Məhkəmə qərarları › İş №2(026)-189/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-189/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-189/2024 20.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı, onun vəkili nə nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 onun əmisi oğludur. Bir gün Nadir ona zəng vuraraq X4 ilə birlikdə maşın və torpaq alıb-satmaq istədiklərini və bunun üçün onlara pul lazım olduğunu bildirərək qonşusu Təranə adlı qadından onun üçün faizə pul götürməsini xahiş etmişdir. O, da Nadirə zamin duraraq qonşusu Təranə adlı qadından Nadir və Fizulu üçün bir-neçə dəfə faizlə pul götürüb Nadir və Fizulinin kartına vurmuşdur. Təranə ona Nadirin borcunun 40000 manatı keçdiyi demişdir. 25 noyabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü ilə kimi də digər qonşusu Kəmalə adlı qadından ümumilikdə 25200 manat pul götürüb “million” aparatı vasitəsi ilə Nadir və Fizulinin kartına köçürmüşdür. Bu günə kimi cəmi 825 manat pul qaytarmışlar. Nadir və Fizulunun təqsiri üzündən qonşuları ilə münasibəti pozulmuşdur. Cavabdeh1 və Cavabdeh2 aldıqları pulu 31 yanvar 2024-cü il tarixə kimi qaytaracaqlarına söz versələr də, hazırkı vaxta kimi heç bir ödəniş etməmişlər. Hər dəfə onlardan pulun ödənilməsini tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina edirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qohumu İddiaçı vasitəsi ilə Zeynəbin qonşularından müxtəlif vaxtlarda cəmi 53000 manat pul götürmüş və bir-neçə dəfəyə telefon və “million” aparatı vasitəsi ilə ona 57000 manat pul qaytarmışdır. Pulu ona özünün və Fizulinin kartı vasitəsi ilə köçürülmüşdür. Həmin puldan yalnız özü istifadə etmişdir. Fizuliyə heç bir aidiyyatı yoxdur. Bütün məsuliyyəti özü daşıyır. Hazırda Zeynəbə heç bir borcu qalmamışdır. Borcunu artıqlaması ilə qaytarmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin i ləblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığnı aşkar etdikdə, işə baxmağa haqlıdır. X1 ifadə verərək göstərdi ki, qonşusu İddiaçı 25 noyabr 2023-cü il tarixdə onun yanına gələrək qohumu Cavabdeh2 pul lazım olduğunu və 12 yanvar 2024-cü il tarixə kimi qaytaracağını ona deyərək ondan bir-neçə dəfəyə ümumilikdə 25200 manat pulu borc almışdır. Lakin bu günə kimi həmin borcu qaytarmamışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və Cavabdeh2 izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon polis idarəsinin 16 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisə mülki xarakter daşıdığından ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 2023-cü il tarixli bank xidmətlərinin bank ödənişi sənədindən görünür ki, X3 adına son 8 rəqəmi 92519853 olan karta “Leobank” vasitəsi ilə 4500 manat, 04 yanvar 2024-cü il tarixdə 1600 manat və 04 yanvar 2024-cü il tarixdə 2600 manat, 06 yanvar 2024-cü il tarixdə 2000 manat, 05 yanvar 2024-cü il tarixdə 1000 manat, 04 yanvar 2024-cü il tarixdə 2000 manat, Cavabdeh2 adına son 8 rəqəmi 18363485 olan karta “Unibank” vasitəsi ilə 12 dekabr 2023-cü il tarixdə 3500 manat, 14 dekabr 2023-cü il tarixdə 2002,52 manat, 03 yanvar 2024-cü ildə 4000 manat pul köçürülmüşdür. Müəyyən olundu ki, İddiaçı əmisi oğlu Cavabdeh2 xahişi ilə qonşusu Təranə adlı qadından müxtəlif vaxtlarda borc pul götürüb Nadir və Fizuliyə vermiş, özü isə onlara zamin durmuşdur. Bundan başqa 25 noyabr 2023-cü il tarixdə Cavabdeh2 xahişi ilə digər qonşusu Kəmalə adlı qadından bir-neçə dəfəyə olmaqla, ümumilikdə 23202 manat pul götürüb Nadir və Fizuliyə vermiş və onlar da həmin pulu 12 yanvar 2024-cü ilə kimi qaytarmağı öhdələrinə götürmüşlər. Lakin Nadir və Fizuli bu günə kimi Zeynəbin vasitəsi ilə Kəmalədən borca götürdükləri 23.202 manatdan cəmi 825 manat pul qaytarmışlar. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 və X3 qəbzlərlə ödədikləri pul Zeynəbin vasitəsi ilə Təranədən götürülmüş borcun əvəzinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22377 manat pul və 167,60 manat ödənilmiş dövlət rüsum alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22377 manat pul və 167,60 manat ödənilmiş dövlət rüsum alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar