Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-927/2021 28.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat ********** nömrəli və ********** nömrəli Çıxarışlara əsasən verilmiş 0,22 ha və 0,76 ha həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Qəbələ rayonu Tola kəndində yerləşən 26 may 1998-ci il tarixli qərarı ilə JN-0331 nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində həmin şəhadətnamə üzrə onların payları müəyyən olunmuş və çıxarış almışlar. Hazırda naturada ayrılmasını istəyirlər və yenə də cavabdehlər buna imkan vermirlər. Ona görə də real bölgünü öz aralarında apara bilmirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X4 qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ekspertizanın rəyi ilə tanış olduğunu, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ədalətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha həyətyanı torpaq sahəsindən X2 0,422 ha, Cavabdeh1 və Cavabdeh2 isə 0,1688 ha hissədə payları müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən X2 0,1221 ha, Cavabdeh1 və Cavabdeh2 isə 0,0448 ha hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 04 avqust 2021-ci il tarixli, **********72 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 0,22 ha və 0,76 ha torpaq sahələrinin sənəd üzrə forma və ölçüləri faktiki (naturadakı) torpaq sahəsinin forma və ölçülərindən fərqlidir. 0,76 ha torpaq sahəsinin bir tərəfə dərə, bir tərəfi kanal digər iki tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, torpaq sahəsinə ayrıca gediş gəliş yolu mövcud deyildir. 0,22 ha torpaq sahəsinin bir hissəsi sərt enişli dərədə yerləşir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 0,76 ha və 0,22 ha torpaq sahələrinə plan ölçü sənədi tərtib olunmamış, həmin torpaq sahələrinə yalnız Dövlət reyestrindən Çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.09.2021-ci il tarixli, 10/4543 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 11.06.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli və 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Tola kəndində yerləşən 0,76 ha və 0,22 ha torpaq sahələrindən X4, Cavabdeh1 və Cavabdeh2 çıxarışlarda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkün deyildir. Belə ki, 0,22 ha və 0,76 ha torpaq sahələrinin sənəd üzrə forma və ölçüləri faktiki (naturadakı) torpaq sahəsinin forma və ölçülərindən fərqlidir. 0,76 ha torpaq sahəsinin bir tərəfə dərə, bir tərəfi kanal digər iki tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, torpaq sahəsinə ayrıca gediş gəliş yolu mövcud deyildir. 0,22 ha torpaq sahəsinin bir hissəsi sərt enişli dərədə yerləşir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 0,76 ha və 0,22 ha torpaq sahələrinə plan ölçü sənədi tərtib olunmamış, həmin torpaq sahələrinə yalnız Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha həyətyanı torpaq sahəsindən X2 0,422 ha, Cavabdeh1 və Cavabdeh2 isə 0,1688 ha hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən X2 0,1221 ha, Cavabdeh1 və Cavabdeh2 isə 0,0448 ha hissədə payları müəyyən olunmuşdur və sözügedən torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti – texniki ekspertizası keçirilib müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.09.2021-ci il tarixli, 10/4543 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.09.2021-ci il tarixli, 10/4543 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli və 11.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Qəbələ rayonu Tola kəndində yerləşən 0,76 ha və 0,22 ha torpaq sahələrindən X4, Cavabdeh1 və Cavabdeh2 çıxarışlarda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkün deyildir. Belə ki, 0,22 ha və 0,76 ha torpaq sahələrinin sənəd üzrə forma və ölçüləri faktiki (naturadakı) torpaq sahəsinin forma və ölçülərindən fərqlidir. 0,76 ha torpaq sahəsinin bir tərəfə dərə, bir tərəfi kanal digər iki tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuş, torpaq sahəsinə ayrıca gediş gəliş yolu mövcud deyildir. 0,22 ha torpaq sahəsinin bir hissəsi sərt enişli dərədə yerləşir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 0,76 ha və 0,22 ha torpaq sahələrinə plan ölçü sənədi tərtib olunmamış, həmin torpaq sahələrinə yalnız Dövlət reyestrindən Çıxarış verilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 avqust 2021-ci il tarixli, **********72 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı X4 tərəflər arasında mübahisələndirilən torpaq sahələrindən paylarının naturada ayrılmasının mümkünlüyü barədə məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Paylı mülkiyyətdə olan torpaq sahələrindən paylarının naturada ayrılmasının mümkünlüyü barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dairiddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçı X1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçı X1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-927/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-927/2021
28.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver