Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-551/2024 18.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin sədri Mayılov Samir İlham oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6500 manat borcun, Cavabdeh2 2500 manat borcun, Cavabdeh3 4500 manat borcun, Cavabdeh4 2500 manat borcun və Cavabdeh5 3150 manat borcun, eləcə də, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 800 manatın və 160 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan normalardan görünür ki, qanunverici iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmək üçün hüquqi imkan vermişdir. Lakin hazırkı halda İddiaçı iddiasından görünür ki, onun borca dair tələbləri hər cavabdehə qarşı ayrıayrılıqda yönəlmiş, hər cavabdehdən ona aid olan borcun tutulması tələbi irəli sürülmüşdür. Belə olan halda isə həmin tələblərin bir-biri ilə bağlılığını müəyyən etmək mümkün deyil. İddiaçının öz ərizəsində digər cavabdehləri məhz Cavabdeh1 vasitəsilə tanıyıb onlara borc verdiyini qeyd etməsi tələblərin bir-biri ilə bağlı olması qənaətinə gəlməyə əsas vermir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.7-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məlumatların sorğulanması nəticəsində müəyyən edilir ki, cavabdeh kimi qeyd edilmiş şəxslərdən Cavabdeh5 Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Cavabdeh3 Abşeron rayonunun Xırdalan şəhərində, Cavabdeh2 Şamaxı rayonunda qeydiyyatdadır. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqəli olmamaqla yanaşı, bəzi cavabdehlərə münasibətdə ərazi aidiyyəti qaydalarına da riayət olunmamışdır. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki **********58 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 149 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 149 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-551/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-551/2024
18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver