Məhkəmə qərarları › İş №2(026)-120/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-120/2022

06.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-120/2022 06.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı rabitə kabelinin mühafizə zonasındakı tikililərin sökülməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanda İddiaçınə məxsus TPP-200x2x0,4 və FO-12 rabitə kabellərinin üzərində və mühafizə zonasında . qanunsuz olaraq qeyri-yaşayış binası inşa edilmişdir. Bu fakt İddiaçı MMC-nin Dağlıq Şirvan regional filialının Qobustan şöbəsinin işçilərinin yerində tərtib etdiyi akt, çəkilmiş fotoşəkillər, eskiz sxem və peyk xəritəsi ilə bir daha təsdiq olunur. TPP-200x2x0,4 və FO-12 rabitə kabellərinin üzərində və mühafizə zonasında qanunsuz tikilmiş qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar Cavabdeh bildirilmiş, lakin Cavabdeh ərizə ilə müraciət edərək tikilinin altında qalmış kabellərin onun hesabına köçürülməsini xahiş etmişdir. Kabel-kanalizasiya qurğularının köçürülməsi üçün təqdim edilmiş iş həcmlərinə əsasən təmir-bərpa işləri və boşdayanma nəzərə alınmaqla 2186,48 manat məbləğdə smeta hesablanmış, lakin cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən ünvan 1 ünvanda İddiaçınə məxsus TPP- 200x2x0,4 və FO-12 rabitə kabellərinin üzərində və mühafizə zonasında inşa edilmiş qeyriyaşayış sahəsinin kabellərin mühafizə zonasına düşən hissəsinin cavabdehin hesabına sökülərək rabitə kabellərinin mühafizə zonasının təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək İddiaçı Cavabdeh qarşı rabitə kabelinin mühafizə zonasındakı tikililərin sökülməsinə dair mülki işinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı olan iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,259,0.11, 263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda İddiaçınə məxsus TPP-200x2x0,4 və FO-12 rabitə kabellərinin üzərində və mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsinin kabellərin mühafizə zonasına düşən hissəsinin cavabdehin hesabına sökülərək rabitə kabellərinin mühafizə zonasının təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar