Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-282/2025 21.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə) “cavabdehə torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə mane olan hərəkətlərin qadağan edilməsi və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaratması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə) birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə mane olan hərəkətlərin qadağan edilməsi və Cavabdeh ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaratması öhdəliyinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, X7 13 yanvar 2010-cu ildə vəfat etmişdir. Mərhumun birinci nikahdan 3 övladı olmuşdur: İddiaçı1, İddiaçı2 və X8. Elnur Alkişiyev 08 iyul 2017-ci ildə vəfat etmişdir. Elnur Alkişiyev nikahda olmamışdır və övladı Yoxdur, onun yeganə birinci növbədən vərəsəsi anası İddiaçı3dır. X11 24 noyabr 2009-cu ildə Cavabdeh ilə nikaha daxil olmuş, həmin nikahdan 1 övladı – X4 doğulmuşdur. X1 qalmış miras əmlak əmanət bankında olan puldan, Qobustan rayonu, Qobustan şəhərində yerləşən fərdi yaşayış evi və sahəsi 0,05 ha olan həyətyanı torpaq sahəsindən və Qobustan rayonunda yerləşən ümumi birgə mülkiyyətdə olmaqla sahəsi 2,80 ha olan kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsidir. Sahəsi 2,80 ha olan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi Qobustan rayonu Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarı ilə verilmişdir və X11in, iddiaçılar İddiaçı1, İddiaçı2 və mərhum Elnur Alkişiyevin birgə mülkiyyətindədir. Göründüyü kimi, iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etmişlər. Lakin notariat ofisinə rəsmi olaraq vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişlər. Hazırda isə vərəsəlik işinin açılması üçün müraciət etmək istədikdə 2012-ci ildə Maraqlı şəxs2ndə vərəsəlik işinin olduğunu və Cavabdeh vərəsəlik şəhadətnaməsi verildiyini öyrənmişlər. Belə ki, Maraqlı şəxs2 təqdim etdiyi 28 dekabr 2012-ci il tarixli, 2V-717 reyestr nömrəli vərəsəlik işinin surətindən görünür ki, X1 miras qalmış əmanət bankında olan pula dair Cavabdeh tam həcmdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Digər əmlaklar vərəsəlik işinə daxil edilməmişdir. Bu barədə məhkəməyə müraciət edilmişdir. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-251/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qobustan rayon dövlət notariat kontorunun Cavabdeh adına vermiş olduğu 28 dekabr 2012-ci il tarixli, 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair onun vərəsələrinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin aidiyyəti üzrə Maraqlı şəxs2nə həvalə edilməsi qət edilmişdir. Vərəsəlik işinin gedişatında miras əmlakın özəlləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə məktub göndərilmiş, lakin Cavabdeh gedişata mane olmuşdur. Belə ki, 12 mart 2025-ci il tarixli məktubdan məlum olur ki, ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaradılmamışdır. Hazırda Cavabdeh vərəsəlik işinin və miras əmlakın özəlləşdirilməsi prosesinin gedişatına mane olur. Ona görə də hesab edirlər ki, məhkəmə tərəfindən cavabdehə ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə mane olan hərəkətlər qadağan edilməlidir. Buna görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 05 may 2025-ci il və 23 iyun 2025-ci il tarixli hazırlıq iclaslarında iştirak etmiş İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi Yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan JN-142A nömrəli, 30700028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qobustan rayonu Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 saylı qərarı ilə ünvan 1 kəndi ünvanında 0,05 hektar həyətyanı torpaq sahəsi X5 və onun ailə üzvləri X6, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə verilmişdir. İşdə surəti olan AZ-İ 452674 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 13 yanvar 2010-cu ildə ölmüşdür. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məlumatların sorğulanması nəticəsində müəyyən edilmişdir ki, xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı3dır. İşdə surəti olan AZ-İİ 715778 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü İddiaçı1 atası X7, anası İddiaçı3dır. İşdə surəti olan Vİİ-JQ 288589 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 iyul 1980-cil il təvəllüdlü X6 atası X7, anası İddiaçı3dır. İşdə surəti olan İ-KB 784586 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 08 iyul 2017-ci ildə ölmüşdür. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-251/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “Qobustan rayon dövlət notariat kontorunun verdiyi 28 dekabr 2012-ci il tarixli, 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X2 qanuni vərəsəsi kimi İddiaçı3 vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh Maraqlı şəxs2nə həvalə edilməsi tələbinə dair” iddiası təmin edilmiş, Qobustan rayon dövlət notariat kontorunun Cavabdeh adına vermiş olduğu 28 dekabr 2012-ci il tarixli, 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair onun vərəsələrinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin aidiyyəti üzrə Maraqlı şəxs2nə həvalə edilməsi qət edilmişdir. İşdə surəti olan Maraqlı şəxs2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanladığı 130 nömrəli, 12 avqust 2024-cü il tarixli məktubda qeyd etmişdir ki, 13 yanvar 2010-cu ildə vəfat etmiş X3 qalan miras əmlaka dair açılmış 711 reyestr nömrəli, 28 dekabr 2012-ci il tarixində açılmış vərəsəlik işi Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)- 251/2023 saylı qətnaməsi ilə ləğv edilmiş və Maraqlı şəxs2 üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulmuşdur. 12 avqust 2024-cü il tarixində miras qoyanın irsi transmissiya üzrə vərəsəsi – İddiaçı3 müraciəti əsasında vərəsəlik işi yenilənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, miras qoyana məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evinə (həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə) dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışı (və ya çıxarışı, yüklülük barədə arayışı) sorğunu təqdim edən şəxs vasitəsilə Maraqlı şəxs2nə göndərilməsi xahiş edilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi İddiaçı3 ünvanladığı 12 mart 2025-ci il tarixli məktubda qeyd etmişdir ki, ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mərhum X5 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə ********** qeydiyyat nömrəli ərizəsinə İdarədə baxılmışdır. Bildirilmişdir ki, ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaradılmamışdır. Odur ki, fərdi yaşayış evinin və torpaq sahəsinin müayinəsinə şərait yaradıldıqdan sonra müraciətinə qanuna müvafiq qaydada yenidən baxıla bilər. İşdəki Qobustan rayon Qeydiyyat şöbəsinin 18 iyun 2025-ci il tarixli, 177 nömrəli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, 13 yanvar 2010-cu ildə vəfat etmiş X7 30 dekabr 1979-cu ildə Ağayeva (Alkişiyeva) Şura Sərxan qızı ilə 31 nömrəli nikahın bağlanması haqqında akt qeydi tərtib edilmiş və 26 yanvar 2007-ci il tarixdə Qobustan Rayon Məhkəməsinin qətnaməsinə əsasən 02 aprel 2008-ci il tarixdə Qobustan rayon Qeydiyyat şöbəsində 04 nömrəli nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. 24 noyabr 2009-cu il tarixdə 90 nömrəli nikahın bağlanması haqqında akt qeydində X15 ilə nikahı qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçılar hazırda ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini sənədləşdirməyə və vərəsəlik məsələlərini həll etməyə çalışırlar. Bu məqsədlə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə cəhd olunmuş, lakin müayinəyə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Ona görə də iddiaçılar hazırkı iddia ilə çıxış etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin İ hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət” ilə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözlənti”yə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Hazırda mübahisəli daşınmaz əmlaklar üzərində iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, Mülki Məcəllənin 139-1.1.5-ci maddəsi baxımından mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas ola biləcək hüquqi sənəd mövcuddur. Belə ki, bu cür sənəd kimi hazırda iddiaçıların təqdim etdiyi JN-142A nömrəli, 30700028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə çıxış edir. İddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ bir neçə əsasdan irəli gəlir. Belə ki, qeyd olunan şəhadətnamədən müəyyən edilir ki, ünvan 1 kəndi ünvanında 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 da ümumi mülkiyyət hüququna malikdir, digər İddiaçı3 isə həmin torpaq sahəsinin digər ümumi mülkiyyətçisi olan X6 anası və birinci növbə vərəsəsi kimi mübahisəli torpaq sahəsinə dair iddia qaldırmaq hüququna malikdir. Bundan əlavə, Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-251/2023 saylı qətnaməsi ilə də artıq iddiaçıların X11in miras əmlakına dair vərəsəlik hüquqlarının mövcudluğu qəbul edilmişdir. Bu isə onu göstərir ki, iddiaçıların mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu qeydə aldırmaqda qanuni gözləntiləri mövcuddur və bunun müvafiq dövlət orqanı tərəfindən həyata keçirilməsinə hər hansı bir maneənin törədilməsi iddiaçıların həmin hüququnu pozur. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı3 ünvanladığı 12 mart 2025-ci il tarixli məktubdan da görünür ki, müvafiq sənədləşmənin həyata keçirilməsi üçün daşınmaz əmlakın müayinəsinin aparılmasına mane olunmuş, buna şərait yaradılmamışdır. İddiaçılar isə bu hərəkətlərə cavabdeh tərəfindən yol verildiyini, cavabdehin müayinəyə şərait yaratmadığını bildirmişlər. Ona görə də cavabdehə bu cür hərəkətlərin qadağan edilməsi və müayinəyə şərait yaradılmasına dair öhdəlik qoyulması zərurəti mövcuddur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıların hazırkı tələbi əsaslıdır, ona görə də iddia təmin edilməli, cavabdehə ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə mane olan hərəkətlər qadağan edilməli və cavabdehə ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaratması öhdəliyi həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə mane olan hərəkətlər qadağan edilsin və Cavabdeh ünvan 1 kəndi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin müayinəsinə şərait yaratması öhdəliyi həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-282/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-282/2025
21.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver