Məhkəmə qərarları › İş №2(026)-19/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-19/2025

24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-19/2025 24.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarının: paltar asılan şkaf, taxt, tumbuçka, termo, gecə işığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni, 1 ədəd duxovka (soba), 1 ədəd ütü, 1 ədəd mikser, 1 dəst vaz, qənddan, çərəz qabı, 1 ədəd paspas, 1 ədəd 2 metrlik xalça, 6 ədəd balaca balış, 4 ədəd adyal, 1 ədəd toster, 1 ədəd tozsoran, 4 ədəd prastina, 1 ədəd qəhvədan, çaynik, 1 ədəd ət maşını, 1 ədəd qazan dəsti, 4 ədəd meyvə qabı, stol üzlüyü dekor paket, 2 ədəd dəsmal dəsti, 1 ədəd pastel dəsti, 2 ədəd çıraq, 1 ədəd paltar yığılan setka, 1 ədəd güldan, 1 ədəd süpürgə dəsti, 1 ədəd paltar vannası, 1 ədəd zibil qabı, 2 ədəd taxt yorğanı, 3 ədəd tava, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 12 ədəd meyvə şirəsi stəkanı, 6 ədəd böyük stəkan, 6 ədəd kiçik stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd çuqun tava, 2 ədəd fincan dəsti, 6 ədəd mürəbbə qabı, 6 ədəd qənddan, 2 dəst duz qabı, 3 ədəd padnos, 4 paçka boşqab, 1 paçka çəngəl, 1 paçka qaşığın iddiaçıya məxsus olan Abşeron rayonu, Qobustan kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlinidir. 24 aprel 2024cü il tarixdə onun Abşeron rayonu, Qobustan kəndindəki evinə gəlin gəlmişdir. Oğlunun və iddiaçının israr etməsinə baxmayaraq, cavabdeh rəsmi nikaha qeydiyyata düşməkdən imtina etmişdir. Cavabdeh gəlin gəldiyi gündən evdə dava-dalaş, söz-söhbət əksik olmamışdır. Daha sonra isə cavabdeh könüllü olaraq 01 sentyabr 2024-cü il tarixdə gəlin gəldiyi evdən birdəfəlik çıxıb atasının evinə getmiş və bir daha geri qayıtmamışdır. Cavabdehin cehiz əşyaları iddiaçının evində qalmışdır, cavabdeh isə hazırda valideynlərinə məxsus olan evdə yaşayır. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq, cehiz əşyalarını ona məxsus olan evdən çıxarmamışdır. Hazırda cavabdehin gətirdiyi yataq dəsti, stol-stullar evin otaqlarını məşğul etdiyi üçün həmin əşyaların otaqlardan çıxarılması zərurəti yaranmışdır. Cavabdehin cehiz əşyaları aşağıdakılardır: paltar asılan şkaf, taxt, tumbuçka, termo, gecə işığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni, 1 ədəd duxovka (soba), 1 ədəd ütü, 1 ədəd mikser, 1 dəst vaz, qənddan, çərəz qabı, 1 ədəd paspas, 1 ədəd 2 metrlik xalça, 6 ədəd balaca balış, 4 ədəd adyal, 1 ədəd toster, 1 ədəd tozsoran, 4 ədəd prastina, 1 ədəd qəhvədan, çaynik, 1 ədəd ət maşını, 1 ədəd qazan dəsti, 4 ədəd meyvə qabı, stol üzlüyü dekor paket, 2 ədəd dəsmal dəsti, 1 ədəd pastel dəsti, 2 ədəd çıraq, 1 ədəd paltar yığılan setka, 1 ədəd güldan, 1 ədəd süpürgə dəsti, 1 ədəd paltar vannası, 1 ədəd zibil qabı, 2 ədəd taxt yorğanı, 3 ədəd tava, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 12 ədəd meyvə şirəsi stəkanı, 6 ədəd böyük stəkan, 6 ədəd kiçik stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd çuqun tava, 2 ədəd fincan dəsti, 6 ədəd mürəbbə qabı, 6 ədəd qənddan, 2 dəst duz qabı, 3 ədəd padnos, 4 paçka boşqab, 1 paçka çəngəl, 1 paçka qaşıq. Bu səbəbdən də qeyd edilənləri nəzərə alaraq cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehdən cehiz əşyalarını çıxarması xahiş edilsə də, o, həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların iddiaçıya məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmasa da, faktiki olaraq evlənmiş, 5 ay müddətində Abşeron rayonunun Qobustan kəndində yerləşən iddiaçıya məxsus həyət evinə gəlin köçüb yaşamışdır. Lakin sonradan 01 sentyabr 2024-cü ildə iddiaçı tərəf onu gətirib atasının evinə qoymuşdur. Hazırda Bakı şəhəri, Qala kəndində yaşayır. Bildirdi ki, iddia ərizəsində göstərilən əşyaları nəzərdən keçirmişdir, sözügedən əşyalar həqiqətən də ona məxsusdur. Lakin ona məxsus əşyaların hamısını və qızıl-zinət əşyalarını ərizədə göstərməmişlər. Bununla bağlı da iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbini isə qəbul edir və onun təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli, 82 nömrəli qərarı ilə Abşeron rayonunun Qobustan kəndində 1981,07 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. İşdəki Abşeron RİHB-nin Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 495 nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Qobustan kəndi, İmadəddin Nəsimi küçəsində yerləşən 0,20 ha torpaq sahəsində 1994-cü ildə 130 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişdir. İddiaçıya məxsus evdə cavabdehə məxsus olan əşyaların mövcudluğunu müəyyən etmək üçün iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına əsasən onun üzərində tikilmiş evə dair iddiaçının gözləntidə olan mülkiyyət hüququ mövcuddur və onun bu hüququ müdafiə olunmalıdır. İddiaçı bir mülkiyyətçi kimi özünə məxsus olan fərdi yaşayış evinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək və digər hüquqlara malik olsa da, hazırda cavabdehə məxsus olan cehiz əşyalarının iddiaçıya məxsus evdə olması mülkiyyətçinin bu hüquqlarından istədiyi şəkildə istifadə etməsinə mane olur. Cavabdeh isə özünəməxsus olan əşyaları iddiaçının evindən çıxarmamaqla iddiaçının mülkiyyət hüququnu pozur. Bundan əlavə, cavabdeh də məhkəmə iclasında bildirmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyaları həqiqətən ona məxsusdur, iddia tələbini qəbul edir və onun təmin olunmasına etirazı yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehə məxsus olan cehiz əşyaları: paltar asılan şkaf, taxt, tumbuçka, termo, gecə işığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni, 1 ədəd duxovka (soba), 1 ədəd ütü, 1 ədəd mikser, 1 dəst vaz, qənddan, çərəz qabı, 1 ədəd paspas, 1 ədəd 2 metrlik xalça, 6 ədəd balaca balış, 4 ədəd adyal, 1 ədəd toster, 1 ədəd tozsoran, 4 ədəd prastina, 1 ədəd qəhvədan, çaynik, 1 ədəd ət maşını, 1 ədəd qazan dəsti, 4 ədəd meyvə qabı, stol üzlüyü dekor paket, 2 ədəd dəsmal dəsti, 1 ədəd pastel dəsti, 2 ədəd çıraq, 1 ədəd paltar yığılan setka, 1 ədəd güldan, 1 ədəd süpürgə dəsti, 1 ədəd paltar vannası, 1 ədəd zibil qabı, 2 ədəd taxt yorğanı, 3 ədəd tava, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 12 ədəd meyvə şirəsi stəkanı, 6 ədəd böyük stəkan, 6 ədəd kiçik stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd çuqun tava, 2 ədəd fincan dəsti, 6 ədəd mürəbbə qabı, 6 ədəd qənddan, 2 dəst duz qabı, 3 ədəd padnos, 4 paçka boşqab, 1 paçka çəngəl, 1 paçka qaşıq iddiaçıya məxsus olan Abşeron rayonu, Qobustan kəndi, İmadəddin Nəsimi küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan cehiz əşyaları: paltar asılan şkaf, taxt, tumbuçka, termo, gecə işığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni, 1 ədəd duxovka (soba), 1 ədəd ütü, 1 ədəd mikser, 1 dəst vaz, qənddan, çərəz qabı, 1 ədəd paspas, 1 ədəd 2 metrlik xalça, 6 ədəd balaca balış, 4 ədəd adyal, 1 ədəd toster, 1 ədəd tozsoran, 4 ədəd prastina, 1 ədəd qəhvədan, çaynik, 1 ədəd ət maşını, 1 ədəd qazan dəsti, 4 ədəd meyvə qabı, stol üzlüyü dekor paket, 2 ədəd dəsmal dəsti, 1 ədəd pastel dəsti, 2 ədəd çıraq, 1 ədəd paltar yığılan setka, 1 ədəd güldan, 1 ədəd süpürgə dəsti, 1 ədəd paltar vannası, 1 ədəd zibil qabı, 2 ədəd taxt yorğanı, 3 ədəd tava, 6 ədəd fincan, 6 ədəd nəlbəki, 12 ədəd meyvə şirəsi stəkanı, 6 ədəd böyük stəkan, 6 ədəd kiçik stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd çuqun tava, 2 ədəd fincan dəsti, 6 ədəd mürəbbə qabı, 6 ədəd qənddan, 2 dəst duz qabı, 3 ədəd padnos, 4 paçka boşqab, 1 paçka çəngəl, 1 paçka qaşıq İddiaçı məxsus olan Abşeron rayonu, Qobustan kəndi, İmadəddin Nəsimi küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar