Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-222/2021 11.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 24 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə əvəzinə ödədiyi 3643,35 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 24 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə əvəzinə ödədiyi 3643,35 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında 24 avqust 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə Cavabdeh həmin bankdan 4500 manat məbləğində pul götürmüşdür. 24 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur. İlk aylar cavabdeh vaxtlı-vaxtında ödənişlər etmiş olsa da sonradan banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, "xxxx" ASC-nin Yasamal rayon Məhkəməsinə müraciət edərək 3406,15 manat borc məbləğinin və 20 manat kreditorun çəkdiyi xərc olmaqla ümumilikdə 3426,15 manat məbləğində pulu tutulmasını məhkəmədən xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(044)-7753/2018 saylı 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh və ondan ümumilikdə 3426,15 manat məbləğində pul tutulması əmr edilmişdir. İş aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və məhkəmə əmri əsasında 3426,15 manat pulun tutulması onun əmək haqqina yönəldilmiş və həmin məbləğ tam olaraq əmək haqqından tutulmuşdur. Ailəli olmaqla 7 övladı var. Özü hərbiçidir. Aldığı məvacib ailənin maddi ehtiyaclarını çətinliklə ödəyir. Əmək haqqından tutulan 3426,15 manat onun vəziyyətini daha da ağırlaşdırıb. Terminal ödəmə aparatları vasitəsilə cavabdehin əvəzinə həmin kredit üzrə pul ödəmişdir. Hazırda ödədiyi qəbzlərdən yalnız biri əlindədir. Bundan başqa faktiki olaraq əmək haqqına yönəldilirərək tutulan pul məbləğini cavabdehdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. "xxxx" ASC-nə müqavilə üzrə borclu olan cavabdeh Cavabdeh borcuna görə ödədiyi 3642,35 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə birlikdə "xxxx" ASC-nə gedərək onun adına 4500 manat kredit götürmüşlər. Müqavilə onun adına yazılmış, Elçin isə ona zamin durmuşdur. Götürdüyü pulun 1000 manatını Elçinə vermişdir. Bankın tutduğu pulu da özü ödəmişdir. İddiaçı pulu ödəmədiyi üçün 27 mart 2018-ci il tarixdə işindən çıxarılmışdır. Bankda sonuncu dəfə iyul ayında ödəniş etmişdir. Banka cəmi 2662 manat pul ödəmişdir. Onun Elçinə 1600 manat borcu qalmışdır. Həmin borcun tutulmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş "xxxx" ASC-nin 24 avqust 2017-ci il tarixli 2- 24.08.2017-SM82 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İlham oğlu həmin müqaviləyə əsasən "xxxx" ASC-dən 4500 manat məbləğində pul götürmüşdür. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(004)- 7753/2018 saylı məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı və Cavabdeh birgə qaydada "xxxx" ASC ilə bağlanmış öhdəlik müqaviləsi üzrə 3406,15 manat əsas və 20 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. İddiaçı Cavabdeh ünvanlandığı pretenziya məktubundan görünür ki, banka onun əvəzində ödədiyi 3426,15 manat borcun qaytarılması üçün ona 3 gün vaxt verilməsini, əgər qaytarmazsa məhkəməyə müraciət edəcəyini bildirmişdir. "xxxx" ASC-nin “Yasamal” filialının 21 avqust 2020-ci il tarixli hesab çıxarışının surətində göstərilir ki, 21 avqust 2017-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək ayrı-ayrı vaxtlarda İddiaçı əmək haqqından bankın “Yasamal” filialı tərəfindən tutulma əməliyyatı aparılmışdır. Müəyyən olundu ki, "xxxx" ASC ilə X1 arasında 24 avqust 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə Cavabdeh illik faizi 27 % olmaqla 24 ay müddətinə 4500 manat kredit verilmiş, borcun təminatı olaraq İddiaçı ilə bank arasında 24 avqust 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh müqavilədə göstərilən pulu vaxtında ödəməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(044)-7753/2018 saylı 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh və İddiaçı ümumilikdə 3426,15 manat məbləğində pul tutulması əmr edilmiş, iş aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və məhkəmə əmri əsasında 3426,15 manat pulun tutulması İddiaçı əmək haqqina yönəldilmişdir. İddiaçı əmək haqqından 3643,35 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Cavabdeh İddiaçı 1000 manat verməsini təsdiq edən hər-hansı bir sənəd məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəhr edilənlərə və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-yə kredit müqaviləsi üzrə Cavabdeh 3643,35 manat kredit borcunu ödədiyi üçün Cavabdeh 3643,35 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3643,35 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-222/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-222/2021
11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver