Məhkəmə qərarları › İş №2(026)-392/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-392/2021

17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-392/2021 17.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı cavabdeh Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsində nəzərdə tutulan tələbə düzgün riayət edilməmiş, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun Qobustan rayon məhkəməsinin hesabına köçürülməsini təsdiq edən sənəd və cavabdehin yaşayış yeri barədə DİN-nin MAPS arayışı və ya müvafiq yerli icra hakimiyyəti orqanının yaşayış yeri barədə arayışı ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar