Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-36/2024 14.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X2 2020-ci ilin dekabr ayında adına olan torpaq sahəsinə çıxarış düzəltdirməkdə köməklik etmək məqsədilə özünü vəkil kimi təqdim edən Cavabdeh Yasamal rayonu, “Musabəyov” parkı yaxınlığında 1000 manat pul vermişdir. Lakin heç bir iş görmədiyindən Tofiqdən pulu geri istədikdə o, müxtəlif bəhanələr gətirərək pulu bu günədək qaytarmamışdır. Atası pulu Cavabdeh verən vaxtı yanında digər qardaşı X3 da olmuşdur. X6 26 mart 2021-ci ildə vəfat etmiş, onun ölümündən sonra vərəsəsi kimi o tanınmışdır. Ələ keçirilmiş pulla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-yə rəsmi ərizə ilə müraciət etmiş, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı Kamran Cavadovun “cinayət işinin başlanmasını rədd etmiş və ona iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi izah edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-də Cavabdeh özü də 1000 manat pul almasını etiraf etmişdir. Hazırda T. Seyidovun xərclərini nəzərə alaraq Cavabdeh 500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı atası X2 ilə 2020-ci ilin dekabr ayında vərəsəliklə bağlı ona vəkillik edəcəyi üçün aralarında müqavilə bağlanmış və Səfər Axundov ona müqaviləyə görə 1000 manat pul vermişdir. Aldığı məbləğlə həmin işlə bağlı dörd dəfə Ağcabədi rayonunda yerləşən arxiv idarəsinə getmiş və müəyyən xərcləri qarşılamışdır. Daha sonra X2 vəfat etdiyi üçün iş yarımçıq qalmışdır. Hazırda iddiaçıya 200 manat verə bilər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 30 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 166841 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 26 mart 2021-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdur. Bakı şəhər Yasamal rayon polis idarəsinin 01 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə başlanmış cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən olundu ki, X2 2020-ci ilin dekabr ayında adına olan torpaq sahəsinə çıxarış düzəltdirməkdə köməklik etmək məqsədilə Cavabdeh 1000 manat pul vermişdir. Cavabdeh heç bir iş görmədiyindən Tofiqdən pulu geri istəmişlər, lakin Cavabdeh pulu bu günədək qaytarmamışdır. X2 26 mart 2021-ci ildə vəfat etmiş, onun ölümündən sonra İddiaçı vərəsəsi kimi tanınmışdır. Cavabdeh isə məhkəməyə müqavilə və ya hər-hansı bir sübut növü təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 300 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb cavabdeh İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 300 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb cavabdeh İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-36/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-36/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver