Məhkəmə qərarları › İş №2(025)-957/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-957/2020

24.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-957/2020 24.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, X1katibliyi,Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Ərizəçi məxsus doğum haqqında akt qeydində adın “Ədil” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək göstərdi ki, xx.xx.1951-ci il tarixdə Qəbələ şəhərində doğulmuşdur. xx.xx.1969-cu il tarixdə adına təkrar A3v№ ******* saylı Doğum haqqında şəhadətnamə Maraqlı şəxsndə (keçmiş Qutqaşen rayon WAQ bürosu) tərtib edilərək verilmişdir. Həmin təkrar verilən doğum haqqında şəhadətnamədə adı düzgün olmayaraq “Ədil” kimi yazılmışdır. Sonrakı dövürlərdə tərtib edilmiş bütün şəxsi sənədlərdə Ərizəçi adı ilə verilmişdir. xx.xx.1969-cu il tarixində Qutqaşen qəsəbə 1 № -li orta məktəb tərəfindən verilmiş A3 № 227597 saylı orta təhsil haqqında “Attestat” da adı Ərizəçi kimi qeyd edilmişdir. xx.xx.1970-ci il tarixdə Qutqaşen rayon hərbi komisarlığı tərəfindən verilmiş H3 №2327976 saylı biletdə adı Ərizəçi kimi qeyd edilmişdir. xx.xx.1974-cü il tarixdə Bakı şəhərində fəaliyyət göstərmiş 6№-li Texniki peşə məktəbi tərəfindən verilmiş 624 saylı “Attestat” da da adını Ərizəçikimi qeyd edilmişdir. Torpaq islahatı keçirilən zaman ona və ailə üzvülərinə verilmiş JN -1617F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də adı Ərizəçi kimi qeyd edilmişdir. xx.xx.2012 - ci il tarixdə aldığı AZE P5056136 saylı xarici pasportunda da adı Ərizəçi kimi qeyd edilmişdir. xx.xx.2012-ci il tarixdə Qəbələ şəhərində Füzuli küçəsi 18 № - li evinə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportu onun Ərizəçi adına tərtib edilmişdir. Həmin fərdi yaşayış evinin xx.xx.2012-ci il tarixdə verilmiş Seriya RX № ******* saylı DƏDRX-nin Qəbələ ərazi idarəsi tərəfində verilmiş çıxarışda da adı Ərizəçi kimi qeyd edilmişdir. Qeyd olunan 68 №-li doğum haqqında Qəbələ qeydiyyat şöbəsində xx.xx.1951-ci ildə tərtib edilmiş akt qeydindəki uyğunsuzluqla bağlı Maraqlı şəxsnə edilmiş müraciətlə bağlı verilmiş xx.xx.2019 - cu il tarixli 0519-398/13 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1951-ci il tarixdə Maraqlı şəxsndə tərtib edilmiş 68 №-li doğum akt qeydini nəzərdən keçirərkən adının “Ədil” kimi yazılması müəyyən olunmuşdur. Ancaq doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından adının “Adil” ə düzəliş edilməsi mümkün deyil. Məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Mənim düzgün adı həm sənəd üzrə, həm də mövcud müraciət formasında - Adildir. Təxminən 70 il ərzində həm sənəd üzrə, həm gündəlik ünsiyyət forması olaraq Adil adı ilə müraciətin 70 il əvvəlki texniki səhvə görə dəyişdirilməsini mümkünsüz hesab edirəm. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, burada Ərizəçi adı “Adil” olaraq göstərilmişdir. İşdə olan xx.xx.1974-cü il tarixdə verilmiş 624 nömrəli Attestatın surətindən görünür ki Ərizəçi adı “Adil” olaraq göstərilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş AZE seriyalı P5056136 nömrəli Ümumvətəndaş paspotunda Ərizəçi adı “Adil” olaraq göstərilmişdir. İşdə olan xx.xx.2005-ci il tarixdə Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının X2 Adil Fərrux oğlunun adı “Adil” olaraq göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/Q-398/13 nömrəli məktubla doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından ada “Adil” olaraq düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin MPM-nin 341-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçinın adı “Adil” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “Ədil” kimi qeyd aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında akt qeydlərinin düzgün olmaması, adı “Adil” yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması, adın “Adil” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar