Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-123/2023 17.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 10 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə ərizə ilə müraciət etmişdir. 10 saylı Ərazi Vergilər İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 30 yanvar 2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 159564,51 manat İcbari Sığorta Fonduna 318,58 manat, dövlət büdcəsinə 106665,68 manat məbləğində (o cümlədən vergilər üzrə 92256,64 manat, faizlər üzrə 14409,04 manat), işsizlikdən sığorta fonduna 12827,04 manat olmaqla, ümumilikdə 279375,76 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 05 dekabr 2022-ci il tarixli **********316300, 01 dekabr 2022-ci il tarixli **********560600 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də, hüquqi şəxsin tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 106665,68 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 159564,51 manat, işsizlik sığorta fonduna olan 12827,04 manat, İcbari Sığorta Fonduna 318,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Seydibaba oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs izahat verərək göstərdi ki, 2016-cı ildən 2022-ci ilə kimi İsmayıllı Ərazi Maliyyə Hesablaşma idarəsinin rəisi işləmişdir. Təhsil Nazirliyinin əmrinə əsasən hesablaşma idarələri ləğv olunub. Vergi borcları Regional Təhsil İdarələri hüquqi varis kimi ödəməlidir. VÖENİ özləri də ləğv etməlidir. VÖEN hal-hazırda onun adınadır. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Müəyyən olundu ki, vergi ödəyicisi olan Maraqlı şəxs Seyidməmməd oğlu (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 159564,51 manat İcbari Sığorta Fonduna 318,58 manat, dövlət büdcəsinə 106665,68 manat məbləğində (o cümlədən vergilər üzrə 92256,64 manat, faizlər üzrə 14409,04 manat), işsizlikdən sığorta fonduna 12827,04 manat olmaqla, ümumilikdə 279375,76 manat borcu vardır. Vergi ödəyicisinə 01 dekabr 2022-ci, 05 dekabr 2022-ci, 12 dekabr 2022-ci və 13 dekabr 2022-ci il tarixlərdə bildirişlər göndərilsə də, lakin vergi ödəyicisi borc məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxs haqqında məlumatın surətindən görünür ki, Maraqlı şəxs 10 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli **********316300 və 01 dekabr 2022-ci il tarixli **********560600 saylı bildirişlərin surətindən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı və 100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massiv 2-də qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın və 100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-123/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-123/2023
17.02.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver