Məhkəmə qərarları › İş №2(026)-333/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-333/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-333/2021 27.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin X5 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinin təmin edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X3 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 1000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASCnin nümayəndəsi X4 Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı, 04 may 2018-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 263.1-1 -ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Həmin hökmə əsasən “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirləndirilən şəxs X7 1095 manat pul alınıb Cavabdeh verilməlidir. Bundan sonra Cavabdeh aldığı əlillik dərəcəsinə görə 4000 manat pul və avtomobilin təmirinə görə isə 1000 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul Cavabdeh bank hesabına köçürülmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olraq İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında iddia tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və həmin qətnamə Bakı Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikalı Ali Məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə qeyd edilmişdir ki, X11 tərəfindən Cavabdeh aldığı xəsarətə görə 14.016 manat və avtomobilə dəymiş ziyana görə isə 1095 manat pul ödənilmişdir. Həmçinin Nəsimi rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, İddiaçı Sığorta Şı'rkəti ASC Cavabdeh sığorta hadisəsi ilə bağlı pul ödəməli deyildir. Çünki həmin xərclər X11 tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş ümumilikdə 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini Sizdən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 263.1 -1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Həmin hökmə əsasən “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirləndirilən şəxs X7 1095 manat pul alınıb Cavabdeh verilməlidir. Həmin hökümdən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)- 356/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Qobustan rayon Məhkəməsinin 1(026)- 7/2018 saylı 04 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə X10 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hökmün digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sığorta Şirkəti ASC 23 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 5000 manat məbləğində pulu Cavabdeh bank hesabına ödəmişdir. Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı hökmü ilə “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1095 manat pul X7 alınıb Cavabdeh verilsə də, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh həmin avtomobilə dəymiş ziyana görə 23 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat məbləğində pul ödənilmişdir. Bundan sonra Cavabdeh aldığı əlillik dərəcəsinə görə 4000 manat, ümumilikdə 5000 manat məbləğində pul Cavabdeh bank hesabına köçürülmüşdür. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh heç bir qanunu əsas olmadan 5000 manat məbləğində əsassız varlanmışdır. Qanunvericiliyin tələblərinə əsasən Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1000 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına təkrar olaraq gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası CMin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyan X7 alınıb zərərçəkmiş şəxs Cavabdeh оğluna verilməsi bildirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(105)-356/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə X10 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hökmün digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1161/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X10 və X1 qarşı əmlaka vurulmuş ziyana görə ödənilmiş pulun subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli 2(103)-4803/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASCnin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1161/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(102)-1559/2021 saylı qərarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4803/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sığorta Şirkəti ASC 23 oktyabr 2018-ci il tarixli 11739 saylı ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. İddiaçı Sığorta Şirkəti ASC 13 dekabr 2018-ci il tarixli 14082 saylı ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. İddiaçı Sığorta Şirkəti ASC 22 oktyabr 2018-ci il tarixli 11651 saylı ödəniş tapşırığından görünür ki, 3000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, X11 26 avqust 2017-ci il tarixdə saat 22:30 radələrində etibarnaməsi olmadan Bakı şəhər sakini X1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prado” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 80 km/saat sürətlə Qobustan rayon Xilmilli kənd yolunda hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3cü bəndinin tələblərini pozaraq yolun hərəkət hissəsində dayanmış (hərəkətsiz) vəziyyətdə olan VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin arxa tərəfində olan sürücü 1992-ci il təvəllüdlü Cavabdeh ehtiyatsızlıqdan vurmuşdur. Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyan X7 alınıb zərərçəkmiş şəxs Cavabdeh оğluna verilməsi göstərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi zaman zərərçəkmiş Cavabdeh bank hesabına İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 22 oktyabr 2018-ci il tarixli 11651 saylı ödəniş tapşırığına əsasən 3000 manat, 23 oktyabr 2018-ci il tarixli 11739 saylı ödəniş tapşırığına əsasən 1000 manat və 13 dekabr 2018-ci il tarixli 14082 saylı ödəniş tapşırığına əsasən 1000 manat pul ödəmişdir. Həmçinin Qobustan rayon məhkəməsinin 04 may 2018-ci il tarixli 1(026)-7/2018 saylı hökmündən görünür ki, X14 klinikasının 142/18 nömrəli, 24 fevral 2018-ci il tarixli arayışında Cavabdeh 08 sentyabr 2017-ci il tarixində “X14” klinikasının reanimasiya şöbəsinə avtoqəza nəticəsində qəbul olunduğu, xəstənin 27 sentyabr 2017-ci il tarixində evə yazıldığı, müalicə üçün klinikaya olan borcunun 14016 ( on dörd min on altı) AZN təşkil etdiyi və bu məbləğin 04 iyun 1985-ci il təvəllüdlü X11 tərəfindən tam şəkildə ödənildiyi də göstərilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 23 iyul 2021-ci il tarixli O-AP-2021 3269 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ona ödənilmiş 5000 manat pulun şirkətə qaytarılması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh ödənilmiş 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh ödənilmiş 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar