Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-416/2021 30.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı su yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı cababdehin həyətindən keçən su xəttinin açılaraq suyun keçidinin bərpa olunması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 və İddiaçı2 məhkəmə iclasında izahat verərək göstərdilər ki, Qobustan rayonunun Poladlı kəndində yaşayırlar və Cavabdeh onların əmisi oğludur. Həyətyanı sahələrini suvarmaq üçün “Pirsaat” çayından su xətləri çəkib nasosla su vurub təsərrüfatlarını suvarırlar. Həmin su xətləri təxminən 50 ilə yaxındır çəkilib. Onların həyətlərinə gələn su xətləri Cavabdeh həyətindən keçir. 2021-ci ilin iyun ayının sonlarında Ayaz həyətindən onların həyətinə gələn su xətlərini kəsmişdir. Su xəttinin açılması üçün özlərinin, kənd icra nümayəndəsinin, kənd bələdiyyəsinin və kənd ağsaqqallarının Cavabdeh demələrinə baxmayaraq Cavabdeh su xəttini bərpa etmir. Ona görə də Cavabdeh həyətindən keçən su xəttinin açılaraq suyun keçidinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, həmin su xəttini atası çəkmiş və su nasosunu da atası almışdır. Həmin su xəttindən qardaşları və əmisi oğlu Həqiqət də istifadə edirlər. Su nasosu çox böyük olduğundan və bir neçə nəfər işlətdiyindən tez-tez xarab olur və nasosun təmiri üçün heç kim xərc çəkmir. Nasosun təmiri üçün hər il 200 manat xərc çəkir. Bundan əlavə işıq və su sayğacları onun adına olduğuna görə qardaşları və əmisi oğlu tərəfindən istifadə olunan suyun axıdılması üçün sayğacda yığılan işıq pulunu heç biri ödəmir. Həmin pulların ödənilməsi üçün dəfələrlə onlara müraciət etsə də onlar ödəməkdən boyun qaçırırlar. İşıq idarəsinin əməkdaşları pulun ödənilmədiyi halda onun evinə gələn elektrik enerjisini kəsəcəklər deyə həmişə sayğacda olan pulu özü ödəyir. İddiaçı2 su xətlərinin qapağınin bağlı olduğu halda su nasosunu işə salması nəticəsində xətlər bağlı olduğu üçün həmin su xətti bir neçə yerdən partlayaraq yararsız hala düşmüşdür. Bələdiyyə və icra nümayəndəsi tərəfindən ona müraciət edilmişdir. Lakin həmin şəxslərə sayğacda olan pulun və nasosun təmirinə çəkdiyi xərcin ödənildiyi təqdirdə su xəttini açacağını demişdir. Hazırda razılaşaraq su xəttini bərpa edəcəklərini bildirdi. Məhkəmə iclasında şahid X1 izahat verərək göstərdi ki, Qobustan rayon İHB-nın Poladlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini icra edir. Su yolunun bağlanması mümkün deyil, həmin su çaydan gəlir, kənd camaatı su təminatlarını çaydan gələn su ilə təmin edirlər. Su xətti bərpa olunmalıdır. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, Qobustan rayon Poladlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Su yolunun bağlanması mümkün deyil, həmin su çaydan gəlir və çay ümumxalq mülkiyyətidir. Kənd camaatı nasos vasitəsi ilə çaydan həyətlərinə su vurur və təsərrüfatlarını həmin su ilə suvarırlar. X5 və İddiaçı2 Cavabdeh tərəfindən həyətlərinə gələn su xəttinin bərpa olunması ilə onlara müraciət etmişlər. Onlar da, su xəttinin bərpa olunmasını Cavabdeh xahiş etmişlər. Cavabdeh onlara su nasosunun təmirinə çəkdiyi xərc və işıq sayğacına ödədiyi xərc barədə onlara siyahı verərək çəkdiyi xərclər ödənildiyi halda su xəttini bərpa edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN 059F Kod 30711018 saylı şəhadətnamənin surətindən görünür ki, Qobustan rayon aqrar islahat komissiyasının 17 may 1997-ci il tarixli 22 saylı qərarı ilə X3 və X4 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qobustan rayon İHB-nın Poladlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini icra edən X1, Qobustan rayon poladlı bələdiyyəsinin sədri X7 və kənd sakini Cavabdeh tərəfindən 09 avqust 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Poladlı kənd sakini Cavabdeh Ağahüseyn oğlu tərəfindən onun mərhum atası Rüstəmov Ağahüseynə məxsus üç fazalı sayğaca müdaxilə olunması barədə onlara verilən məlumat əsasında sayğaca baxış keçirilmiş, həmin sayğaca gələn üç fazalı elektrik xəttinin bir fazasının qırıldığı və sayğacın qapağının çayın içərisində olduğu aşkar edilmişdir. Cavabdeh onlara verdiyi məlumata görə həmin sayğaca müdaxilə edən İddiaçı2 olmuşdur. Cavabdeh verdiyi məlumata əsasən Cavabdeh məxsus su ötürücü xəttin qonşusu İddiaçı2 həyətindən keçən hissəsinin İddiaçı2 tərəfindən kəsilmişdir. Onlar həmin əraziyə də baxış keçirmiş və həmin su ötürücü xəttin həqiqətən də kəsildiyini müşahidə etmişlər. İddiaçı2 su xətlərinin qapağınin bağlı olduğu halda su nasosunu işə salmış və xətlər bağlı olduğu üçün həmin su xətti bir neçə yerdən partlayaraq yararsız hala düşmüşdür. İddiaçı2 su xəttinin Cavabdeh həyətindən keçən hissəsinə Cavabdeh tərəfindən heç bir müdaxilə olmamışdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən X5 və İddiaçı2 həyətində Poladlı kəndi ərazisində yerləşən çaydan gələn su xətləri kəsilmişdir. Su xəttinin bərpa olunması ilə əlaqədar Cavabdeh deyilməsinə baxmayaraq o, su xəttini bərpa etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən bağlanılmış iddiaçılar X5 və İddiaçı2 həyətinə gedən su yolu açılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən bağlanılmış iddiaçılar X5 və İddiaçı2 həyətinə gedən su yolu açılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-416/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-416/2021
30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver