Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-743/2025 16.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2021-ci il tarixdə ödədiyi 2930 manat məbləğində pulun dəyərində inflyasiya olması səbəbindən həmin məbləğ hazırkı dövrə indeksləşdirilməklə və aldığı torpaq sahəsinin hazırkı dövrdə dəyəri nəzərə alınmaqla Cavabdeh 8000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, hazırkı iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq icraatı zamanı 13 mart 2026-cı il tarixində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh qarşı Qobustan Rayon Məhkəməsində olan “pul tələbinə dair” mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 16 mart 2026-cı il tarixli iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə yuxarıda qeyd edilənləri və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşdəki ********** nömrəli, 04 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-743/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-743/2025
16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver