Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-224/2021 24.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh əskik daşınmış mişar daşının karyerə ödənilməsi, artıq ödənilmiş 1514 manat pulun qaytarılması, daşın gətirilməyən hissəsinə görə 3400 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh əskik daşınmış mişar daşının karyerə ödənilməsi, artıq ödənilmiş 1514 manat pulun qaytarılması, daşın gətirilməyən hissəsinə görə 3400 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə 12 avqust 2021-ci il tarixə saat 12:30-a və 24 avqust 2021-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İşə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263 və 264cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh əskik daşınmış mişar daşının karyerə ödənilməsi, artıq ödənilmiş 1514 manat pulun qaytarılması, daşın gətirilməyən hissəsinə görə 3400 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-224/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-224/2021
24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver