Məhkəmə qərarları › İş №2(026)-492/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-492/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-492/2023 29.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 1070 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 1070 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun yanına gələrək 32 pəncərə, pəncərə altı və pəncərə üçün tor düzəltməyi xahiş etmiş, həmin işləri görmək üçün 11500 manata razılaşmışlar. Lakin bir neçə gündən sonra işinin çoxluğundan Cavabdehla əlaqə saxlayaraq pəncərə toru və padaqolnik düzltməyə imkanı olmadığını bildirnişdir. 32 ədəd pəncərəni düzəltməyə görə isə 9500 manata razılaşmışlar. Cavabdeh ona 4500 manatı nağd şəkildə vermiş, qalan 5000 manat üçün isə aralarında 18 yanvar 2023-cü ildə borc müqaviləsi bağlanmışlar. Cavabdeh pulu üç ay vaxtında ödəmiş, 1000 manatı isə gecikdirmə ilə ödəmişdir. Cavabdehin ona pəncərəyə görə 1000 manat, qapı işinə görə isə 70 manat borcu qalmışdır. Cavabdeh qalan 1070 manat borcunu ona ödəmək istəmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər tez bir zamanda verərsə 400 manatı istəmir, 670 manat ödəməsinə razı olar. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə aralarında şifahi razılaşmaya görə 32 pəncərə, pəncərə altı və pəncərə üçün tora görə iddiaçı ilə 9500 manata razılaşmışlar. Aralarında yazılı razılığa gələrək borc müqaviləsi imzalamışlar. Həmin puldan 4500 manat nağd ödəmişdir. Lakin İddiaçı pəncərəaltı və tor işlərini görmədiyi üçün İddiaçı qalan 1070 manat pulu ödəməyəcəkdir. O, nə zaman pəncərə altı və toru düzəldib ona verərsə 1070 manatı İddiaçı verər. O, 3-cü mərtəbədəki 7 pəncərənin torunu alıb özü düzəltmiş və bu işin hər biri ona 12 manata başa gəlmişdir. İddia əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı “borc verən” qismində bir tərəfdən X1 “borc alan" qismində digər tərəfdən bu müqavilə ilə öhdəlik götürmüşlər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh aralarında ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə 32 ədəd plastik pəncərə quraşdırılması üçün şifahi razılaşma olmuş, işə görə cavabdeh iddiaçıya 9500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 4500 manat nağd vermiş, qalan 5000 manatın ödənilməsinə dair aralarında 18 yanvar 2023-cü ildə borc müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçıya 4000 manat ödəmiş, 1000 manat pəncərə işi və 70 manat qapı işindən ödənilməmiş qalmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, tor qoyulmamış 25 ədəd pəncərə üçün, hər bir toru 12 manat olmaqla 300 manat, işçi haqqı kimi isə 100 manat cavabdehin borcundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 670 manat pul alınıb cavabdeh İddiaçı verilməlidir. Cavabdeh 32,10 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 670 manat pul alınıb cavabdeh İddiaçı verilsin. Cavabdeh 32,10 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar