Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-77/2024 08.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 4 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə ərizə ilə müraciət etmişdir. 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi izahatında göstərdi ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 30 noyabr 2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN:**********) dövlət büdcəsinə 835,74 manat məbləğində (o cümlədən faizlər üzrə 35,74 manat) Dövlət Sosial Müdafiə Fonduna 726,87 manat, İcbari Tibii Sığorta Fonduna 360,14 manat, işsizlikdən sığorta fonduna 59,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 631,84 manat olmaqla, ümumilikdə 2775,56 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məsəlləsinin 65-ci maddəsinə əsasən 26.10 2023-cü il tarixdə **********145100, 14.09. 2023-cü il tarixdə **********880100, xx.xx.2023-cü il tarixdə **********991200, xx.xx.2023-cü il tarixdə **********067900, xx.xx.2023-cü il tarixdə **********071400, xx.xx.2023-cü il tarixdə **********073800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxs Qobustan rayon Sündü bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 835,84 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1358,71 manat, işsizlikdən sığorta fonduna olan 59,9 manat, İcbari Tibii Sığorta Fonduna olan 521,21 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs izahat verərək göstərdi ki, iddianı qismən qəbul edir. Qobustan rayon Sündü bələdiyyəsinin sədri işləyir. Özünün adına olan VÖENi bağlatdırı, 2023-cü ilin aprel ayında 2500 manat vergi borcu ödəyib. Sündü bələdiyyəsinin isə vergi borcu qalmışdır. Əhalidən vergi yığa bilmədiklərinə görə borcu ödəyə bilməmişlər. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına etirazı yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Müəyyən olundu ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxs Qobustan rayon Sündü bələdiyyəsinin dövlət büdcəsinə ümumilikdə 835,84 manat, Dövlət Sosial Müdafiə Fonduna 1358,71 manat, işsizlikdən sığorta fonduna 59,9 manat, İcbari Tibii Sığorta Fonduna 521,21 manat məbləğində borcu vardır. Vergi ödəyicisinə bildirişlər göndərilsə də, vergi ödəyicisi borc məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxs haqqında məlumatın surətindən görünür ki, Qobustan rayon Sündü bələdiyyəsi 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 26.10 2023-cü il tarixdə **********145100, 14.09. 2023-cü il tarixdə **********880100, xx.xx.2023-cü il tarixdə **********991200, xx.xx.2023-cü il tarixdə **********067900, xx.xx.2023-cü il tarixdə **********071400, xx.xx.2023-cü il tarixdə **********073800 saylı bildirişlərin surətindən görünür ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxs Qobustan rayon Sündü bələdiyyəsinə borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı və100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın və 100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-77/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-77/2024
08.01.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver