Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-435/2023 03.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1, və onların vəkili və nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı iştirakı ilə, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməhəməd qızının mülkiyyətində olan, onların evin qonşuluğunda yerləşən yaşayış evinin onların həyətinə və evinə baxan pəncərəsinin bağlanmasının təmin edilməsi və onların mülkiyyətində olan yaşayış evindən və torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneçiliyin son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməhəməd qızının mülkiyyətində olan, onların evin qonşuluğunda yerləşən yaşayış evinin onların həyətinə və evinə baxan pəncərəsinin bağlanmasının təmin edilməsi və onların mülkiyyətində olan yaşayış evindən və torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneçiliyin son qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Poladlı kəndi ərazisində mülkiyyətində 0,12 ha olan torpaq sahəsi və yaşayış evi vardır. 1998-ci ildə qonşuları olan cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməyə imkan vermirlər. Uzun müddətdir ki, yəni, 1999-cu ildən, cavabdehlər tez-tez əsassız və qanunsuz olaraq ondan və ailə üzvlərindən şikayətlər edib onu təngə gətiriblər. Cavabdehlərin yaşayış evlərinin bir pəncərəsi onun həyətinə baxır, Həyətdə və evdə nə iş görürsə onların xəbəri olur. Onun evində bir ailə sirri olaraq heç bir iş görə bilmirlər, daima qonşunun diqqətində olurlar. Qobustan rayonunun Poladlı kəndində mülkiyyətində yaşayış evi torpaq sahəsini təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeydiyyatı reyestrindən çıxarışı da vardır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməhəməd qızının mülkiyyətində olan, evinin qonşuluğunda yerləşən yaşayış evinin onun həyətinə və evinə baxan pəncərəsinin bağlanmasının təmin edilməsi və mülkiyyətində olan yaşayış evindən və torpaq sahəsindən sərbəst istifadə etməyinə maneçiliyin son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili və nümayəndəsi X5 iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 izahat verərək göstərdi ki, iddiaçılarla qonşudur. Onlara verilmiş torpaq sahəsi üzərində əvvəlcə onlar, iki il sonra isə iddiaçılar ev tikmişlər. Həqiqətən onun evinin ikinci mərtəbəsinin bir otağında olan pəncərə qonşularının həyətinə baxır. Lakin heç vaxt o pəncərədən onların həyətlərinə baxmır, iddiaçıları güdmürlər. Bu söhbət tamamı ilə yalandır. Əmrahovlar onların evləri ilə öz həyətləri arasında hasar çəkmək istəyirlər. Hasarın bünövrəsini onun evinin və evinin arxasında olan tikilinin dibindən qoymaq və qazmaq istəyirlər, bu isə onun evi və tikilisi üçün təhlükə yaradır. Evindən bir qədər aralıdan hasar çəkilməsinə və eləcə də həyətlərində iş görmələrinə heç bir etirazı yoxdur. Cavabdeh2 əri Cavabdeh1 izahatına oxşar izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. X4 ifadəsində göstərdi ki, Qobustan rayonunun Poladlı kəndində icra nümayəndəsi işləyir. Məhkəmə yerində baxış keçirdikdən sonra onu və kəndin bələdiyyə sədrini tərəflər həyətlərinə dəvət etmiş, hər iki tərəf bir-birindən narazılıq etmişdir. Bu münaqişənin sonunun pis ola biləcəyini, hasarın sona kimi çəkilməsinin heç bir ziyanının olmamasını və bu məsələnin öz aralarında həll edə biləcəyini onlara izah etmişlər. Evin arxasındakı dəmi tor sökülüb daş hasarı onun yerindən çəkə bilərlər. Mübahisəli torpağın kimə məxsus olması barədə məlumatı yoxdur. Bu reyestr xidmətinin işidir X6 ifadəsində göstərdi ki, Poladlı kənd bələdiyyəsinin sədri işləyir. Məhkəmənin yerində baxışından sonra onu və icra nümayəndəsini ora dəvət etmişlər. Tərəflər arasındakı mübahisə 10-15 sm torpağın üzərində gedir. Cavabdeh1 Əmrahovların onun evinin bünövrəsinin yaxınlığından hasarın çəkilməsinə etiraz edir. Tərəflər öz aralarında razılığa gələ bilərlər. Məhkəmə iddiaçılar İddiaçı4, İddiaçı1 və onların vəkili və nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməhəməd qızının izahatını, şahidlərin ifadələrini dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qobustan rayonu Poladlı kəndi ərazisində İddiaçı4 mülkiyyətində 0,12 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinin fərdi yaşayış evinin **********58-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı4 mülkiyyətində 0,12 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində 1 mərtəbəli fərdi yaşayış evi və digər tikililər vardır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair İddiaçı4 ünvanlamış 03/18560 saylı arayışdan görünür ki, 06 iyun 2023-cü il tarixli ********** №-li ərizəsinə və 06 iyun 2023-cü il tarixli ********** №-li müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış evi qiymətləndirilməsi işi aparılmışdır. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə etdilmiş real bazar məlumatlarından istifadə edilməklə, qiymətləndirmə Azərbaycan Respublikasının ‘‘Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin aparılma tarixi 19 iyul 2023-cü il obyektin ünvanı ünvan 1əsas) sahəsi, 107.8 m2, köməkçi sahəsi: 68.5 m2, otaqların sayı 5. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evi bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən ərizəçinin payına düşən hissəsinin (fərdi yaşayış evi tam ¼ hissə torpaq sahəsi) xx.xx.2023-cü il tarixinə bazar dəyəri 31 000, 00 (otuz bir min) manat təşkil edir. Qobustan rayon polis şöbəsinin TQ-nun 28 sentyabr 2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon, Poladlı kənd sakini İddiaçı4 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nun 07 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon, Poladlı kənd sakini X7 müraciəti əsasında toplanmış materialda İddiaçı1 və İddiaçı4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. 2013-cü ildə Qobustan rayonunun Poladlı kənd icra nümayəndəsi işləmiş Balaməmməd Nəzərov, icra nümayəndəsinin müavini işləmiş İrzaxan İsmayılovun 08 fevral 2023-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, İddiaçı4 və Cavabdeh1 arasında olan qonşu münaqişəsi ilə əlaqədar yerində olmuş və daş hasarın çəkilmə yerini onlara göstərmişlər. Qonşular arasında olan mübahisə ilə əlaqədar yerində baxış keçirilərkən müəyyən olundu ki, iddiaçılar və cavabdehlərin evləri kəndin içərisinə gedən asfalt yolun sol tərəfində, yəni şərq hissəsində yerləşir. Birinci ev İddiaçı4 məxsusdur. Ev asfalt yoldan təxminən 7-8 metr şərq hissədə yerləşir. Həyətdə həmin evdən xeyli irəlidə, evin sağ tərəfində əvvəlcədən tikilmiş yaşayış evi vardır. Evlə asfalt yolun arasında təxminən bir metr məsafədə hasar çəkilmək üçün bünövrə qoyulmuş. Tikinti yarımçıq qalmışdır. İddiaçının evinin cənub hissəsində Cavabdeh1 məxsus iki mərtəbəli ev yerləşir. Evin şərq hissəsində, ikinci mərtəbədən bir ədəd pəncərə iddiaçıların həyəti tərəfinə açılır. İddiaçıların əvvəl tikilmiş evi ilə cavabdehin evi arasında təxminən 60-70 sm məsafə vardır. Həmin evlə cavabdehin evi arasında bir neçə dəmir beton dirək basdırılmış və həmin dirəklərə dəmir tordan yarımçıq hasar çəkilmişdir. İddiaçılar və cavabdehlər həmin beton dirəklərin və dəmir torun hər biri özləri tərəfindən qoyulduğunu bildirdilər. Cavabdehin evinin arxasındakı tikiliyə asfalt olan hissəsinə iddiaçı tərəfindən bünövrə qoyularaq sementlənmişdir. Müəyyən olundu ki, mübahisəli ərazidə ilkin olaraq Cavabdeh1 ev tikdirmiş, ondan iki il sonra isə İddiaçı4 əvvəlcə bir ev, sonradan isə ikinci evi tikdirmişdir. Onlar arasında daima qonşu münaqişələri olmuşdur. Bir neçə dəfə münaqişəyə görə rayon polis şöbəsində və rayon məhkəməsində onların işlərinə baxılmışdır. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MM-nın 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 2-ci bəndində göstərilir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində qeyd olunur ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin torpaq sahələri arasında dəmir beton dirəklər vasitəsi ilə dəmir tor hasarın onların hansının tərəfindən çəkilməsindən asılı olmayaraq həmin dəmir tor hasar onların torpaq sahələri arasında sərhəddir və iddiaçıların həmin dəmir tor hasarın yerində daş hasar çəkmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 tərəfindən maneçilik törədilməməlidir. İddia bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, X3 və X8 evlərinin pəncərəsi iddiaçılar tərəfindən sonradan tikilmiş ikinci evin həyətinə baxdığı üçün iddia bu hissədə təmin edilməməlidir. Eləcə də iddiaçıların öz həyətyanı torpaq sahələrində görmək istədikləri işlərə və torpaq sahəsindən sərbəst istifadə etmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 tərəfindən hər-hansı maneçilik törətməsinə qadağan qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 həyətyanı torpaq sahələri arasında əvvəlcədən beton dirək və dəmir tor vasitəsi ilə çəkilmiş hasarın yerində iddiaçıların daş hasar çəkmələrinə, eləcə də iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz həyətyanı torpaq sahələrində görmək istədikləri işlərə və torpaq sahəsindən sərbəst istifadə etmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağaməhəməd qızı və Cavabdeh3 tərəfindən hər-hansı maneçilik törətməsinə qadağan qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-435/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-435/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver