Məhkəmə qərarları › İş №2(026)-139/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-139/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-139/2020 02.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxxxxxxx” X4 Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında həmin şirkətdə sığortalanmış “Opel Astra” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 1783 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb şirkətə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı- Şamaxı avtomobil yolunun 98.5-ci km-də geriyə əks istiqamətə manevr edərkən arxadan gələn “Opel Astra” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən avtomobil dəmir bardura dəyərək aşmışdır.Qeyd olunan avtonəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3366 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN Baş Dövlət X6 YPX xidməti tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat cərimə olunmuşdur. “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 da Azərbaycan Respublikası DİN Baş Dövlət X6 YPX xidməti tərəfindən araşdırmanın nəticəsi olaraq inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 3271-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat cərimə olunmuşdur. “Qaz 31029” (**-CZ-***) və “Opel Astra” (**-LM-***) dövlət qeydiyyat nişanlı mülki məsuliyyəti yarandığından “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana (3366 x 50% =1783) manat məbləğində maddi zərər avtomobil sahibi X2 ödənilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsində sığorta təşkilatı tərəfindən ödənilmiş məbləğin cavabdehdən sığorta şirkətinin xeyrinə tutulmasına əsas verdiyi göstərilərək 1783 manat sığorta ödənişi məbləğinin, 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə “QAZ 3129” markali minik avtomobili ilə Bədəlli kəndindən Şamaxı rayon istiqamətinə dönərkən sol kənar zolağı ilə hərəkət edən zaman sola dönmə anında arxadan gələn “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı minik avtomobili sol zolaqda bardur ilə hərəkət edərək onun avtomobilini sol tərəfdən vuraraq qabağa atmış özü isə aşmışdır. Bu avtomobilin sürücüsü onun sağ tərəfində olan iki boş hərəkət zolağını buraxmış və onu sol tərəfdə geriyə dönmə zolağında vurmuşdur. Onun idarə etdiyi avtomobilin ehtibarnaməsinin müddəti qurtarmışdır. Sığorta orqanı həmin avtomobili onun adına etibarnaməsiz sığorta etmişdir. Onun günahı avtomobili etibarnaməsiz sürməsi olmuşdur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, “Qaz 31029” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, Bakı- Şamaxı avtomobil yolunun 98.5-ci km-də geriyə əks istiqamətə manevr edərkən arxadan gələn “Opel Astra” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsünün idarə etməni itirməsi səbəbindən avtomobil dəmir bardura dəyərək aşmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuş, “Opel Astra” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3366 manat məbləğində maddi ziyan dəymiş, avtomobil sahibi X1 “xxxxxxxxx” ASC tərəfindən 1783 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin tərtib etdiyi inzibati xəta haqqında xx xxxxxx 2019-cu il tarixli TP seriyalı ******* saylı protokoldan görünür ki, “QAZ- 31029” markalı **-CZ-***” dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, yəni geriyə əks istiqamətə manevr edərək arxadan gələn “Opel Astra” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Opel Astra” markalı avtomaşınına maddi zərər vurmuşdur. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli 3353/M/CML-1869/2019 saylı sığorta aktının surətindən görünür ki, “xxxxxxxx” ASC tərəfindən “Opel Astra” markalı avtomaşının sahibi X1 1783 manat məbləğində sığorta pulu ödənilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli texniki ekspertiza rəyindən görünür ki “OpelAstra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3366 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, “xxxxxxxxx” ASC tərəfindən X1 məxsus “Opel Astra” markalı 90 LM-196 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1783 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb “xxxxxxxxx” X5 ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxx” ASC tərəfindən “Opel Astra” markalı 90 LM-196 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1783 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb “xxxxxxxxx” X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar