Məhkəmə qərarları › İş №2(026)-247/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-247/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-247/2025 07.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş gününə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 3500 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş 292,5 manat məbləğində xərcin Cavabdeh alınaraq ona verilməsi, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iki ardıcıl iclasının – 11 iyun 2025-ci il və 07 iyul 2025-ci il tarixli iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı həmin məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının ardıcıl iki məhkəmə hazırlıq iclasında iştirak etməməsini, onun məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri barədə məlumat verməməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etməməsini nəzərə alaraq bildirir ki, hazırkı iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 da işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, MPM-in 259.0.7-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddia baxılmamış saxlanılmalıdır. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdəki 17 mart 2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.5-ci maddəsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar