Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-431/2023 03.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh 7530 manat pul, 100 manat ödənilmiş dövlət rüsumu, dörd il müddətində gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 1500 manat olmaqla, cəmi 9130 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 7530 manat pul, 100 manat ödənilmiş dövlət rüsumu, dörd il müddətində gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 1500 manat olmaqla, cəmi 9130 manat pulun alınıb ona ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2018-ci il tarixdə Sabirabad rayonu, Moranlı kənd sakini X3 ilə birlikdə fermer təsərrüfatı yaratmaq barədə qərara gəlmişlər. Bu məqsədlə Bakı şəhərindən tikinti materialları gətirib Sabirabad rayonu, Moranlı kəndində Maarif Xudiyevə məxsus çöl sahədə fermer təsərrüfatı quraraq yalnız xırda buynuzlu heyvanlar saxlamışlar. Həmin ərəfələrdə Cavabdeh ilə tanış olmuşdur. Belə ki, tanışlarının deməsinə görə Cavabdeh heyvandarlıq sahəsində çox bilikli və təcrübəli olduğundan onun vasitəsi ilə bir dəfə Bakı şəhərindən 130 baş xırda buynuzlu heyvanları alıb Moranlı kəndinə göndərmişdir. Dəfələrlə Cavabdeh məsləhəti ilə heyvanlara vaxtında verilməsi üçün dərman da alıb göndərmişdir. Bir neçə dəfə cavabdehlə birlikdə Sabirabad rayonu Moranlı kəndində yerləşən fermaya gəlib, xırda buynuzlu heyvanlara baxdıqdan sonra bəzi məsləhətləri vermiş, buna görə də Qürbət. Bayramovla münasibətləri daima yaxşı olmuşdur. Təxminən 2 il ərzində onun Cavabdehla münasibəti olmuşdur. 2019-cu ilin dekabr ayında isə artıq qərara gəlmişdir ki, xırda buynuzlu heyvanları satsın. Buna da səbəb Maarif Xudiyevin dəfələrlə ona zəng edib heyvanların öldüyünü, bəzilərinin isə itməsini deməsi olmuşdur. Bu barədə Cavabdehla söhbət etdikdə Qürbət ona həmin heyvanları satmaqda kömək edə biləcəyini təklif etmişdir. O, Cavabdehlə razılaşmışdır. Cavabdehla Qürbətin ondan aldığı hər bir xirda buynuzlu heyvana görə ona 170 manat pul verməsi ilə də razılaşmışlar. Lakin xırda buynuzlu heyvanları hansı qiymətə satıb nə qədər qazanc götürəcəyi onun üçün maraqlı olmamışdır. Sonra Cavabdeh Sabirabad rayonu, Moranlı kəndinə gəlib fermer təsərrüfatında olan 69 baş xırda buynuzlu heyvanları seçib avtomobilə yükləyərək aparmışdır. Bir müddət sonra Cavabdeh ona verməli olduğu 11730 manat puldan hissəhissə olaraq 4200 manat qaytarsa da, 7530 manatı hazıra kimi ödəməmişdir. Pandemiya başlayana kimi Cavabdeh onun pulunu hissə-hissə qaytarsa da, bir müddət keçəndən sonra qoyunları kimlərəsə verdiyini, pulunu hələ almadığını bildirmişdir. Qoyunların pulunu aldıqdan sonra, mütləq ona qaytaracağına söz vermişdir. Lakin Cavabdeh bir müddətdən sonra telefon zənglərinə cavab verməmişdir. O, da məcbur olub Cavabdeh barəsində Abşeron RPİ-yə şikayət etmiş, material üzrə araşdırma aparılmış və Abşeron RPİ-nin İŞnin müstəntiqi tərəfindən 13 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. 01 fevral 2023-cü il tarixdə Abşeron rayon prokuroru tərəfindən 13 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün material Abşeron RPİ-nin İŞ-yə göndərilmişdir. 10 fevral 2023-cü il tarixdə material ərazi aidiyyəti üzrə Sabirabad rayon polis şöbəsinə göndərilmiş, 07 mart 2023-cü il tarixdə materialın icrası Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Mirzahid Abasova həvalə olunmuşdur. Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi X2 20 aprel 2023-cü il tarixli qərarı ilə HK-1/665 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək göstərilən xüsusatların mülki xarakterli olduğundan mülki qaydada məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh onun oğluna 3200, özünə 1000 manat pul vermişdir. Cavabdeh nisyə satdığı heyvanların pulunu ala bilməməsini nəzərə alaraq ondan 1500 manat faizə görə pulu və borcundan 2030 manatı istəmir. Cavabdehdən qalan 5500 manat borcunu və dövlət rüsumu kimi ödədiyi 114 manat borcun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, yaşadığı Abşeron rayonu Nübar qəsəbəsində 2017-ci ildə İddiaçı ilə birlikdə bir neçə il şərikli heyvan alveri etmişlər. İddiaçı oğlu Mircavad ona atasının Sabirabad rayonunda ferması və heyvanları olduğunu bildirərək həmin heyvanların satılmasında ona köməklik göstərməsini xahiş edərək hər satılan heyvanın pulundan ona 5 manat verəcəyini də demişdir. Sonradan İddiaçı onunla telefon əlaqəsi saxlayaraq heyvanlara baxmış, heyvanların zəif olduğunu və bir az qulluq olunarsa qiymətinin də yaxşı olacağını demişdir. Bir müddətdən sonra Mirqadir ona zəng vuraraq heyvanları satmaq istədiyini bildirmişdir. Mirqadirin fermasına gedərək heyvanlarının dəyişdirildiyini ona bildirmişdir. 200 manat “Kamaz” markalı avtomaşın tutaraq heyvanları “Zabrat bazarı”na gətirmişdir. İddiaçı da onun yanına gəlmişdir. Həmin günü bazara yağış yağdığı uçun heyvanı sata bilmədikləri üçün 50 manata avtomaşın tutaraq heyvanları Hökməlidə yaşayan bacısının həyətinə gətirmişdir. Növbəti həftənin bazar günü heyvanları satmaq üçün yenidən bazara aparmış və heyvanların hamısını 9800 (doqquz min səkkiz yüz) manata nisyə satmışdır. Üstündən on beş iyirmi gün keçəndən sonra onun 4800 (dörd min səkkiz yüz) manatını Xırdalan-Masazır yolunda Mirqadirə verərək qalan pulu da alıb verəcəyini demişdir. Heyvanı alan adam nisyə olduğuna görə vaxtı uzatmışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra Abşeron rayon polis idarəsinə gəlib 2500 (ikim min beş yüz) manat pulu və bir müddətdən sonra yenə də 1500 (min beş yüz) manat pulu Mircavada vermşdir. Bir müddətdən sonra heyvanları alan adama zəng vuraraq özünün rayonda olduğunu deyib qalan pulu gətirib oğluna verməsini bildirmişdir. O. ümumilikdə Mircavad Mirsultanov 5000 (beş min) manat, İddiaçı isə 4800 (dörd min səkkiz yüz) manat pul vermişdir. Hazırda İddiaçı heç bir borcu qalmadığını üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Polis İdarəsinin 13 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sabirabad rayon Polis Şöbəsinin istintaq bölməsinin 20 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciətdə göstərilən xüsusatların mülki xarakterli olduğundan mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı 2018-ci il tarixdə Sabirabad rayonu, Moranlı kənd sakini X3 ilə birlikdə fermer təsərrüfatı yaratmaq barədə qərara gəlmişlər. Bu məqsədlə Bakı şəhərindən tikinti materialları gətirib Sabirabad rayonu, Moranlı kəndində Maarif Xudiyevə məxsus çöl sahədə fermer təsərrüfatı quraraq yalnız xırda buynuzlu heyvanlar saxlamışlar. Həmin ərəfələrdə tanışları ona Cavabdeh heyvandarlıq sahəsində çox bilikli və təcrübəli olduğunu dediklərinə görə Qürbət Byramovun vasitəsi ilə bir dəfə Bakı şəhərindən 130 baş xırda buynuzlu heyvanları alıb Moranlı kəndinə göndərmişdir. 2019-cu ilin Maarif Xudiyevin dəfələrlə ona zəng edib heyvanların öldüyünü, bəzilərinin isə itməsini deməsi olmuşdur. Bu barədə cavabdeh Qürbət Batramovla söhbət etdikdə Qürbət ona həmin heyvanları satmaqda kömək edə biləcəyini təklif etmişdir. O, da Cavabdehlə razılaşmışdır. Cavabdehla Qürbət ondan aldığı hər bir xirda buynuzlu heyvana görə ona 170 manat pul verməsi ilə də razılaşmışlar. Lakin xırda buynuzlu heyvanları hansı qiymətə satıb nə qədər qazanc götürəcəyi də onun üçün maraqlı olmamışdır. Sonra Cavabdeh Sabirabad rayonu, Moranlı kəndinə gəlib fermer təsərrüfatında olan 69 baş xırda buynuzlu heyvanları seçib avtomobilə yükləyərək aparmışdır. Bir müddət sonra Cavabdeh həmin puldan ona hissə-hissə olaraq 4300 manat qaytarsa da, 7530 manatı bu günə kimi ödəməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddianı qəbul etməməsi özünü müdafiə xarakteri daşıyır. O, iddianın rədd olunması üçün məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 5500 manat məbləğində borc pul və ödənilmiş 114 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 5500 manat məbləğində borc pul və ödənilmiş 114 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-431/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-431/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver