Məhkəmə qərarları › İş №2(026)-204/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-204/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-204/2024 20.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqaqolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)- 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun alınıb ona verilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqaqolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)- 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun alınıb ona verilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Yekəxana kənd sakini Cavabdeh1 evinə qızı Fidanı oğlu İmaməliyə almaq üçün 2022-ci ilin yanvar ayının əvvəlində elçi getmişdir. Onunla elçiliyə yaxınları da gedib və “hə” cavabı almışlar. 2022-ci ilin mart ayının 20-də Fidana nişan aparmış və oğluna nişanlamışlar. Fidan yetkinlik yaşına çatmadığı üçün qız toyunu saxlayaraq 21 may 2023cü il tarixdə etmişlər. Qız toyunda Fidan üçün 2540 manat dəyərində 25, 4 qramlıq sırqa, üzük, qolbağı və boyunbağı dəsti, 800 manat dəyərində 1 ədəd 4,5 qramlıq nişan üzüyü, 250 manat dəyərində 2,5 qramlıq üçün, 40 manat dəyərində və 35 manat dəyərində 2 ədəd gümüş boyunbağı aparmışlar. 2023-cü ilin iyul ayında Fidanın valideynləri tərəfindən -1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı 3 ədəd yastıqçası,1 ədəd stol, 1 ədəd servant onun Bakı şəhəri, ünvan 2 ünvanına gətirilmişdir. Lakin aralarında olan çox kəskin və ağır narazılığa görə münasibətləri tam pozulmuş və oğlan toyu baş tutmamışdır. Səbəbi isə Fidanın anası Vəfanın onun həyat yoldaşına " bu da kişidir, düşüb yanımıza” deməsi və oğluna isə “sən nə kişisən, arvad da saxlayasan?" deməsi, Fidanın isə qız toyundan sonra oğluna “icazə versən də, verməsən də xalamgilə gedəcəyəm” deməsi olmuşdur. Vəfanın onu və oğlunu kişi saymaması, Fidanın isə hələ gəlin gəlməmiş gələcək ərini saymaması onları ziyanın yarısından qayıtmağa məcbur etmişdir. Oğlan toyuna qədər çəkilən xərclər bir məqsədlə edilir- gəlin gətirmək, oğul-qız atası, babası-nənəsi olmaq. Lakin Fidanı gəlin gətirmədiyi üçün çəkdiyi xərclərin əvəzini cavabdehlərdən tələb etmək məcburiyyətindədir. Fidana nişan və qız toyunda apardığı qızıl-zinət əşyalarından başqa, Fidanın "hə” cavabı alandan qız toyuna qədər Fidanın ad günü 18 yanvar 2022-ci ildə -200 manat, Fidanın ad günü 18 yanvar 2023- il 250 manat, 8 mart bayramı -2022-ci ildə 300 manat, 8 mart bayramı -2023-cü ildə 350 manat, yeni il bayramı 2023-cü ildə 250 manat, Novruz bayramı 20 mart 2023-cü ildə 350 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasimi 1000 manat, başlıq (süd) pulu 1700 manat, qız toyuna çəkilən xərc 2000 manat, Fidana aldıqları “Samsunq” markalı mobil telefona 450 manat xərci çıxmışdır. Bayramlara gediləndə qız evinə şokolad konfetlər, şirniyyat, kosmetika, bəzi pal-paltar alınır və hər dəfə bayramlığa gedəndə xərci hətta göstərilən məbləğdən çox olub. Bütün bu xərclər gələcək qohumluq naminə çəkilib, qohumluq cavabdehlərin təqsiri üzündən baş tutmadığı üçün cavabdehlərin onun evində olan cehiz əşyalarının çıxarılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqa-qolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)-585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2022-ci ilin mart ayının 20-də qızı Fidanı İddiaçı övladı İmaməliyə nişanlamışlar. 21 may 2023-cü il tarixdə qız toyu etmişlər. 2023-cü ilin iyul ayında qızı üçün mebel alaraq İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanına aparmışlar. Lakin sonradan aralarında olan münasibət pozulmuş və Fidanın nişanını qaytarmışlar. İddiaçı evinə apardıqları mebel əmlaklarına 4700 manat pul vermişdir. Hazırda həmin mebelləri istəmir və mebelin dəyəri olan 4700 manat pulun iddiaçıdan alınıb ona verilməsini və iddianın qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 20 mart 2022-ci il tarixdə Cavabdeh1 övladı İmaməliyə nişanlamış, 21 may 2023-cü il tarixdə qız toyu olmuşdur. Bu müddət ərzində el adətinə uyğun olaraq oğlun evi tərəfindən ona bayramlıq və hədiyyələr gətirilmişdir. Onlarda hər dəfə oğlan evindən gələn qonaqlar üçün süfrələr hazırlayaraq yüksək səviyyədə qarşılayıb yola salmışlar. Valideynləri tərəfindən 2023-cü ilin iyul ayında onun üçün mebel alaraq İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanına yığılmışdır. Lakin sonradan nişanlısı İmaməli və valideynləri tərəfindən nişan qaytarılmışdır. Ona görə iddianın cehiz əmlaklarının çıxarılması hissəsində təmin və qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh3 iddianı qismən qəbul edərək cavabdehlərin izahatlarına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı övladı İmaməli üçün Cavabdeh2 20 mart 2022-ci ildə nişan aparmış və 21 may 2023-cü il tarixdə qız toyu etmişlər. Qız toyu zamanı el-adətinə uyğun olaraq gəlinə qızıl-zinət və geyim əmlakları aparmışlar. Fidanın valideynləri tərəfindən isə -1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd stol, 1 ədəd servant alınaraq İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanına yığılmışdır. Şamaxı şəhər "xxxx" ASC Şamaxı filialının eksperti X1 14 mart 2024-cü il tarixdə verdiyi rəydən görünür ki, 585 əyarlı, 25,4 qramlıq x100 manat=2540 manat dəyərində qızıl dəsti (Türkiyə istehsalı), nişan üzüyü 1 ədəd 585 əyyar 4,5 qramlıq (0,20 sd) =800 manat (Azərbaycan istehsalı), üzük 1 ədəd 585 əyyar 2,5 qramlıq x 100 manat=250 manat (Azərbaycan istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 4,00 qramlıq x 10 manat=40 manat (Türkiyə istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 3,5 qramlıq x 10 manat =35 manat (Türkiyə istehsalı), cəmi 3665 manatdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqa-qolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)-585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri, 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə yeni il bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat, başlıq (süd pulu) üçün verilmiş 1700 manat, qız toyuna çəkilən xərc 1000 manat və Fidana aldıqları “Samsunq” markalı mobil telefonun dəyəri olan 450 manat pul və ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus-1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd stol, 1 ədəd servant Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi İzlivnoy küçəsi 1-də yerləşən İddiaçı məxsus ev 27 ünvanından çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırqa-qolbağ və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd)-585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri, 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə yeni il bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat, başlıq (süd pulu) üçün verilmiş 1700 manat, qız toyuna çəkilən xərc 1000 manat və Fidana aldıqları “Samsunq” markalı mobil telefonun dəyəri olan 450 manat pul və ödənilmiş 123 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus-1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd stol, 1 ədəd servant Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi İzlivnoy küçəsi 1-də yerləşən İddiaçı məxsus ev 27 ünvanından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar