Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-326/2021 14.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdehnın iştirakı ilə İddiaçı Cavabdeh qarşı Qobustan rayonunun Təklə kəndində yerləşən, Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması, yolu bağlamış dəmir torun cavabdeh tərəfindən sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı Qobustan rayonunun Təklə kəndində yerləşən, Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması, yolu bağlamış dəmir torun cavabdeh tərəfindən sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirirdi ki, Cavabdeh ilə aralarında razılığa gəlmişlər və yolu bağlamış dəmir tor sökülmüşdür. Ona görə də işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı həyətinə gedən yola çəkdiyi dəmir toru sökdüyü üçün işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Qobustan rayonunun Təklə kəndində yerləşən, Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış yolun açılması, yolu bağlamış dəmir torun cavabdeh tərəfindən sökülməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-326/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-326/2021
14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver