Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-430/2021 23.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı Mirheydar oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Mirheydar oğlunun Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mirheydar oğlu Cavabdeh 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mirheydar oğlu məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 2008-2009-ci illərdə Cavabdeh ilə qeyri-rəsmi nikaha girərək ər-arvad kimi yaşamışlar. Lakin münasibətləri pozulduğundan ər-arvadlıq münasibətlərini kəsmişlər. 2010-cu ildə Cavabdeh Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən dəmir yolu xəstəxanasından ona zəng vuraraq əməliyyat olunacağını bildirərək bir ay müddətinə qaytaracağını deyərək ondan 3000 manat borc pul istəmiş və həmin pulu Cavabdeh vermişdir. Məlahətə pulu verərkən ona inandığı üçün heç bir sənəd götürməmişdir. Lakin Cavabdeh hazırkı vaxta kimi ondan aldığı 3000 manat borc pulu ona qaytarmamışdır. Ona görə də Cavabdeh 3000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Mirheydar oğlu ilə 2008 ildə qeyri-rəsmi evlənmişlər. 2009-cu ildə Mirələmlə birlikdə yaşadıqları zaman öd kisəsindən əməliyyat olunmuş və əməliyyatın xərcini qardaşı çəkmişdir. 2010-cu ildə İddiaçı pul almamışdır. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən olundu ki, Mehdiyev X1 Məlahət Rüstəm ilə 2008 ildə qeyri rəsmi evlənmişlər. 2009-cu ildə münasibətləri pozulduğundan ər-arvadlıq münasibətlərini kəsmişlər. Lakin İddiaçı Mirheydar oğlunun Cavabdeh 3000 manat pul verməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmadı, buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Mirheydar oğlunun Cavabdeh qarşı 3000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Mirheydar oğlunun Cavabdeh 3000 manat pulun alınıb ona verilməsinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-430/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-430/2021
23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver