Məhkəmə qərarları › İş №2(026)-242/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-242/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-242/2022 20.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək 1500 manat məbləğində pul vəsaitinin və 35,40 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1535,40 manat pul vəsaitinin Cavabdeh alınıb "xxxx" ASC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27.07.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Hilüx minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə vətəndaş X1 ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Bakı Şəhər Nərimanov RPİ-nin təhqiqat şöbəsi tərəfindən qeydə alınmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və 07.08.2021 -ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən “Toyota Hilııx minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin baş verməsində təqsirli şəxs olaraq müəyyən olunmuş və sözügedən qərara əsasən tərəflər arasında barışıq olduğundan X6 barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmişdir. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Birliyi” Publik Hüquqi şəxsin 168-M saylı rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində vətəndaş X1 ağır dərəcəli bədən xəsarəti yetirildiyi müəyyən olunmuşdur. X2 idarə etdiyi “Toyota Hilux minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyəti icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortlandığından tərəfimizdən ağır bədən xəsarəti almış zərərçəkən X5 valideyni Cavabdeh hesabına 1500,00 (bir min beş yüz manat) məbləğində pul vəsaiti əvəzinə bank sistemində şəbəkədə olan problemə əsasən təkrarən əlavə olaraq 1500,00 (bir min beş yüz manat) məbləğində cəmi 1500,00 (bir min beş yüz manat) məbləğində sığorta ödənişi köçürülmüşdür. Tərəfimizdən ağır bədən xəsarəti almış zərərçəkən X5 valideyni Cavabdeh artıq ödənilən 1500,00 (bir min beş yüz) manatın geri qaytarılması barədə telefon vasitəsilə zəng edilməsinə və 10.01.2022-ci il tarixli, BS-S-22/0068 saylı geriyə tələb məktubu göndərilməsinə baxmayaraq həmin şəxs qeyd edilən məbləği geri ödəməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Toyota Hilux minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, №AZ0010304 saylı ödəniş tapşırığına əsasən 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi 03.09.21-ci il tarixli, 517/21 saylı sığorta aktına, PBA 199/21 saylı ödəniş təyinatına əsasən 07.09.2021-ci il tarixdə saat 17:47:21-də hadisə nəticəsində ağır bədən xəsarəti almış zərərçəkən X5 valideyni Cavabdeh "xxxx" ASC-də olan AZ96MUGA**********08370AZM07 saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş, № AZ0010304 saylı ödəniş tapşırığına əsasən 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi 03.09.21-ci il tarixli, 517/21 saylı sığorta aktına, PBA 199/21 saylı ödəniş təyinatına əsasən 07.09.2021 -ci il tarixdə saat 17:46:45-də hadisə nəticəsində ağır bədən xəsarəti almış zərərçəkən X5 valideyni Cavabdeh "xxxx" ASC-də olan AZ96MUGA**********08370AZM07 saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş 10.01.2022-ci il tarixli, BS-S-22/0068 saylı geriyə tələb (pretenziya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən artıq ödənilmiş 1500,00 (bir min beş manat) məbləğində sığorta ödənişinin 5 gün müddətində Cavabdeh tərəfindən geri ödənilməsi tələb edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 18.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 20.04.2022-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edildiyini və mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum YOXDUR, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 28 iyun 2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Toyota Hilux” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" Açıq Səhdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Bakı şəhəri Baş Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsinin 07 avqust 2021-ci il tarixli 2021-ci il tarixli material üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsindən göstərilənlərə görə Quliyev Natiq Bayram oğlunun barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmiş, qərarın surəti X2 barəsində Azərbaycan Respubkikası İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov rayon polis idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 168 saylı ekspert rəyindən görünür ki, X10 oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər- sol baldır sümüklərinin aşağı sümüklərinin aşağı 1/3-nin açıq-qəlpəli yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 27 iyun 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər di və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AZ ******* saylı 07 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 1500.00 manat pul ödənilmişdir. 03 sentyabr 2021-ci il tarixli 517/21 iş PBA-199/21 saylı sığorta aktından görünür ki,”Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Toyota Hilux” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X2 təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərər görə Ömər Hacatova sığorta məbləğinin 30 faizi, yəni 1500 manat pul ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayonunun Yekəxana kənd sakini Cavabdeh ünvanlandığı geriyə tələb (pretenziya) məktubundan görünür ki, 27.07.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Hilux minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X1 ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Sığorta hadisəsi nəticəsində X1 dəymiş zərər 1500 manat məbləğində müəyyən edilmiş, X2 idarə etdiyi ‘Toyota Hilux minik” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyəti icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortlandığından zərərçəkən X7 azyaşlı olduğundan, Cavabdeh "xxxx" ASCdəki hesabına əlavə olaraq 1500,00 manat pul vəsaiti məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd edilənlərdən göründüyü kimi S. Hacatov əsassız olaraq varlanmışdır. Odur ki, 5 gün müddətində göstərilən məbləği "xxxx" ASC-yə ödənilməsi, əks təqdirdə "xxxx" ASC tərəfindən S. Hacatov haqqında müvafiq məhkəmə orqanına 1500,00 manat məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul vəsaitinin və 35,40 manat dövlət rüsumu olmaqla, cəmi 1535,40 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 1500 manat məbləğində pul vəsaitinin və 35,40 manat dövlət rüsumu olmaqla, cəmi 1535,40 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar