Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-403/2021 28.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Şahnəzər oğlu və Cavabdeh Haxməmməd oğlunun iştirakı ilə, İddiaçı Şahnəzər oğlunun Cavabdeh Haxməmməd oğlundan ı onun əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi 12304 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahnəzər oğlu Cavabdeh Haxməmməd oğlundan ı onun əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi 12304 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı İddiaçı Şahnəzər oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, həmkəndlisi Cavabdeh Haxməmməd oğlu ilə "xxxx" ASC arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 172GTUM ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh bankdan 6500 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq ondan banka zamin durmasını xahiş etmiş və banka olan borcunu hər ay vaxtında ödəyəcəyinə söz vermişdir. Hikmətin xahişinə görə ona zamin durmuşdur. Həmin vaxtı həm özü, həm də Hikmət Qobustan rayonunun Polis şöbəsində işləyirdi. Hikmət təxminin 4-5 ay banka olan borcunu ödəmişdir. Sonradan Hikmət banka olan borcunu ödəmədiyindən bank zamin olaraq həmin borcu əvvəlcə onun əmək haqqından, sonra isə pensiyasından çıxmışdır. Hikmətə dəfələrlə onun əvəzinə banka ödədiyi 12304 manat pulu qaytarmasını desə də, hətta xahiş etsə də o həmin pulu ona qaytarmaq istəmir. İddia ərizəsində Cavabdeh Haxməmməd oğlunun borcuna görə "xxxx" ASC-yə ödədiyim 12304 manat kredit borcun Cavabdeh Haxməmməd oğlundan alınıb ona ödənilməsini göstərsə də, Hikmətlə həmkəndli olduqlarına görə ondan tələb etdiyi borcun miqdarını azaldaraq cəmi 7000 manat borcun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh Haxməmməd oğlu izahatında göstərdi ki, "xxxx" ASC-dən kredit götürdüyü zaman İddiaçı Şahnəzər oğlu ona zamin durmuşdur. Banka götürdüyü kredit borcunu ödəyə bilməmişdir. Həmin borc İddiaçı Şahnəzər oğlunun əmək haqqından və pensiyasından tutulmuşdur. Hazırda heç bir yerdə işləmədiyinə görə borcu ödəməyə maddi imkanı yoxdur. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş "xxxx" ASC-nin 24 dekabr 2014-cü il tarixli 172GTUM143580005 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Haxməmməd oğluna 6500 manat kredit verilmişdir. "xxxx" ASC-nin 24 dekabr 2014-cü il tarixli Z-172GTUM143580005 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Şahnəzər oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin 20 sentyabr 2021-ci il tarixli hesab çıxarışının surətində göstərilir ki, 22 may 2017-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək ayrı-ayrı vaxtlarda İddiaçı Şahnəzər oğlunun əmək haqqından "xxxx" tərəfindən tutulma əməliyyatı aparılmışdır. Müəyyən olundu ki, Cavabdeh Haxməmməd oğlu ilə "xxxx" ASC arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 172GTUM ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh bankdan 6500 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq İddiaçı Şahnəzər oğlu ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən onun banka olan borcu İddiaçı oğlunun əmək haqqina və pensiyasına yönəldilmişdir. İddiaçı Şahnəzər oğlundan "xxxx" ASC-nin xeyrinə tutulmalar aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəhr edilənlərə və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Şahnəzər oğlunun "xxxx" ASC-yə kredit müqaviləsi üzrə Cavabdeh Haxməmməd oğlunun 7000 manat kredit borcunu ödədiyi üçün Cavabdeh Haxməmməd oğlundan 7000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Haxməmməd oğlundan 7000 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Şahnəzər oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-403/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-403/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver