Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-417/2023 13.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh ona zəhmət haqqı kimi borclu olduğu 1500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ona zəhmət haqqı kimi borclu olduğu 1500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Bədəlli kəndində yaşamaqla usta işləyir. 2022-ci ilin son aylarında Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olan Cavabdeh mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefona zəng vuraraq usta olduğunu soruşaraq görmək istədiyi iş üçün görüşmək istədiyini bildirmişdir. Cavabdehla görüşüb işin nə olduğu ilə maraqlandıqda İsmayıl ona Təklə-Mirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün qarşısına-“Təklə-Mirzəbaba”, arxasına isə “Yaxşı yol”-sözləri yazılmaq üçün abidə formalı tikili tikdirmək istədiyini bildirərək bu işlərin görülməsi üçün zəhmət haqqının nə qədər edəcəyini soruşmuşdur. Həmin işlərin görülməsi üçün zəhmət haqqının 1500 manat edəcəyini bildirdikdən sonra, İsmayıl lazım olan materialları yəni, daş, qum, sementi özü alacağını ona bildirmişdir. Cavabdeh işin görülməsi üçün havaların əlverişli olmadığını dediyinə görə tikinti işini 2023-cü ilin mart ayının 9-da başlamış və işin tez yekunlaşması üçün özü ilə əlavə üç nəfər usta gətirmişdir. Həmin ustalar X10, X11 və X3 olub. Tikilinin mişar daşını və qumunu İsmayıl özü almışdır. Qalan materialı özü alacağını desə də, sonradan İsmayıl ona zəng vuraraq Sumqayıtda yaşadığı üçün rayona tez-tez gələ bilməyəcəyini deyərək bütün lazım olan materialları onun almasını, yəni mağazalardan götürməyi, yaxın günlərdə materialların pulunu verəcəyini dediyinə görə o, da lazım olan materialları nisyə yolu ilə alıb İsmayıla materialların pulunun 1200 manat etdiyini demişdir. X10, X11 və X3 ilə beton töküb işə başlamışlar. Daş hərflərinin düzəldilməsi işini isə Qobustan şəhərindən olan Qismət adlı ustaya 300 manata gördürmüşdür. Lazım olan ağlay daşını X7 idarə etdiyi “Qazel” markalı avtomaşınla aparmışdır. Bundan əlavə mağazadan alınan materialları bir-neçə dəfə taksilərlə gətirmiş və taksilərə verdiyi pulları hesab etməmişdir. Cavabdeh ona iki dəfəyə 600+600 manat olmaqla, cəmi 1200 manat pul vermişdir. İsmayıl sonradan bir neçə dəfə gəlib işə baxıb və razı qalmışdır. Həmin işi mart ayının 19-da yekunlaşdırıb təhvil vermişlər. Bundan sonra İsmayıla dəfələrlə zəng edərək həm zəhmət haqqlarını, həm də mağazalardan aldığı materialların pulunu istəsə də İsmayıl onu təhdid edərək “get kimə deyirsən de”-deyərək pulu verməkdən imtina etmişdir. Ona görə də Cavabdeh zəhmət haqqı kimi ona borcu olduğu 1500 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “pul tələbinə dair” iddiasını tamamilə əsassız və qeyri-obyektiv hesab edir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar düzgün qeyd olunmamışdır. İddiaçıla razılaşdığı işləri Türkan yox, kənardan gətirilmiş digər şəxslər icra etmişlər. Özü daimi olaraq Sumqayıt şəhərində yaşayan iş adamı olsa da, mütəmadi olaraq doğma rayonuna və kəndinə gəlir, kəndin bir sıra sosial problemlərinin həllinə gücü çatan qədər köməklik göstərməyə çalışır. Öz vəsaiti ilə kənddə olan artezian quyularının təmir edilməsini, suyun normal şəkildə kənd camaatına çatdırılması üçün hovuzların tikilməsini və sairə işləri gördürmüşdür. Eyni zamanda digər kəndlərin girəcəyində kəndin adı göstərildiyi halda, onun doğma kəndində belə bir lövhə olmadığı üçün həmin lövhəni səliqəli şəkildə öz vəsaiti ilə düzəltdirmək qərarına gəlmişdir. Kənd camaatından maraqlandıqda İddiaçı elə işləri görən usta kimi ona məsləhət görmüşlər. O, da İddiaçıla telefon əlaqəsi yaradaraq-kəndin girəcəyinə kəndin adını əks etdirən tikili inşa etdirmək istədiyini bildirmişdir. Türkanla görüşərək həmin tikilinin inşası üçün tələb olunan mişar daşının, qumun və bir sıra digər inşaat materiallarının özü tərəfindən alınıb veriləcəyini, ağlay və sementin isə onun tərəfindən alınacağını bildirmiş və işin həmin materiallar və usta pulu daxil olmaqla qiymətini soruşmuşdur. İddiaçı ilə bu işləri 1500 manata görüləcəyinə dair razılaşmış və ona iki dəfəyə 1200 manat pul verib qalan 300 manatını da işin sonunda verəcəyini bildirmişdir. İddiaçı ondan 1200 manat pulu aldıqdan sonra onu tapa bilməmişdir. Dəfərlərlə telefon əlaqəsi yaratmağa cəhd edərək bir aydan sonra onu tapmışdır. Bundan sonra İddiaçı ondan aldığı 1200 manat pulu yük avtomobilinin əldə edilməsinə sərf etdiyi və artıq ustalıqla deyil, sürücü olaraq yük daşımaqla məşğul olduğu ona məlum olmuşdur. Razılaşdıqları işin görülməsini tələb etdikdə iddiaçı tanış ustalarla danışacağını və bu işləri gördürəcəyini bildirmişdir. İddiaçı işi özü görmədiyi halda aldığı 1200 manat pulu mənimsəmiş, işi görmüş ustaların pulunu da verməyərək bu şəkildə iddia qaldıraraq həmin şəxslərin zəhmət haqqı olan pulu ondan almaq istəyir. İddiaçı həmin tikiliyə cəmi 20 kisə sement almış və 24 kvadrat metr sahəyə ağlay vurmaq üçün həmin materialları əldə etmişdir ki, bunun da bazar qiyməti cəmi 400- 500 manat civarında edir. Onun Türkana cəmi 300 manat borcu qalmışdır. İddiaçı onu aldadaraq 1200 manat pulu zəhmət haqqı adı ilə ondan almışdır. Buna görə də İddiaçı ondan əsassız varlanmaq üçün aldığı 1200 manat pulun və 32 manat dövlət rüsumunun alınaraq ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. X5 ifadə verərək göstərdi ki, İddiaçı ona Qobustan rayonunun Təklə-Mirzəbaba kəndindən olan Cavabdeh Təklə-Mirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün daş lövhənin tikilməli olduğunu və həmin işin görülməsi üçün Cavabdehla razılaşdığını, hazirda isə başqa işi çıxdığı üçün işi görə bilməyəcəyini ona deyərək həmin lövhənin hazırlanması işlərinin aparılmasını onun görüb-görməməsini soruşmuşdur. O, da əvvəllər Türkanla işlədiyi üçün Türkanla razılaşmış və işin əvvəlindən sonuna kimi görülməsi üçün zəhmət haqqının 1200 manat edəcəyini demişdir. Türkanla aralarında razılığa gəldikdən sonra 2023-cü ilin mart ayının 9-da işə başlamış və işin tez yekunlaşması üçün özü ilə X11 və X3 adlı iki nəfər usta da gətirmişdir. Onlar işi yekunlaşdırdıqdan sonra təhvil vermiş, onların 1200 manat zəhmət haqqından İddiaçı onlara cəmi 500 manat pul verərək qalan pulu Cavabdeh almadığını demişdir. Hazırda İddiaçı onlara 700 manat borcu qalmışdır. X1 ifadə verərək göstərdi ki, İddiaçı onu, qardaşı X2 və X8 Qobustan rayonunun Təklə- Mirzəbaba kəndinə apararaq kəndin girəcəyində hazırlanmalı olan lövhənin hazırlanması yerini və işlərini onlara göstərmişdir. İşin əvvəlindən sonuna kimi görülməsi üçün 1200 manat zəhəmət haqqı alacaqlarını Türkana demişlər və aralarında razılığa gəlmişlər. 2023-cü ilin mart ayının 9-da işə başlamışlar. Görəcəkləri iş haqqında Cavabdehla deyil, İddiaçıla daşımışlar. Cavabdeh isə iş yerində görmüş və işin yiyəsi olduğunu bilmişdir. İş yekunlaşdıqdan sonra İddiaçı onlara cəmi 500 manat pul vermişdir. Həmin pulu üç nəfər arasında bölmüşlər. Hazırda İddiaçı onlara 700 manat borclu qalmışdır. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Qobustan rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin 28 noyabr 2023-cü il tarixli 5-60/2-7-209/2023 saylı rəyindən görünür ki, mütəxəssis tərəfindən tikintiyə baxış keçirilmiş, baxış zamanı Qobustan rayonunun Təklə Mirzəbaba kəndinin girişində bir tərəfində “Təklə Mirzəbaba”, diğər tərəfində “Yaxşı yol” sözləri yazılmış daş lövhənin hazırlanması üçün istifadə olunmuş tikinti materiallarının qiyməti və işçi haqqının miqdarı beton (4. 0m*0. 20 m*0. 40 m) ölçü vahidi m3, miqdarı 0.32, bazar qiymət 100, dəyəri 32, işçi haqqı 1 nəfər 20 manat, qal=40sm mişarlanmış əhəng daşından hörgü m2, miqdarı 10.0, daş ədəd 250,bazar qiyməti 0.6, dıyıri 150, qum bazar qiyməti 50, dəyəri 50, sement ədəd miqdarı 10, bazar qiyməti 8, dəyəri 80, işçi haqqı m2 manat 10, bazar qiyməti 6, dəyəri 60, divarın ağlay üzlük daşı ilə üzlənməsi, ağlay m2, miqdarı 28.0, bazar qiyməti 18, dəyəri 504, işçi haqqı m2*manat, miqdarı 28, bazar qiyməti 8, dəyəri 224, kley miqdarı 7, bazar qiyməti 8, dəyəri 56, karniz pm, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, işçi haqqı pm*manat, miqdarı 4.4, bazar qiyməti 10, dəyəri 44, kley ədəd, miqdarı 2, bazar qiyməti 8, dəyəri 16, ağlay üzlük daşından bəzək əd, (0.30m*0.30m*0.05m), miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24, işçi haqqı ədəd manat, miqdarı 16, bazar qiyməti 5, dəyəri 80, ağlay üzlük daşından hərflər ədəd (0.33m*0.25m*0.05m), miqdarı 22, bazar qiyməti 6, dəyəri 132, kley ədəd, miqdarı 3, bazar qiyməti 8, dəyəri 24,işçi haqqı əd*manat, miqdarı 22, bazar qiyməti 6, dəyəri 132 manat olmaqla, cəmi 1752 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olnmuş qaimələrdən görünür ki, mağazalardan 1020,40 manat dəyərində tikinti materialları götürülmüşdür. Müəyyən olundu ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndindən olan Cavabdeh öz hesabına Təklə-Mirzəbaba kəndinin girəcəyində kəndin tanınması üçün qarşısına-“Təklə- Mirzəbaba”, arxasına isə “Yaxşı yol”-sözləri yazılmaq üçün abidə formalı tikili tikdirmək fikrində olduğunu həyata keçirilməsi üçün 2022-ci ilin son aylarında rayonunun Bədəlli kəndində olan usta İddiaçı zəng vuraraq onunla görüşmüş və həmin işin görülməsi üçün materialları özünün alacağını deyərək zəhmət haqqının nə qədər edəcəyini soruşmuş, İddiaçı ona görüləcək işlərin zəhmət haqqının 1500 manat edəcəyini demiş, aralarında razılığa gəlmişlər. Tikilinin mişar daşını və qumunu Cavabdeh özü almış, qalan materialı özü alacağını desə də, sonradan Cavabdeh İddiaçı zəng vuraraq Sumqayıtda yaşadığı üçün rayona tez-tez gələ bilməyəcəyini deyərək bütün lazım olan materialları onun almasını, yəni mağazalardan götürməyi, yaxın günlərdə materialların pulunu verəcəyini dediyinə görə o, da lazım olan materialları nisyə yolu ilə alıb İsmayıla materialların pulunun 1200 manat etdiyini demişdir. Türkan X4, X11 və X3 ilə birlikdə işə başlamışlar. Daş hərflərin düzəldilməsi işini isə Qobustan şəhərindən olan Qismət adlı ustaya 300 manata gördürmüşdür. Lazım olan ağlay daşını X7 idarə etdiyi “Qazel” markalı avtomaşınla aparmışdır. Cavabdeh ona iki dəfəyə (600+600) manat olmaqla, cəmi 1200 manat pul vermişdir. Cavabdeh sonradan bir neçə dəfə gəlib işə baxmış və razı qalmışdır. Həmin işi mart ayının 19-da yekunlaşdırıb təhvil vermişlər. Bundan sonra İddiaçı Cavabdeh dəfələrlə zəng edərək həm zəhmət haqlarını, həm də mağazalardan aldığı materialların pulunu istəsə də Cavabdeh pulu verməkdən imtina etmişdir. Həmçinin müəyyən olundu ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin İddiaçı iki dəfəyə 1200 manat pul vermiş, İddiaçı həmin pulun verilməsini etiraf edir. İşə əlavə edilmiş qəbzlərdən də görünür ki, mağazalardan 1020,40 manat dəyərində tikinti materialları alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1500 manat zəhmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 36 manat pul tələbinə dair ilkin iddiası qismən təmin olunmalı, Cavabdeh 1300 manat zəhmət haqqı və ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin olunmamalıdır. Cavabdeh İddiaçı olundan 1200 manat pul və 32 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qarşı qarşılıqlı iddiası əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin olunsun. Cavabdeh 1300 manat borc və 36 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-417/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-417/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver