Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-105/2021 19.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhərrəm oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 2500 manat və Cavabdeh3 Məhərrəm oğlundan 600 manat məbləğində pulun alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər 20 aprel 2021-ci il tarixə saat 12:00-a, 06 may 2021-ci il tarixə saat 12:00-a və 19 may 2021-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün deyil. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 2500 manat və Cavabdeh3 Məhərrəm oğlundan 600 manat məbləğində pulun alınıb ona verilməsinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-105/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-105/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver