Məhkəmə qərarları › İş №2(025)-971/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-971/2021

02.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-971/2021 02.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona yəni-Ərizəçi məxsus doğum haqqında akt qeydində adının “Cavid”, doğum tarixinin isə “04.01.1984” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Cəlal”, “xx.xx.1984” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə tələbini müdafiə edərək göstərdi ki, Ərizəçi, xx xxxxxx 1984-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. Valideynləri 30.03.1984-cü il tarixində Qutqaşen rayonunun Mıxlıqovaq kənd sovetinə doğumum barədə müraciət edərək adını “Cəlal”, soyadını “İbrahimov” doğum tarixi xx.xx.1984-cü il qeyd etdirməklə, ona İX-JQ 419325 nömrəli doğum haqqında şəhadətnamə almışlar. Ondan sonra hamı onu Ərizəçi kimi tanımışlar. Həmçinin, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, hərbi biletində, diplomunda və s. digər sənədlərdə Ərizəçi kimi yazılmışdır. O, bir neçə ay bundan əvvəl Qəbələ regional “ASAN xidmət” Mərkəzindəki Notariat ofisinə adına olan torpaq sahəsini atasının adına rəsmiləşdirmək istəmişdir, lakin onun adı Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan 30.03.1984-cü il tarixində Qutqaşen rayonunun Mıxlıqovaq kənd sovetində tərtib edilmiş 22 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adı “Cavid”, doğum tarixi isə “04.01.1984”-cü il kimi səhvən yazılmışdır. O isə bunlardan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının və doğum tarixinin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 20 may 2021-ci il tarixli, 05/Q-154/13 saylı imtina məktubu da verilmişdir. Odur ki, ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kəndi soveti tərəfindən 30 mart 1984-cü il tarixdə verilmiş İX-JQ № 419325 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Calal”, doğum tarixi qrafasında isə “xx.xx.1984” yazılmışdır. İş materiallarında olan Qəbələ rayon Mirzəbəyli kəndi İƏN tərəfindən 19.03.2015-ci il tarixdə verilmiş AZ-İ № 998218 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 19 mart 2015-ci il tarixdə X2 ilə nikah bağlamışdır. Bu sənəddə ərizəçinin adı “Cəlal”, doğum tarixi qrafasında isə “xx xxxxxx 1984” yazılmışdır kimi qeyd olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kəndi İ.Ə.N tərəfindən 05.02.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 691814 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Cəlal” yazılmışdır. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı “Cəlal” olaraq göstərilmişdir. İş materiallarında olan B № 064212 saylı 13.07.2006-cı il tarixdə verilmiş Diplomun surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Cəlal” yazılmışdır. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Maraqlı şəxs tərəfindən verilmiş 09.07.2021ci il tarixli, 278 nömrəli doğum haqqında arayışda görünür ki, Ərizəçi doğum tarixi qrafasında “xx xxxxxx 1984” qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 05/Q-154/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində adı “Cavud” kimi, doğum tarixi “04 yanvar 1984” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Cəlal”, doğum tarixi “xx xxxxxx 1984” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin adı qrafasında “Cavid”, doğum tarixi “04 yanvar 1984” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Mıxlıqovaq kənd İƏD-də tərtib edilmiş 30.03.1984-cü il tarixli, 22 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Cavid” kimi, doğum tarixinin “04.01.1984” kimi yazılmasının düzgün olmaması və adın “Cəlal” kimi, doğum tarixinin “xx.xx.1984” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Cavid” kimi, doğum tarixinin “04.01.1984” kimi yazılmasının düzgün olmaması və adın “Cəlal” kimi, doğum tarixinin “xx.xx.1984” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar