273-1117 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. Sığortalının idarə etdiyi avtomobildə zahiri müşahidə olunan əzintilərin xarakteri qeyd edilmişdir. İşdə olan Fərdi sahibkar X3 tərəfindən tərtib edilmişxx.xx.2017-ci il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 2994 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan 12oktyabr 2017-ci il tarixli, 4877/CML-2799/2017 saylı sığorta aktından görünür ki, sığortalıya 2994 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2994 manat sığorta ödənişi faydalanan şəxs X1 hesabınaköçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2994 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. 2994 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-899/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-899/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver