Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-121/2024 06.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 16600 manat maddi, 25000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 16600 manat maddi, 25000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayır və əsasən kənd təsərrüfatı ilə məşğul olur. Ona görə də rayonunun kəndlərində əkinə yararlı pay torpaq sahələri alır. 2008-ci ildə Qobustan rayonunun Xilmilli kənd sakini Cavabdeh torpaq sahəsi satdığına görə onunla görüşüb razılaşdıqdan sonra Ənvər və ailəsinin mülkiyyətində olan 11 ha 64 sot torpaq sahəsinin 4 ha 76 sotunu alqı-satqı yolu ilə almış və həmin torpağa dair çıxarış almışdır. 2016-cı ildə Ənvər ona qalan 6 ha 9 sot torpağını da satmaq istədiyini dediyinə görə həmin torpağın da dəyərini, yəni 4500 manat pul və iki Kamaz hər-birində 800 ədəd mişar daşı olmaqla cəmi 1600 ədəd mişar daşı verməklə Cavabdeh 6 ha 09 sot torpaq sahəsini də almışdır. Ənvərin həmin torpağı satması üçün ailə üzvləri ona notariat qaydasında təsdiq olunmuş etibarnamə vermişlər. Sonradan aldığı 6 ha 9 sot torpaq sahəsinə çıxarış almamışdır, buna səbəb isə Ənvərin uşaqlarından birinin xəstə olması olmuşdur. 2021-ci ildə torpağın adına keçirilməsi üçün sənədlərin toplanması üçün yenidən Ənvərə 1000 manat pul vermişdir. 2023-cü ildə Ənvər verdiyi pulları danaraq torpağı satmadığını demişdir. O, da məcbur olub Ənvərin hərəkətlərindən Qobustan rayon polis şöbəsinə şikayət etmiş və iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ənvərdən aldığı 6 ha 9 sot torpaq sahəsinin pulunu versə də, Ənvər ona həmin torpaqdan istifadə etməyə imkan vermir və əkin-biçin üçün dövlət tərəfindən ödənilən subsidiyaları 2016-cı ildən özü alır. Ona görə də məsələnin məhkəmə müstəvisində həll olunması zərurətində qalmışdır. Bundan başqa Cavabdeh hərəkətlərinin nəticəsində güclü sarsıntı keçirmiş və şəkər xəstəliyinə tutulmuşdur. Hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Cavabdeh təqsiri üzündən keçirdiyi sarsıntılara görə ona dəymiş mənəvi ziyanı 25000 manat qiymətləndirir. Bundan başqa Cavabdeh ona satdığı, lakin dövlət tərəfindən əkin-biçin üçün verilən aldığı subsidiyalar 2016-2020-ci illər üçün hər hektara 200 manat olmaqla torpağa verilən subsidiyanın dəyəri 200 manatdan cəmi 600 manat, 2021-ci il üçün 2010 manatdan 1260 manat, 2022-2023-cü illər üçün isə hər hektarı 220 manatdan olmaqla 2640 manat təşkil edir. Ona görə də 16600 manat maddi və 25000 manat mənəvi zərərin Cavabdeh alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona və ailəsinə məxsus əkinə yararlı pay torpaq sahəsindən 2002-ci ildə 4,5 hektar, 2009-cu ildə 5 hektar və 2013-cü ildə 6 hektar torpaq sahəsi satmışdır. İddiaçı aldığı torpaq sahələrinə dair öz adına çıxarış almışdır.Lakin uşağı xəstə olduğu üçün sonuncu satdığı torpaq sahəsinisənə dləşdirmək üçün o və ailə üzvləri etibarnamə vermişlər. Həmin torpaq sahəsini İddiaçı verməyə hazırdır. Amma Soltanpaşa əlavə torpaq sahəsi istəyir. Ona uşağının qəyyumluq sənədini düzəldib torpağı sənədləşdirə bilər. Dövlət tərəfindən verilən subsidiyaları cəmi 3 il, yəni 2021,2022 və 2023-cü illərdə o almışdır. Hazırda əkdiyi yeri satmamışdır. Əkdiyi 5 hektar torpaq sahəsi 11 hektar torpaq sahəsinin yanında yerləşır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Xilmilli kəndi ərazisindən 6,0974 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Xilmilli kəndi ərazisindən 0,6855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qobustan rayonun Xilmilli kəndi ərazisindən 4,7621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qobustan rayon notariat kontorunun 01 iyul 2008-ci il tarixli torpağın alqı-satqısı barədə müqaviləsinin surətindən görünür ki, Cavabdeh JN-614 saylı dövlət aktına əsasən və DƏDRX-in Şamaxı rayon ərazi dairəsi idarəsinin 30 iyun 2008-ci il tarixli 1270 saylı arayışına əsasən Qobustan rayonunun Xilmilli kəndində yerləşən ona və ailəsinə məxsus 47620,87 ha torpaq sahəsinə görə İddiaçı 1000 manat almışdır. Qobustan rayon notariat kontorunun 08 iyun 2021-ci il tarixli AR-İİN 126102 saylı və 126103 saylı, 05 may 2021-ci il tarixli AR-İİN 265676 saylı, 10 iyun 2021-ci il tarixli AR-İİN 344441 və AR-İİN 344440 saylı etibarnamələrdən görünür ki, Cavabdeh, X3, X2, X5, X8 torpağın mülkiyyətə verilməsinə dair JN-0614 KOD 30712018 saylı dövlət aktına əsasən Qobustan rayonu Xilmilli ərazisində yerləşən 11,54 hektar torpaq sahəsinin onlara məxsus olan hissəsini idarə etməyi, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqların və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, alqı-satqı müqaviləsinə əlavə sazişi, bölgü sxemini imzalamağı, notariusun depozit hesabında olan pulu almağı, vergi ödənişlərini ödəməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişlər. Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-0614 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, ailə başçısı X4 göstərilməklə 6 nəfər ailə üzvlərinə 11,54 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi verilmişdir. Müəyyən olundu ki, İddiaçı 2008-ci ildə Qobustan rayonunun Xilmilli kənd sakini Cavabdeh ilə aralarında razılığa gələrək Ənvər Abdullayeva və onun ailə üzvlərinin mülkiyyətində olan 11 ha 64 sot torpaq sahəsinin 4 ha 76 sotunu alqı-satqı yolu ilə almışdır. Bundan başqa 2016-cı ildə Ənvər ona qalan 6 ha 9 sot torpağını da satmaq istədiyini dediyinə görə həmin torpağında dəyərini, yəni 4500 manat pul və iki kamaz hərbirində 800 ədəd mişar daşı olmaqla cəmi 1600 ədəd mişar daşı verməklə Cavabdeh 6 ha 09 sot torpaq sahəsini də almışdır. Ənvərin həmin torpağı satması üçün ailə üzvləri ona notariat qaydasında təsdiq olunmuş etibarnamə vermişlər. Sonradan aldığı 6 ha 9 sot torpaq sahəsinə çıxarış almamamışdır, buna səbəb isə Ənvərin uşaqlarından birinin xəstə olması olmuşdur. 2021-ci ildə torpağın adına keçirilməsi üçün sənədlərin toplanması üçün yenidən Ənvərə 1000 manat pul vermişdir. 2023-cü ildə Ənvər verdiyi pulları danaraq torpağı satmadığını demişdir. Cavabdeh İddiaçı həmin torpağın satılması üçün 4500 manat pul və 1600 dəyərində iki kamaz mişar daşı alması və sonradan ona torpaq sahəsini satmadığını deməsi Soltanpaşa Əzizovun şüurunda mənfi reaksiyalar yaratmaqla onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Lakin məhkəmə qeyd edir ki, mənəvi zərərə görə iddiaçının tələb etdiyi 25000 manat kifayət qədər çoxdur. Məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərə görə tələb olunan məbləğin 4000 manat miqdarında müəyyən edilməsi ağlabatan və ədalətli məbləğdir və iddianın bu hissəsi həmin məbləğ miqdarında təmin olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində göstərilir ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, X1 hərəkətləri iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Ona görə də iddianın mənəvi zərərlə əlaqədar tələb hissəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh maddi ziyana görə 16600 manat, mənəvi zərərə görə 4000 manat pul və 100 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 16600 manat, mənəvi zərərə görə 4000 manat pul və 100 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-121/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-121/2024
06.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver