Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-914/2020 17.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «metal lövhələrin və taxta sütunların qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «metal lövhələrin və taxta sütunların qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 497 (111)-də yerləşən 0,07 ha mülkiyyət torpaqlarındakı sərhəd hasarının metallarının qaytarılması və həmin ünvanda yaşayan kimi təqdim olunan Cavabdeh4 Sələddin oğlunun (hansı ki, onu tanımırlar) kim olduğunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar hazırda ünvan 1 ünvanında yaşayırlar. Həmin evin ümumi sahəsi verilmiş çıxarışa əsasən 59 kv.m (faktiki 154. kv.m), həyətyanı sahəsi isə 0,07 ha (faktiki 0,1697 ha) təşkil edir. Evin bölgüsünü isə X3 hələ sağ ikən övladları arasında olmuş, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yarısını İddiaçı1 və ailəsinə, digər hissəsini isə cavabdehlərə vermişdir. Qeyd edirlər ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2001-ci il tarixində Qəbələ rayon X5 tərəfindən torpaq bölgüsü aparılmışdır. Belə ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh1, Mustafayeva Könül Əmir qızı və X1 0,07 ha torpaq sahəsi ayrılmışdır. Lakin Qəbələ rayon AİK tərəfindən həmin bölgü aparılarkın qanunsuz və əsassız olaraq bu ünvanda yaşayan və qeydiyyatda olan onlara pay torpağı ayrımamışdır. X4 2003-cü ildə vəfat etmişdir. Bundan sonra cavabdehlər tərəfindən onlara heç bir xəbərlarlıq edilmədən 2015-ci ildə Qəbələ rayon Notariat Kontoruna müraciət olunmuş və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışa əsasən ünvan 6-də yerləşən ümumi sahəsi 59 kv.m, yaşayış sahəsi 43.4 kv.m olan fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsinin mərhuma çatan hissəsindən Cavabdeh2 və Cavabdeh1 beşdə bir hissəsi, İddiaçı1 beşdə iki, Qafarova Könül Əmir qızına beşdə bir hissəsi pay ayrılmışdır. Vərəsəlik üzrə bölgüdən sonra cavabdehlər bu dəfə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətindən RX seriyalı ******* saylı çıxarış almışlar. Həmin çıxarış xx.xx.2016-cı il tarixdə DƏDRX-də 25 saylı reyestr kitabının 1 saylı vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən Qafarova Könül Əmir qızı və Cavabdeh1 fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən isə 6/25 hissədə, Cavabdeh3 Feruz qızına torpaq sahəsindən 5/25 hissədə, İddiaçı1 fərdi yaşayış evindən 2/5 hissədə, torpaq sahəsindən 2/25 pay müəyyən olunmuşdur (bilinmir hansı səbəbə görə). Cavabdehlər sonradan Qəbələ Rayon Məhkəməsinə müraciət edərək həmin əmlakın naturada bölgüsünü tələb etmişlər. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(025)-103/2017 saylı qətnaməsinə əsasən RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən Cavabdeh2 ev 1/5 torpaq 6/26, Qafarova Könül Əmir qızına ev 1/5 torpaq 6/25, Cavabdeh1 ev 1/5 torpaq 6/25, Cavabdeh3 Feruz qızına torpaq 5/25 və İddiaçı1 ev 2/5 torpaq 2/25 hissədə (əslində ev 2 2/5 yox qəzalı vəziyyətdə olan bir otaq, torpaq 2/25 hissə yox 2 metr cığır) ümumi paylı mülkiyyətdə olub Qəbələ şəhəri İ.B.Qutqaşınlı 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2, Qafarova Könül Əmir qızına, Cavabdeh1, Cavabdeh3 Feruz qızına birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə, İddiaçı1 isə fərdi yaşayış evindən 2/5, həyətyanı torpaq sahəsinin 2/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizanın xx.xx.2017-ci il tarixli 2508 saylı rəyinə əsasən natura qaydasında ayrılmışdır. Məhkəmə tikinti-texniki ekspertizanın rəyində və məhkəmənin qətnaməsinə əsasən aparılan naturada bölgüyə həmin ərazidə yerləşən və texniki pasportda öz əksini tapmamasına baxmayaraq müvafiq sənədlər təqdim edilmədiyi üçün qeydə alınmamış tikililər daxil edilməmişdir. Bu isə faktiki olaraq cavabdehlərə haqları çatandan daha çox ərazi ayrılmasına səbəb olmuş və iddiaçılar olarıq çox az ərazidə sığınmaları ilə nəticələnmişdir. Xüsusilə qeyd edirlər ki, məhkəmənin qətnaməsi ilə faktiki 154,1 kv. m, çıxarışda 59 kv.m ümumi sahəsi olan tikilinin 71,9 kv.m sahəsi bölgüyə məruz qalmış, nəticədə onlara 32,3 kv.m, cavabdehlərə isə 124,8 kv.m sahə qalmışdır. Bu qanunsuz bölgünün səsəbi isə texniki pasportda öz əksini tapmasına baxmayaraq müvafiq sənədlər gizlədilərək təqdim edilmədiyi üçün qeydə alınmamış tikililərin natural qaydada bölgüyə daxil edilməməsidir. Qeyd olunan qətnamənin icrası məcburi yerinə yetirilmiş, onlara natura qaydasında verilmiş fərdi yaşayış evi Cavabdeh1 tərəfindən qəzalı vəziyyətə gətirilib sonra iddiaçılara məhkəmənin qərarı ilə məcburi verilmişdir. Müəyyən olunmuş icra tarixini bilsələr də xəstə olduqları üçün icra tədbiri təmin olunan vaxt iştirak etməmişlər. Cavabdehlər də fürsətdən istifadə edərək onarın tikdikləri sərhəd hasarını söküb taxta sütunlarını peçində yandırmış, metal lövhələrin bir hissəsi ilə özünə hasar çəkmişlər. İcra tədbirləri zamanı iddiaçıların iştirakı olmadığı üçün icra məmuru guya İ.B.Qutqaşınlı küçəsi ev 111 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh4 Sələddin oğlunu məcburi gətirərək onların hasarını sökdürmüşdür. Məhkəmə iclasında İddiaçı2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 da qeyd olunanlara uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, o, heç kimin sərhəd hasarını sökməmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Quliyev tərfindən məhkəmə qətnaməsi icra olunan zaman iddiaçılarla aralarında yerləşən sərhədə həyətin digər hissəsindən 15 metr uzunluğunda və 1 metr hündürlüyündə hasar (dəmir lövhələr) sökülmüşdür. Dəmir lövhələr və taxtalar söküldükdən sonra iddiaçılarla onların həyətin arakəsməsinə vurulmuşdur. İstənilən vaxt onları iddiaçılara qaytara bilər. Qeyd olunan xüsusatlara görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 da məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında Cavabdeh1 izahatındakı xüsusatları eynilə təsdiq edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 Feruz qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə Cavabdeh3 Feruz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçıların, cavabdehlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəsəlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2016-cı il tarixdə hüquq subyektləri Cavabdeh2 (1/5), Cavabdeh1 (1/5), X6 (2/5) və Qafarova Könüd Əmir qızına (1/5) tərtib etdiyi reystr nömrəsi **********36-10301 olan «Fərdi yaşayış evinə daşınmaz əmlakın texniki pasportu»nun surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin (tikililərin) mərtəbələr üzrə M 1:100 miqyasında, torpaq sahəsinin M 1:500 miqyasında planı, torpaq sahəsi haqqında məlumatlar, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, eləcə də tikili və qurğuların təsviri göstərilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Qafarova Könül Əmir qızı cavabdeh İddiaçı1 qarşı payın naturada ayrılması tələbi ilə məhkəmədə iddia qaldırmışlar. Həmin qətnamə ilə iddia təmin edilmişdir. Qətnaməyə görə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçılar Cavabdeh2 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5, torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh3 (torpaq 5/25) və cavabdeh İddiaçı1 (ev 2/5, torapq 2/25) ümumi mülkiyyətində olub, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Qafarova Könül Əmir qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyindən göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 kv.m olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 kv.m 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçıların 23/25 payını ayırmaq üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda «S» hərfi ilə nişanlanmış sahəsi 18,2 kv.m olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd hasarının çəkilməsi, bölgü nəticəsində mübahisəli evin 3/5 və torpaq sahəsinin 23/25 hissələrinin mülkiyyətlərinə düşən sahələrin onların payına yaxın olmaq şərti ilə müəyyən edildiyi nəzərə alınması və tərəflərə onların ayrılma nəticəsində yarana biləcək mübahisəni sülh yolu ilə həll edə bilməsələr, bununla bağlı (fiziki bölgü nəticəsində bərabər olmayan payların əvəzinin pulla ödənilməsi və s.) məhkəmədə müstəqil iddia qaldıra bilmələrinin izah edilməsi qət olunmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 qətnaməsindən iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6365/18 saylı qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsi üzrə icra vərəqəsindən gönürür ki, icra vərəqəsi xx xxxxxx 2018-ci il tarixdə verilməklə icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx xxxxxx 2018-ci il tarixdə şöbənin icra məmuru Elburus Hacıyev tərəfindən icra vərəqəsinin icraata başlanması haqqında qərar qəbul olunaraq məhkəməyə məlumat göndərilmişdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindn çıxarışa əsasən Cavabdeh2, Qafarova Könül Əmir qızı, Cavabdeh1, Cavabdeh3 Feruz qızı və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olub ünvan 6 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2, Könül Qafarova, Cavabdeh1 və Cavabdeh3 birlikdə yaşayış evindən 3/5 hissədə, torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizanın xx xxxxx 2017ci il tarixli 2508 saylı rəyində göstərilmiş qaydada naturada ayrılmalı olduğu göstərilmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün «A» literli yaşaış evinin texniki pasportu üzrə sahəsi 24 kv.m olan 2 saylı yaşayış otağı və sahəsi 15,6 kv.m olan 1 saylı eyvan onlara verilməlidir. Evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçıların 23/25 payını ayırmaq üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nianlanmış sahəsi 18,2 kv.m olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd çəkilməlidir. Məhkəmə qərarına uyğun olaraq iddiaçılara evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən 23/25 hissədə payın ayrılması üçün qərarda qeyd olunan sərhədləri müəyyən edən sərhəd hasarı çəkilmiş, sərhədlər arasında paylara müvafiq torpaq sahələri tərəflərə tanıdılmaqla naturada ayrılması təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqt cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh1, Mustafayeva Könül Əmir qızı və X1 0,07 ha torpaq sahəsi ayrılmışdır. X4 2003-cü ildə vəfat etmişdir. İddiaçılardan İddiaçı1 və cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 ondan miras qalmış ev və torpaq sahəsi mövcuddur. Cavabdehlər qanun üzrə vərəsəlik şəhadətnaməsi və daha sonra isə Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışlar. Bundan sonra isə miras əmlaka dair İddiaçı1lə cavabdehlər Cavabdeh2, Cavabdeh1 arasında mübahisə yarandığından mirsdan payların naturada ayrılması tələbi ilə cavabdehlər məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(025)-103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçılar Cavabdeh2 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5, torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh3 (torpaq 5/25) və cavabdeh İddiaçı1 (ev 2/5, torapq 2/25) ümumi mülkiyyətində olub, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Qafarova Könül Əmir qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli 2508 nömrəli rəyindən göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 kv.m olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 kv.m 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçıların 23/25 payını ayırmaq üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda «S» hərfi ilə nişanlanmış sahəsi 18,2 kv.m olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd hasarının çəkilməsi, bölgü nəticəsində mübahisəli evin 3/5 və torpaq sahəsinin 23/25 hissələrinin mülkiyyətlərinə düşən sahələrin onların payına yaxın olmaq şərti ilə müəyyən edildiyi nəzərə alınması və tərəflərə onların ayrılma nəticəsində yarana biləcək mübahisəni sülh yolu ilə həll edə bilməsələr, bununla bağlı (fiziki bölgü nəticəsində bərabər olmayan payların əvəzinin pulla ödənilməsi və s.) məhkəmədə müstəqil iddia qaldıra bilmələrinin izah edilməsi qət olunmuşdur. Qətnamə icraya yönəldilmiş, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmurları qətnamənin icrasını təmin etmişlər. Bu zaman iddiaçılarla cavabdehlərin həyətyanı torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmiş, 0,07 ha torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən dəmir lövhələr və taxtalar sökülərək onların həyətyanı sahəsinin arakəsməsinə vurulmuşdur. İşin qeyd olunan halı cavabdehlər tərəfindən mübahisələndirilməmiş və onlar bunu verdikləri izahatlarında təsdiq etmişlər. Tərəflərin məhkəməyə təqdim etdikləri fotoşəkillərdən də işin göstərilən halı təsdiqini tapmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə tərəflərin, eləcə də Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Sənan Quliyevin iştirakı ilə mübahisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən qətnamə icra olunan zaman Qəbələ şəhəri, İ.B.Qutşqaşınlı küçəsi ev 497 (111)-də yerləşən 0,07 ha torpaq sahəsində dəmir lövhələr və taxtalar Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən sökülərək bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsində saxlanılmış və bir hissəsi isə iddiaçılarla cavabdehlərin torpaq sahələrinin sərhəd hasarına vurulmuşdur. İşin qeyd olunan hallarını və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və buna görə də təmin edilməlidir. İddiaçılar iddia ərizəsində həmçinin ünvan 7 yerləşən ünvanda yaşayan kimi təqdim olunan Cavabdeh4 Sələddin oğlunun (hansı ki, onu tanımırlar) kim olduğunun tanınması tələbini qoymuşlar. Məhkəmə hesab edir ki, iddiaçıların qeyd etdikləri bu tələb konkret deyildir. Buna görə də iddia tələbi həmin hissədə əsassız olduğundan və hazırkı tələblə bağlı olmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi ev 497 (111)də yerləşən 0.07 ha torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən, Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən sökülmüş materiallar - dəmir lövhələr və onların bərkidildiyi taxtalar (sərhəd hasar) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 geri qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 497 (111)-də yerləşən 0.07 ha torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən, Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən sökülmüş materiallar - dəmir lövhələr və onların bərkidildiyi taxtalar (sərhəd hasar) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-914/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-914/2020
17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver