Məhkəmə qərarları › İş №2(025)-931/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-931/2023

14.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-931/2023 14.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən paylı mülkiyyətdə olan 0,895 ha torpaq sahəsindən (********** qeydiyyat nömrəli Çıxarış) paylarının naturada ayrılması və onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ölkədə torpaq islahatı aparılan zaman X3, İddiaçı2, Nümayəndə, İddiaçı1, Allahverdiyeva (Məmmədhəsənova) Ülviyyə Bilal qızı, Cavabdeh, İddiaçı3 və X1 adına Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,895 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Paylı mülkiyyətçilərdən Cavabdeh, iş üzrə İddiaçı3 ilə ailəli olmuş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh iddiası əsasında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la ümumi birgə mülkiyyətə verilmiş 0,8950 ha torpaq sahəsindən Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarları ilə ümumi birgə mülkiyyətə JN-011E nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,40 ha torpaq sahəsindən və JN-0075 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,10 ha torpaq sahəsindən iddiaçı Cavabdeh 1/8 hissədə payı müəyyən edilmişdir. Həmin qətnamə əsasında onlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış almışdırlar. Daha sonra paylı mülkiyyətçilərdən X3, Nümayəndə, Allahverdiyeva (Məmmədhəsənova) Ülviyyə Bilal qızı, X2 öz mülkiyyətlərini İddiaçı1 və İddiaçı2 bağışlamışlar. Bundan sonra Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış almışlar. Yeni Çıxarışa əsasən İddiaçı1 3/8 hissədə, İddiaçı2 3/8 hissədə, İddiaçı3 1/8 hissədə, Cavabdeh Bilal qızının 1/8 hissədə payı müəyyən edilmişdir. Hazırda torpaq sahəsini öz aralarında bölə bilmirlər. Belə ki, cavabdeh hər dəfə torpaq bölgüsü ilə bağlı könüllü razılığa gələcəyini bildirsə də, sonradan gəlmir. Torpaq sahəsinin yola çıxışı mövcuddur. Cavabdehə torpaq sahəsinin şimal tərəfindən şifahi qaydada özünə göstərilərək torpaq ayrılıb verilmişdir. Lakin sənədləşdirib adlarına ayrı Çıxarış almaq istəyəndə sənədləşmə üçün gəlmir. Onlar naturada torpaq sahələrinin bölgüsü aparılarkən torpaq sahəsinin yerləşdiyi yerin şimal hissəsindən cavabdehə, cənub hissədən isə onların hamısının torpağı qonşu olmaqla, ayrılmasını istəyirlər. Hesab edirlər ki, həmin ərazidə paylı mülkiyyətdə olan torpaq sahələri naturada ayrılaraq onlara təhvil verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda paylarının mütəxəssis rəyi ilə verilmiş bölgü planına əsasən bölünməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh həmçinin 51 889 94 33 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,895 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 3/8, İddiaçı2 3/8, Cavabdeh 1/8 və İddiaçı3 1/8 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dairxx.xx.2023-cü il tarixdə, A 932804 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3884/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-ce il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0,8950 hektar torpaq sahəsi Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh birgə mülkiyyətinə verilmişdir. Tələbdə qeyd edilmiş 0,8950 ha torpaq sahəsindən İddiaçı1 mülkiyyətinə 0,3355 hektar, İddiaçı2 mülkiyyətinə 0,3355 hektar, İddiaçı3 mülkiyyətinə 0,1118 hektar və Cavabdeh mülkiyyətinə 0,1118 hektar olmaqla payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/699 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-ce il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0,8950 hektar torpaq sahəsi Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh birgə mülkiyyətinə verilmişdir. Tələbdə qeyd edilmiş 0,8950 ha torpaq sahəsindən İddiaçı1 mülkiyyətinə 0,3355 hektar, İddiaçı2 mülkiyyətinə 0,3355 hektar, İddiaçı3 mülkiyyətinə 0,1118 hektar və Cavabdeh mülkiyyətinə 0,1118 hektar olmaqla payların naturada ayrılması mümkündür. (bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı1 tərəfindən ünvanlanmış 17 mart 2023-cü il tarixli, 3- 21-3-42/2-1312/2023 nömrəli məktubda göstərilmişdir ki, bölünəcək torpaq sahəsində razılıq olmaması səbəbindən imtina verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 449, 456 və 460 nömrəli arayışlarda göstərilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadırlar və Vəndam qəsəbəsində yaşayırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,895 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 3/8 hissədə, İddiaçı2 3/8 hissədə, Cavabdeh 1/8 hissədə və İddiaçı3 1/8 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dairxx.xx.2023-cü il tarixdə, A 932804 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçıların və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3884/2023 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə etiraz etmişlər. Eyni zamanda Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasına münasibətini öyrənmək mümkün olmasa da, belə bölgü iddiaçıların və cavabdehlin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərcləri iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,895 ha torpaq sahəsindən İddiaçı1 0,3355 ha hissədə, İddiaçı2 0,3355 ha hissədə və İddiaçı3 0,1118 ha hissədə payları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2- 3884/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,895 ha torpaq sahəsindən İddiaçı1 0,3355 ha hissədə, İddiaçı2 0,3355 ha hissədə və İddiaçı3 0,1118 ha hissədə payları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3884/2023 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar