Məhkəmə qərarları › İş №2(026)-91/2020

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-91/2020

10.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-91/2020 10.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı cavabdeh x1 və üçüncü şəxs Qobustan rayon qeydiyyat şöbəsinə qarşı akt qeydiyyat kitabında ata adının etibarsız hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x1 və üçüncü şəxs Qobustan rayon qeydiyyat şöbəsinə qarşı akt qeydiyyat kitabında ata adının etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək x1 və üçüncü şəxs Qobustan rayon qeydiyyat şöbəsinə qarşı akt qeydiyyat kitabında ata adının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh x1 və üçüncü şəxs Qobustan rayon qeydiyyat şöbəsinə qarşı akt qeydiyyat kitabında ata adının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar