Məhkəmə qərarları › İş №2(025)-969/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-969/2022

30.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-969/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nümayəndə, İddiaçı2, İddiaçı3, Cavabdeh, eyni zamanda mərhumlar X2 və X3 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,62 ha yaşayış məntəqələri torpaqlarından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,0289 ha yaşayış məntəqələrinin torpaqlarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,22 ha yaşayış məntəqələrinin torpaqlarından və JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic kəndində 1,13 ha həyətyanı torpaq sahəsindən onların hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçı və həmçinin digər İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, onun həmin ərizəni imzalamağa hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasıilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşdə olan 20 avqust 2021-ci il tarixli etibarnamədən görünür ki, iş üzrə İddiaçı2 müəyyən hərəkətləri həyata keçirməyi Nümayəndənə etibar etmiş, lakin, Azərbacan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar onların və Cavabdeh, eyni zamanda mərhumlar X2 və X3 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,62 ha yaşayış məntəqələri torpaqlarından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,0289 ha yaşayış məntəqələrinin torpaqlarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,22 ha yaşayış məntəqələrinin torpaqlarından və JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu Nic kəndində 1,13 ha həyətyanı torpaq sahəsindən onların hər birinin payının 1/3 hissədə müəyyən edilməsini xahiş etsələr də, iddia ərizəsinə mərhumlar X6 və X4 məxsus torpaq sahələri üzrə digər mülkiyyətçilərin qanun üzrə vərəsə kimi hüquqlarının tanınmasına dair hər hansı sübut əlavə etməmişdir. Belə ki, ilk öncə sözügedən torpaq sahəsindən ümumi birgə mülkiyyətçilərin (həmçinin mərhum şəxslərin) hər birinin payı müəyyən edilməli və daha sonra isə iddiaçılar Əliyev X6yə və X4 məxsus torpaq sahələrindən vərəsələrin paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməldirlər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, X5 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, Nümayəndə tərəfindən cəmi 101 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən, hesab edirəm ki, Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Nümayəndənə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar