Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-430/2024 22.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə Qobustan şəhərində Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 767,23 manat Dövlət Sosial Müdafiə Fonduna olan 940,19 manat, İşsizlikdən Sığorta Fonduna olan 94,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 333,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix- xx xxxx 1994-cü il, Doğulduğu yer - Azərbaycan, Abşeron; Güzdək qəs., şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi -ZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 30 iyul 2024-cü il tarixdə vergi ödəyicisi olan Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin (VÖEN: **********) İşsizlik Sığorta Fonduna 94,63 manat, İcbari Tibbi Sığorta Fonduna 333,46 manat, dövlət büdcəsinə 767,23 manat məbləğində (o cümlədən, vergi üzrə 579,6 manat, faizlər üzrə 148,07 manat, maliyyə sanksiyası üzrə 39,56 manat) Dövlət Sosial Müdafiə Fonduna 940,19 manat olmaqla, ümumilikdə2135,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********365600, xx.xx.2024cü il tarixli **********664900, xx.xx.2024-cü il tarixli **********736900, xx.xx.2024-cü il tarixli **********063500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 767,23 manat Dövlət Sosial Müdafiə Fonduna olan 940,19 manat, İşsizlikdən Sığorta Fonduna olan 94,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 333,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix- xx xxxx 1994-cü il, doğulduğu yer - Azərbaycan, Abşeron; Güzdək qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi -ZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”lardan müəyyən edilir ki, Qobustan rayon Ərəbşalbaş bələdiyyəsi -VÖEN: **********-lə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. Cəmiyyətin rəhbəri Qobustan rayon Ərəbşalbaş kəndində qeydiyyatda olan Maraqlı şəxsdır. İş materiallarında olan Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, bələdiyyənin 07 avqust 2024-cü il tarixə dövlət büdcəsinə oümumilikdə 767,23 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 940,19 manat, İşsizlikdən Sığorta Fonduna olan 94,63 manat, İcbari Tibbi Sığorta Fonduna olan 333,46 manat vergi borcu yaranmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs xx xxxx 1994-cü ildə Abşeron rayonu Güzdək qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin tərəfindən dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin ocra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını məqbul hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7.-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün bələdiyyənin sədri olan xx xxxx 1994-cü ildə Abşeron rayonu Güzdək qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-430/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-430/2024
22.08.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver