Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-187/2022 19.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ödənilmiş 6883 manat sığorta ödənişinin, 88,90 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ödənilmiş 6883 manat sığorta ödənişinin, 88,90 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 08 aprel 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “BAİC D50 CVT Luxury” markalı 99PZ135 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı 90XU767 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 11883 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Mercedes Benz E240” markalı 90XU767 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC-yə sığorta tələbi verilmiş və həmin şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 6883 manat təşkil edir. Cavabdeh 6883 manat məbləğində verilmiş sığorta ödənişi, 88,90 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin “A-Qroup Sığorta Şirkəti" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ rayon polis idarəsinin DYPŞ-in 28 iyul 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh 22 iyul 2021-ci il tarixdə saat 20:28-də idarə etdiyi ** XU *** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.1 və 332.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. “A-Qroup Sığorta Şirkəti" ASC-nin nəqliyyat vasitələrinin sığortalanması şəhadətnaməsindən görünür ki, “BAİC D50 CVT Luxury” markalı 99PZ135 dövlət qeydiyyat nişanlı avtomobil 08 aprel 2021-ci il tarixdən 08 aprel 2024-cü il tarixə kimi sığortalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “BAİC D50 CVT Luxury” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 noyabr 2021-ci il tarixli A-300/21 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “BAİC D50 CVT Luxury” markalı **- PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə 11883 manat məbləğində sığorta pulu ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış “BAİC D50 CVT Luxury” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə Cavabdeh təqsiri üzündən baş vermiş yol-hadisəsi zamanı 11883 manat məbləğində ziyan dəymişdir. "xxxx"xxxx"xxxx" ASC-yə təqdim olunmuş 26 noyabr 2021-ci il tarixli EBBN 099813 saylı elektron qaimədən və 17 noyabr 2021-ci il tarixli preyskurantdan görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşıın ehtiyat hissələrinin sıradan çıxmasına görə 9489 manat zərər dəymiş, xidmət haqqı isə 2394 manat təşkil etmişdir. "xxxx"xxxx"xxxx" ASC "xxxx" MMC-nin hesabına 11883 manat pul köçürmüşdür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 08 aprel 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “BAİC D50 CVT Luxury” markalı 99PZ135 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı 90XU767 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 11883 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Mercedes Benz E240” markalı 90XU767 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC-yə sığorta tələbi verilmiş və həmin şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Cavabdehə qarşı subroqasiya tələbi 6883 manat təşkil edir. Sığorta təşkilatı tərəfindən vəsaitin "xxxx" ASC-in bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 22 iyul 2021-ci il tarixdə Cavabdeh təqsiri uzundan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “BAİC D50 CVT Luxury” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11883 manat zərər dəymiş, həmin zərərdən cavabehin idarə etdiyi avtomobili sığortalamış "xxxx"xxxx"xxxx" ASC-in Cavabdeh 6883 manat tələb etmək üçün subroqasiya hüququ yaranmışdır. Ona görə də Cavabdeh dəymiş zərərə görə ödənilmiş 6883 manat, 88,90 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “BAİC D50 CVT Luxury” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 6883 manat, 88,90 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-187/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-187/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver