Məhkəmə qərarları › İş №2(025)-962/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-962/2020

29.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-962/2020 29.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvən qeyd olunmuş adının düzəldilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan Qəbələ rayon Zalam kənd X6 tərəfindən xx.xx.1995-ci ildə tərtib edilmiş 36 nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində adı “Roman” kimi aparılmış qeydin düzgün olmamasını müəyyən edərək, düzgün olaraq “Rəman” kimi düzəlişin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) Ərizəçi məxsus doğum haqqında qeyddə adının “Roman” olmamasının müəyyən edilməsi və düzgün olaraq adının “Rəman” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1995-cı ildə Qəbələ rayonu, Topbağ kəndində anadan olmuşdur. Valideyinləri – atası X7 və anası X5 olmuş və onlar Qəbələ rayonu, Zalam kənd X3 doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. O, bir neçə ay bundan öncə ailələrinə məxsus torpaq sahəsinin sənədləşməsinə görə müraciət etmişdir və onun Qəbələ rayon Zalam kənd X6 tərəfindən xx.xx.1995-ci ildə tərtib edilmiş 36 nömrəli doğum haqqında akt qeydinin nəzərdən keçirərkən adı “Rəman” əvəzinə səhvən “Roman” kimi qeyd olunmuşdur. Hamı isə onu Ərizəçi kimi tanımışdır. Həmçinin, orta məktəbi bitirməsi barədə attestatda, hərbi biletində, şəxsiyyət vəsiqəsində və s. digər sənədlərdə Ərizəçi kimi yazılmışdır. Atası X7 xx xxxxxx 2003-cü il tarixdə şəkərli diabet xəstəliyindən vəfat etdikdən sonra onun adına olan əmlak üzrə vərəsəlik məsələsini həll etmək istəmişdir, lakin onun adı Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Roman” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. O isə bunlardan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq xx xxxxxx 2020-ci il tarixli, 05/Q-60/13 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X4 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2000-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1995-ci ildə Qəbələ rayonu Topbağ kəndində doğulmuşdur. Atası X7, anası X2r. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuş və xx xxxxx 2013-cü ildən Qəbələ rayonu Topbağ kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon İHB-nın Topbağ kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 96 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Topbağ kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-60/13 nömrəli məktubla Qəbələ rayon Zalam kənd İƏN-də tərtib edilmiş xx.xx.1995-ci il tarixində № 36 doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Roman” yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından adının “Rəmana”-a düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, SX ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı “Rəman” kimi yazılmışdır. İşdə olan A 561166 nömrəli “X13 Haqqında Attestat”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı “Rəman” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1995-ci ildə Qəbələ rayonu, Topbağ kəndində doğulduğu və ona bu adla doğum haqqında şəhadətnamə verildiyi halda, doğum akt qeydiyyatı kitabında səhvən adı “Roman” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlərdə adı “Rəman” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Roman” kimi yazılmasının düzgün olmaması və adının “Rəman” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və adının “Rəman” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar