Məhkəmə qərarları › İş №2(026)-108/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-108/2022

07.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-108/2022 07.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı 04 iyul 2018-ci il təvəllüdlü X2 əməliyyatı ilə əlaqədar aparılmış 650 manat məbləğində xərcini, əməliyyatdan sonra onun bərpası ilə əlaqədar 600 manat məbləğində xərcini, mediatora ödənilmiş 50 manatı, vəkilə ödənilmiş 250 manatı və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı və Cavabdeh qarşı 04 iyul 2018-ci il təvəllüdlü X2 əməliyyatı ilə əlaqədar aparılmış 650 manat məbləğində xərcin, əməliyyatdan sonra onun bərpası ilə əlaqədar 600 manat məbləğində xərcini, mediatora ödənilmiş 50 manatın, vəkilə ödənilmiş 250 manatı və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 16 oktyabr 2016-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 04 iyul 2018-ci il tarixdə Daniel adlı bir övladları anadan olmuşdur. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(094)--181/2020 qətnaməsi ilə aralarında olan nikah pozulmuş və nikah pozularkən 18 may 2020-ci il tarixdən başlayaraq 04 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hal hazırda Cavabdeh iş yerini dəyişərək yeni iş yeri və gəliri barədə məlumat verməkdən imtina edir. Dörd aydan çox müddətdir ki, aliment ödəmir. Övladının tərbiyəsində, sağlamlığında, onun psixi, fiziki və mənəvi inkişafında iştirak etmir. Övladı Danielin tonzillektomiya xəstəliyi ilə əlaqədar məcburi olaraq “Real Hospital’a müraciət etmiş, 105 manat dəyərində analizləri verdikdən sonra 545 manat dəyəri olan cərrahi əməliyyati aparılmışdır. Əməliyyatdan sonra övladının sağlamlığının bərpa edilməsinə və dərmanların alınmasına təxminən 600 manat xərc çəkmişdir. Bununla bağlı Cavabdeh müraciət edərək təklif etmişdir ki, aparılmış xərclərin yarısını o ödəsin. Lakin Elvin ona kömək etməkdən imtina etmişdir. Məcbur olaraq bu məsələ ilə əlaqədər mediatora müraciət etmiş, 50 manat kassaya, mübahisənin həlli ilə əlaqədar isə vəkil tutmaq üçün 250 manat kassaya ödəmişdir. Ona görə də Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X2 əməliyyatı ilə əlaqədar aparılmış 650 manat məbləğində xərcinin, əməliyyatdan sonra onun bərpası ilə əlaqədar 600 manat məbləğində xərcin, mediatora ödənilmiş 50 manat, vəkilə ödənilmiş 250 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddianı qismən qəbul edir. Təlim tədris mərkəzində texniki işçi işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment onun əmək haqqının üçdə bir hissəsi miqdarında tutulur. İddiaçı ondan tələb etdiyi pulu Nigarla görüşüb ödəmişdir, Nigar da bundan istifadə edərək həmin pulu ondan yenidən almaq istəyir. Bundan əlavə vəkilə ödədiyi 250 manat və mediasiyaya ödədiyi 50 manat pulu başqa ərizədə də ondan tələb etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 28 iyul 2018-ci il tarixdə verdiyi AZ-İV 128717 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 iyul 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin 14 noyabr 2020-ci il tarixdə verdiyi AZ-İ 364854 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalov Elvin Üzeyir oğlu ilə X3 arasında olan nikaha 18 sentyabr 2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 303 nömrə ilə qeyd edilmişdir. Qadına Hacıyeva soyadı verilmişdir. Mediasiya Şurasının 2020-ci il 23 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə 26 noyabr 2021-ci il tarixli 2021- 007169 saylı arayışından görünür ki, İddiaçı (etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə) və Cavabdeh 24 noyabr 2021-ci il və 25 noyabr 2021-ci il tarixlərində (ayrılıqda) keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 28 avqust 2021-ci il tarixli N 17219 saylı ödəmə qəbzindən görünür ki, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 105 manat ödəniş etmişdir. 01 sentyabr 2021-ci il tarix saylı ödəmə qəbzindən görünür ki, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 545 manat ödəniş etmişdir. 21 oktyabr 2021-ci il tarixli 8039 saylı ödəmə qəbzindən görünür ki, X3 hüquqi yardım üçün 4 saylı hüquq məsləhətxanasının ******************** saylı hesabına 250 manat ödəniş etmişdir. 20 noyabr 2021-ci il tarixli 2017 saylı ödəmə qəbzindən görünür ki, X3 mediasiya xidmətinin 410400C**********109 saylı hesabına 50 manat ödəniş etmişdir. 14 yanvar 2022-ci il tarixli ********* saylı ödəmə qəbzindən görünür ki, X3 iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətində Qobustan rayon məhkəməsinin hesabına 40 manat ödəniş etmişdir. Müəyyən olundu ki, iddiaçı Hacıyeva X4 Elvin Üzeyir oğlu ilə 16 oktyabr 2016-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 04 iyul 2018-ci il tarixdə Daniel adlı bir övladları anadan olmuşdur. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(094)--181/2020 qətnaməsi ilə aralarında olan nikah pozulmuş və nikah pozularkən 18 may 2020-ci il tarixdən başlayaraq 04 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı Danielin tonzillektomiya xəstəliyi ilə əlaqədar “Real Hospital’a 105 manat dəyərində analizləri verdikdən sonra 545 manat dəyəri olan cərrahi əməliyyati aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 81.2-ci və 81.3-cü maddələrinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi əziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valıdeynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X2 əməliyyatı ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilmiş 105 manat və "xxxx" MMC-in xeyrinə ödənilmiş 545 manat, hüquqi yardım üçün ödənilmiş 250 manat, mediasiya xidmətinin hesabına ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 990 manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X2 əməliyyatı ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilmiş 105 manat və "xxxx" MMC-in xeyrinə ödənilmiş 545 manat, hüquqi yardım üçün ödənilmiş 250 manat, mediasiya xidmətinin hesabına ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, ümumilikdə 990 manat alınıb İddiaçı qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar