Məhkəmə qərarları › İş №2(026)-187/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-187/2020

23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-187/2020 23.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 330 manat dəyərində 1 ədəd dəmir işıq dirəyi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 330 manat dəyərində 1 ədəd dəmir işıq dirəyi və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıizahatında göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla 1996-cı ildən rayonunun Çalov kəndində yaşayır. 1995-ci ildə 23 yanvar tarixli akta əsasən ona Çalov kəndində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılıb, o da həmin torpaq sahəsində ev tikib və hazırda da həmin evdə yaşayır. Evə köçərkən öz pulu ilə 6 ədəd dəmir işıq dirəkləri almış və evinə işıq çəkdirmişdir. Ondan sonra məhəlləyə köçüb ev tikənlər də ona pul verib həmin işıq dirəklərindən istifadə etmişlər. Cavabdeh ev tikib ora köçərkən ona 2 şirvan pul verib elektrik naqili alınmasına köməklik etmişdir. Sonradan elektrik dirəklərini təmir edərkən 1 ədəd elektrik dirəyi boşda qaldığından qonşularla birlikdə belə qərara gəlmişlər ki, sonra həmin dirəyi sıradan çıxan dirəklə əvəz edəcəklər. Bir neçə gün bundan əvvəl həmin dirəyin çıxarıldığını öyrənmiş və ona məlum olmuşdur ki, həmin dirəyi Cavabdeh gecə ikən çıxarıb oğlanları ilə birlikdə oğurlayıb aparmışlar. Dəfələrlə özü və qonşuları Qurbana desələr də həmin dirəyin ona məxsus olduğunu deyib qaytarmaq istəmir. Həmin 11 metrlik dəmir dirəyin dəyərini 330 manat qiymətləndirir və həmin pulun Qurbandan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bu barədə Qobustan rayon polis şöbəsinə müraciət etmiş, ona mübahisəsinin mülki xarakterli məsələ olduğu üçün məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir.Cavabdeh 330 manat dəyərində 1 ədəd dəmir işıq dirəyi və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, 1995-ci ildə yaşadığı evə işıq çəkdirmək üçün qonşusu İddiaçıla aralarında gəldikləri razılığa əsasən 6 ədəd elektrik dirəyi almışlar. Həmin dirəklərin 2 ədəd onun, 4 ədəd isə Firdovsinin vəsaiti hesabına alınmışdır. Sonradan onlara qonşu olmuş evin sahibləri də Firdovsiyə müəyyən məbləğdə pul verərək öz evlərinə işıq çəkmişlər. Tələb olunan işıq dirəyinioğlu Eltonun tikdirdiyi evə işıq çəkilməsi üçün çıxarıb aparması üçün 2020-ci ilin aprel ayının 26-da oğlu ilə birlikdə həmin ışıq dirəyini çıxarıb öz həyətinə aparmışdır. Hazırda həmin dirəyi hər hansı imkansız adama verməyə hazırdır. Məhkəmə iclasında şahid X3 ifadə verərək göstərdi ki, 20 ildir ki, Qobustan rayonunun Çalov kəndində İddiaçıla qonşudur. Firdovsi həmin elektrik dirəklərini öz pulu ilə almış və 6 nəfər qonşu Firdovsiyə şərik olmuşdur. Məhkəmə iclasında şahid X5 ifadə verərək göstərdi ki, Qobustan rayon elektrik şəbəkəsinin icraçısı olaraq Qobustan rayonunun Çalov kəndində İddiaçı evinə çəkilən işıq dirəklərini o basdırmışdır. Həmin vaxtı Firdovsinin evinin ətrafında heç kim yaşamırdı, Firdovsi tək yaşadığına görə dirəkləri də tək almışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı 1995-ci ildə 23 yanvar tarixli akta əsasən ona Çalov kəndində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı evə köçərkən öz pulu ilə 6 ədəd dəmir işıq dirəkləri almış və evinə işıq çəkdirmişdir. Ondan sonra məhəlləyə köçüb ev tikənlər də ona pul verib həmin işıq dirəyindən istifadə etmişlər. Cavabdeh da ev tikib evə köçərkən İddiaçı pul verib elektrik naqili alınmasına köməklik etmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon torpaq şöbəsinin mütəxəssisi B. Abbasov, Cəyirli kəndi üzrə icra nümayəndəsinin müavini C. Məcidovun xx xxxxxx 1995-ci il tarixdə tərtib etdikləri aktın surətindən görünür ki, Cəyirli kən sakinlərinin torpaqlara olan ehtiyacı ödəmək məqsədilə Qobustan XDS-nun xx xxxxxxx 1994-cü il tarixli 54 saylı iclasının qərarı ilə ayrılmış ərazilərdən Çalov kəndinin şərq hissəsindən sxematik hazırlanmış 34 nömrəli püşk bölgüsü ilə uzunluğu 40 metr, eni 25 metr, ümumi sahəsi 0,10 ha torpaq sahəsi İddiaçı şəxsi təsərrüfatında olan ailə üzvlərinin adına torpaq sahəsi və yaşayış evinin olmaması əsas xx xxxxxx 1995-ci il tarixli 59 nömrəli arayışı nəzərə alınaraq ona təhkim edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsi tərəfindən ünvan 1 X2 ünvanlandığı xx xxx 2020-ci il tarixli 145-37021/3220 saylı məktubdan görünür ki, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan elektrik şəbəkəsinin xx xxxxxx 2020-ci il tarixli 464 saylı məktubundan görünür ki, Qobustan rayon Çalov kəndində vətəndaşlar İddiaçı və Qurbanov Sədyar arasında yaranan münaqişə ilə əlaqədar həmin kənddə 2016-ci il tarixdə yenidənqurma işləri gedib və yeni dayaqlar basdırılaraq ,,Azərişiq”a aid olan köhnə dirəklər sökülüb götürülmüşdür. Yerdə qalanlar isə vətəndaşlara məxsus olduğu üçün toxunulmamışdır. Vətəndaşlara məxsus olan və orada qalan dirəklərin kimə məxsus olması onlara məlum deyildir. İş materiallarına əlavə olunmuş Qobustan elektrik şəbəkəsinin xx xxxxxxxx 2020-ci il tarixli 491 saylı məktubundan görünür ki, ünvan 1 X1 həyətində olan istismara yararsız 7,8 m uzunluğunda dəmir dayağa mühəndis-texniki işçilər tərəfindən baxış keçirilmiş, dayağın elektrik şəbəkəsinin dayaqlarının standartına uyğun olmadığı müəyyənləşmiş və dayağın qiyməti 54,60 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1 ədəd dəmir işıq dirəyi və ya onun dəyəri olan 54,60 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd dəmir işıq dirəyi və ya onun dəyəri olan 54,60 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar