Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-41/2021 12.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1500 sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2030,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 1500 sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2030,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X2 arasında xx xxx 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxx 2018-ci il tarixdə “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, H. Əliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və X1 az ağır zərər vurmuşdur. Quba RPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxx 2019-cu il tarixli, 146-911-8501-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Quba RPŞ İB-dən “xxxx” ASC-nin ünvanına daxil olmuş xx xxxxxxx 2018-ci il tarixli ittiham aktına əsasən Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1500,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsində sığorta təşkilatı tərəfindən ödənilmiş məbləğin cavabdehdən sığorta şirkətinin xeyrinə tutulmasına əsas verdiyi göstərilərək 1500 sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, H. Əliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və X1 az ağır zərər vurmuşdur. Quba RPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxx 2019-cu il tarixli, 146-911-8501-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Quba RPŞ İB-də Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1500,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan Quba rayon polis şöbəsinin İB-nin xx xxxxxxx 2018-ci il tarixli ittiham aktının surətindən görünür ki, Cavabdeh Alım oğlu Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib barəsində ********* saylı cinayət işi başlanılmış və Cavabdeh hadisə yerindən yayınmışdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “xxxx” ASC ilə X2 arasında “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2009-cu il tarixli 19-05078/05/AA-4167/19 saylı sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X4 1500 manat məbləğində sığorta pulu ödənilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 009633 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X4 1500 manat məbləğində sığorta pulu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” ASC tərəfindən X4 məxsus “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1500 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərci və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən “Hyundai Sonata” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1500 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərci və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-41/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-41/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver