Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-933/2020 22.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixli, 09 nömrəli doğum haqqında akt qeydində və onun əsasında verilmiş xx xxxxxxx 2019-cu il tarixli, AZ-T seriyalı, 102699 saylı doğum haqqında şəhadətnamədə doğum tarixinin “xx.xx.1958-ci il” kimi aparılmış qeydin düzgün olmaması və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Ərizəçi doğum tarixinə “xx.xx.1958-ci il” kimi düzəliş edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək göstərdi ki, xx xxxxxx 1958-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Lakin Maraqlı şəxsndə tərtib edilmiş, xx.xx.1959-cu il tarixli, 09 nömrəli doğum haqqında akt qeydində və xx xxxxxxx 2019-cu il tarixdə aldığım AZ-T seriyalı, 102699 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixi “xx.xx.1958-ci il” əvəzinə səhvən “xx.xx.1958-ci il” kimi qeyd olunmuşdur. Halbuki, ona məxsus şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, nikah haqqında Şəhadətnamədə və s. digər sənədlərdə doğum tarixi “xx.xx.1958-ci il” kimi yazılmışdır. Hazırda doğum tarixinin Maraqlı şəxsndə tərtib edilmiş, xx.xx.1959-cu il tarixli, 09 nömrəli doğum haqqında akt qeydində və xx xxxxxxx 2019-cu il tarixli, AZ-T seriyalı, 102699 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixinin şəxsiyyət vəsiqəsi və digər sənədlərdə qeyd olunmuş tarixlə fərqli olması sənədləşmə işlərində çətinliklər yaradır. O, bundan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında akt qeydində və şəhadətnamədə səhvən qeyd olunmuş doğum tarixinin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq xx.xx.2020-ci il tarixli, 05/Q-28/13 saylı imtina məktubu da verilmişdir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 102699 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1958-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur, bu barədə xx xxxxxx 1959-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 09 nömrəli qeyd aparılmışdır. Atası X5, anası X6r. Şəhadətnamədə “doğum tarixi” olaraq “xx xxxxxx 1958-ci il”qeyd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 017120 saylı “Nikah haqqında” Şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 arasında xx xxxxxxx 1980-ci il tarixdə nikah bağlanmışdır, bu barədə nikah haqqında akt qeydləri kitabında 59 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Atayev, arvada Atayeva soyadı verilmişdir. Şəhadətnamədə X1 “doğum tarixi” olaraq “xx xxxxxx 1958-ci il” qeyd olunmuşdur. İşdə olan xx.xx.2011-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş AZE seriyalı P4458286 nömrəli Ümumvətəndaş paspotunda Ərizəçi doğum tarixi “xx.xx.1958-ci il” olaraq göstərilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixdə Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində Ərizəçi doğulduğu tarix “xx.xx.1958-ci il” olaraq göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-28/13 nömrəli məktubla arxiv məlumatlarında və vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemində doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından doğum tarixinə “xx.xx.1958-ci il” olaraq düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin MPM-nin 341-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi doğum tarixi “xx xxxxxx 1958-ci il” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “xx xxxxxx 1958-ci il” kimi qeyd aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında akt qeydlərinin düzgün olmaması, doğum tarixi kimi “xx xxxxxx 1958-ci il” yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması, doğum tarixi “xx.xx.1958-ci il” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-933/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-933/2020
22.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver