Məhkəmə qərarları › İş №2(026)-553/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-553/2023

27.10.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-553/2023 27.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1, maraqlı şəxs Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədri Maraqlı şəxs iştirakı ilə, 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə ərizə ilə müraciət etmişdir. 4 saylı Ərazi Vergilər İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 14 sentyabr 2023-cü il tarixə vergi ödəyicisi olan Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 1886,4 manat, işsizlikdən sığorta fonduna 103,63 manat, dövlət büdcəsinə 39,56 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 39,56 manat), İcbari Tibbi Sığorta Fonduna 130,88 manat olmaqla, ümumilikdə 2160,47 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 19 iyul 2023-cü il tarixli **********205300, 17 iyul 2023-cü il tarixli **********568900, 24 iyul il tarixli **********40500, 19 iyul 2023-cü il tarixli **********949800 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də, hüquqi şəxsin tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39,56 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1886,4 manat, işsizlik sığorta fonduna olan 103,63 manat, İcbari Sığorta Fonduna 130,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs izahat verərək göstərdi ki, Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədri işlədiyi zaman 4700 manat vergi borcu olmuşdur. Həmin borcdan 1800 manat ödəmişdir. Bələdiyyə sədrliyindən çıxdığı zaman 600 manat vergi borcu qalmışdır. 1 il 6 aydan sonra yenidən bələdiyyə sədri seçilmişdir. Əhalidən vergi yığa bilmədiklərinə göndə borcu ödəyə bilmirlər. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına etirazı yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Müəyyən olundu ki, vergi ödəyicisi olan Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 1886,4 manat, işsizlikdən sığorta fonduna 103,63 manat, dövlət büdcəsinə 39,56 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 39,56 manat), İcbari Tibbi Sığorta Fonduna 130,88 manat olmaqla, ümumilikdə 2160,47 manat borcu vardır. Vergi ödəyicisinə 19 iyul 2023-cü il tarixdə, 17 iyul 2023-cü il tarixdə, 24 iyul il tarixdə və 19 iyul 2023-cü il tarixdə bildirişlər göndərilsə də, vergi ödəyicisi borc məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxs haqqında məlumatın surətindən görünür ki, Qobustan rayon Ərəbşalbaş bələdiyyəsi 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 19 iyul 2023-cü il tarixli **********205300, 17 iyul 2023-cü il tarixli **********568900, 24 iyul il tarixli **********40500, 19 iyul 2023-cü il tarixli **********949800 saylı bildirişlərin surətindən görünür ki, vergi ödəyicisi olan Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədrinə borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı və 39,56 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın və 100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar