Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-297/2025 18.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh2 MMC-yə ********* saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 938,33 manat borcun tutulması ilə bağlı Cavabdeh1 tərəfindən verilmiş 23 iyun 2023-cü ildə 8İ-1051 reyestrlə qeydə alınmış icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini, hazırkı işə baxılana və yekun məhkəmə aktı qəbul edilənə qədər Cavabdeh1 tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 8İ-1051 reyestrlə qeydə alınmış icra qeydinin icrasının dayandırılması ilə bağlı Cavabdeh3nə məktub göndərilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun iddia ərizəsi icra qeydinin ləğvinə yönəlməklə qiymətləndirilməyən iddia növünə aid olduğundan, həmin ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki ********** nömrəli, 14 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-297/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-297/2025
18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver