Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-619/2025 09.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tələbin borclunun əmlakına yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Qobustan rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat ofisinin 8İ-5905 nömrəli, 21 may 2024-cü il tarixli icra sənədinə əsasən tələbin borclu Cavabdeh “İki ulduz” firmasının mülkiyyətində olan qeyri-yaşayış binasındakı 50 faiz payına yönəldilməsi, onun satılması və bu payın satışından əldə olunacaq vəsaitin tələbkar İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “İki ulduz” firması mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, tərəflər 22 dekabr 2025-ci il, 19 yanvar 2026-cı il və 09 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, MPM-in 259.0.6-cı maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddia baxılmamış saxlanılmalıdır. İşdə surəti olan 06 oktyabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 114.1.5-ci maddəsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “tələbin borclunun əmlakına yönəldilməsi tələbinə dair” iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-619/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-619/2025
09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver