Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-20/2024 28.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “qanunsuz istifadə edilən meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X8 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində anadan olmuş, Goranboy şəhəri, Cavabdeh küçəsi, ev 28 ünvanında yaşayan Cavabdeh Qobustan rayonunun ərazisində yerləşən qanunsuz istifadə etdiyi 6,65 hektar meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında meşə fondu torpaqları ayrı-ayrı vətəndaşlara Meşə Məcəlləsində nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları”na uyğun olaraq icarəyə verilir. Hər bir icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra ya ərazi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli, burada hər cür istirahət-rekreasiya və ya digər fəaliyyətə son qoyulmalıdır, ya da qanunamüvafiq qaydada icarə müqaviləsinin müddəti artırılmalıdır. Gəncə şəhərində anadan olmuş, Goranboy şəhəri, Cavabdeh küçəsi, ev 28 ünvanında yaşayan Cavabdeh 6 saylı X8 Mərkəzi ilə meşə fonduna aid zəbt etdiyi torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Qobustan rayonunda yerləşən Şamaxı meşəbəyliyinin 8-ci dolayının 21-ci kvartalının 14 və 16-cı bölmələrində yerləşən 27 yanvar 2015-ci il tarixdə 03 saylı 0,60 hektar sahədən istifadə edilməsindən ötrü bağlamış olduğu müqavilədən əlavə 6,65 hektar sahədən qanunsuz olaraq istirahət-rekreasiya məqsədilə istifadə edir. Müəssisənin əməkdaşları tərəfindən icarə müqaviləsi olmadan meşə fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması, və yaxud ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə Cavabdeh dəfələrlə şifahi və 08 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə rəsmi olaraq xəbərdarlıqlar edilmişdir. Lakin Cavabdeh indiyə qədər həmin ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən, Xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də, vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə etdiyini bildirdi və qeyd etdi ki, onlar cavabdeh kimi Cavabdeh qarşı iddia irəli sürməkdə haqlı olmuşlar. Hesab edir ki, cavabdeh kimi "xxxx" MMC deyil, məhz onun keçmiş direktoru Cavabdeh çıxış etməlidir. Çünki hazırda meşə fondu torpaqlarını zəbt edən Cavabdehdir. Bunu da əminliklə bildirir. Çünki vaxtilə Təranə Babazadə iddiaçı təşkilata müraciət edərək, onların direktorunun, yəni Cavabdeh adına əlavə zəbt edilmiş torpaqlara dair də müqavilə bağlanılmasını təklif etmişdir. Həmin səbəbdən bilirlər ki, Cavabdeh meşə fondu torpaqlarını zəbt etmiş, orada tikililər tikmiş və göl qazdırmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil iddiaya etiraz edərək bildirdi ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh "xxxx" MMC-nin keçmiş direktoru olmuşdur. Düzdür, müqavilə üzrə onların istifadəsinə ayrılmış 60 sotdan daha artıq torpaq sahəsindən istifadə olunur və orada “Qobuland” istirahət mərkəzi yaradılmışdır. Əvvəllər həmin sahə çöllük olmuş və heç kəs tərəfindən istifadə olunmamışdır. Hazırda həmin sahə təmsil etdiyi MMC tərəfindən abadlaşdırılmış, yaşıllıqlar salınmış, göl qazılmış və tikililər inşa olunmuşdur. İddiaçı tərəfin onlara müraciət etdiyini bildirdiyi Təranə Babazadə "xxxx" MMC-nin baş mühasibi olmuş, həmin vaxt MMC-nin direktoru Cavabdeh olmuş, Təranə Babazadə iddiaçı təşkilata müqavilə bağlanmasına dair müraciət edərkən məhz "xxxx" MMC-nin adından çıxış edərək müqavilənin bağlanmasını təklif etmişdir. Hazırda da "xxxx" MMC əlavə istifadə olunan meşə fondu torpaqlarına dair müqavilə bağlamağa hazırdır. Lakin nə qədər ki, iddiaçı tərəfindən hazırkı iddianın cavabdeh kimi Cavabdeh qarşı irəli sürülmüş olmasında təkid edilir, o halda xahiş edir ki, iddiaya baxılsın və iddia təmin olunmasın. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan Şamaxı MMBM-in direktoru əvəzi X10 ilə "xxxx" MMC-nin direktoru Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 01 nömrəli meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, X11 və X4 meşəbəyliyinin 21-ci kvartalının 14-16-cı bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahətrekreasiya məqsədilə 0,60 hektar sahə ayırır. Ödəniş haqqının miqdarı tərəflərin razılığı ilə cəmi 0,60 hektar üçün 180 manat hesabı ilə illik müəyyənləşdirilir və müvafiq olaraq X11 və Bərpası Müəssisəsinin hesablaşma hesabına ödənilir. İşdə surəti olan Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X2 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin Şamaxı X8 Mərkəzindən daxil olmuş məlumat əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə surəti olan Qobustan rayon prokurorluğunun Şamaxı X8 Mərkəzinə ünvanlanmış 12 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru Cavabdeh 27 yanvar 2015-ci il tarixdə bağladığı müqavilədən kənar olaraq Şamaxı X8 Mərkəzi ilə meşə fonduna aid torpağın istifadəsi ilə bağlı heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Qobustan rayonunda yerləşən Şamaxı meşəbəyliyinin 21-ci kvartalının 14 və 16-cı bölmələrindəki 6,65 hektar sahədən “Qobuland” adı altında istirahət rekreasiya məqsədilə istifadə etməsi və sair barədə məlumatı əsasında Qobustan rayon Polis Şöbəsində qeyri-obyektiv araşdırma aparılmasına dair rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh 27 yanvar 2015-ci il tarixdə bağladığı müqavilədən kənar olaraq Şamaxı X8 Mərkəzi ilə meşə fonduna aid torpağın istifadəsi ilə bağlı heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Qobustan rayonunda yerləşən Şamaxı meşəbəyliyinin 21-ci kvartalının 14 və 16-cı bölmələrindəki 6,65 hektar sahədən “Qobuland” adı altında istirahət rekreasiya məqsədilə istifadə etməsi və sair barədə məlumatı əsasında araşdırma aparılaraq toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasən Baratov tərəfindən 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Müraciətə baxılması ilə əlaqədar qeyd edilən material tələb edilərək rayon prokurorluğunda öyrənilmiş və material üzrə Qobustan RPŞnin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasən Baratov tərəfindən qəbul olunmuş 14 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün hazırda əsaslar müəyyən edilməmişdir. İşdə surəti olan X14 X6 uçotu və kadastr üzrə baş mühəndisi X1 tərəfindən Şamaxı X8 Mərkəzinin direktoru Rəsul Quliyevə edilmiş xidməti məruzədə qeyd olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən Şamaxı meşəbəyliyinin 8 saylı dolayının 21-ci kvartalının 14-16-cı bölməsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə “Qobuland” ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Həmin əraziyə 21 yanvar 2015-ci il tarixli, 03 qeydiyyat nömrəli icarə müqaviləsi "xxxx" MMC-nin direktoru Cavabdeh adına 0,60 hektar sahə üçün 10 il müddətinə verilmişdir. Müqavilədə 0,60 hektar göstərilsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, faktiki istifadə olunan ərazi 7,25 hektardır. Artıq zəbt olunmuş ərazinin boşaldılması üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ərazi bugünə qədər boşaldılmamışdır. Cavabdeha ünvanlanmış xəbərdarlıq məktubu ünvanda yaşamadığına görə geri qaytarılmışdır. Odur ki, zəbt olunmuş ərazinin boşaldılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması zərurəti yaranmışdır. İşdə surəti olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi Cavabdeh olmuşdur, həmin MMC-nin hazırkı qanuni təmsilçisi isə X3r. İşdəki "xxxx" MMC-nin 01 nömrəli, 23 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 01 yanvar 2010-cu il tarixindən 25 sentyabr 2023-cü il tarixinədək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 45-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən, meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir. Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırda iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə torpaq sahəsinin ayrılmasına dair müqavilə münasibətləri "xxxx" MMC arasında yaranmış, həmin müqaviləni Cavabdeh sadəcə həmin MMC-nin direktoru kimi imzalamışdır. Təsadüfi deyildir ki, 27 yanvar 2015-ci il tarixli müqavilədə də Cavabdeh "xxxx" MMC-nin direktoru olması vurğulanmışdır. Cavabdeh həqiqətən də 01 yanvar 2010-cu ildən 25 sentyabr 2023-cü ilədək "xxxx" MMCnin direktoru vəzifəsində çalışmışdır, hazırda isə həmin MMC-nin qanuni təmsilçisi Firdovsi Hacıyevdir. Bundan başqa, hazırda zəbt olunduğu iddia edilən sahədə “Qobuland” istirahət mərkəzinin fəaliyyət göstərməsi və həmin mərkəzin "xxxx" MMC-nin istifadəsində olması da işin mübahisəsiz halıdır və həmin sahənin həqiqətən də müqavilədənkənar şəkildə istifadə olunması halını hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Beləliklə, məhkəmə müqavilə münasibətlərinin müstəqil fiziki şəxs kimi deyil, "xxxx" MMC-nin direktoru kimi Cavabdeh ilə yarandığını, hazırda boşaldılması tələb olunan sahədə yerləşən istirahət mərkəzinin məhz "xxxx" MMC-nin istifadəsində olmasını nəzərə alıb bildirir ki, hazırkı iddia əsl olmayan cavabdehə qarşı qaldırılmışdır. İddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, əsl olmayan Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz olunmasına razılıq verməmişdir. Bu səbəbdən də məhkəmə MPM-in 54.2-ci maddəsinə uyğun olaraq işə irəli sürülmüş tələb üzrə baxılması qənaətinə gəlmişdir. Lakin məhkəmə qeyd edir ki, hazırkı iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından təmin oluna bilməz. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən hazırda boşaldılması tələb olunan sahənin məhz "xxxx" MMC-nin istifadəsində olmaqla onun tərəfindən deyil, cavabdeh kimi göstərilmiş Cavabdeh şəxsən özü tərəfindən istifadə olunmasına dair də hər hansı sübut təqdim olunmamış, əksinə, "xxxx" MMC-nin nümayəndəsi həmin sahənin MMC-nin özü tərəfindən istifadə olunduğunu bildirmişdir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “qanunsuz istifadə edilən meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “qanunsuz istifadə edilən meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-20/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-20/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver